Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Azərbaycan xalqının tarixi yaddaşına həkk olunmuş qanlı faciələr: Köçürülmə prosesləri və onun acı nəticələri

Son Yenilənmə : 2025-04-02 08:01:38
Baxış sayı : 43

31  MartAzərbaycanlıların  soyqırımı  gününə  həsr  edilir

 

Tarixdən  məlumdur ki,  1917-ci  ilin  noyabrında  Bakıda  hakimiyyəti  ələ  keçirmiş    tərkibi  əsasən  ermənilərdən  ibarət  olan ”Bakı  Kommunası” adlı  birinci “bolşevik” hökuməti “əksinqilabçı  ünsürlərlə  mübarizə” adlı uydurma şüar  altında  ölkəmizin müxtəlif  bölgələrinə erməni-daşnak silahlı cəza  dəstələrini    göndərdi. S.Şaumyan  və G.Karqanovun rəhbərliyi altında Azrbaycanın  müxtəlif  bölgələrinə göndərilmiş həmin  silahlı dəstələr 1918-ci il martın 30, 31 və   aprelin  1-də  Bakıda, 1918-ci ilin mart-may aylarında Bakı quberniyasının  Şamaxı, Göyçay,Ərəş və Quba qəzalarının  kəndlərində, habelə  Azərbaycanın digər bölgələrində azərbaycanlılara qarşı insanlığa sığmayan kütləvi qanlı  qırğınlar   törətmiş, minlərlə günahsız, dinc  əhalini  qətlə yetirmişdilər. Həmin qırğınlar T.Əmiryan, H. Amazasp, C.Lalayev və digər cinayətkar erməni-daşnak “hərbçi”lərinin başçılığı  altında həyata keçirilmişdir. Bakıda  hakimiyyəti  ələ  keçirmiş  S.Şaumyanın  başçılıq  etdiyi  erməni-daşnak-bolşevik  qüvvələri  Azərbaycanın  dinc  əhalisinə  qarşı  misli  görünməmiş  soyqırımı  həyata  keçirərək   yalnız  Bakıda  böyük  maddi  ziyanlarla   yanaşı  11 min  nəfərdən  artıq  insanı  qətlə  yetirmişdilər.  Quba  qəzasında  S.Şaumyanın xüsusi  səlahiyyətlər  verdiyi  H.Amazaspın  başçılığı  altında  122  müsəlman  kəndi  dağıdılmış, Azərbaycanın minlərlə  dinc əhalisi məhv  edilmişdir. Tarixi  sənədlər  təsdiq  edir  ki, Azərbaycanlıların soyqırımı Bakı və Gəncə  quberniyalarında, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Zəngilanda və Azərbaycanın  digər bölgələrində  xüsusi qəddarlıqla  həyata  keçirilmişdir. Şamaxı  şəhəri  və Şamaxı qəzasının  azərbaycanlılar  yaşayan  86  kəndi  Bakı  Sovetinin  bolşevik-erməni-daşnak  silahlı  dəstələri  tərəfindən  viran edilmişdir. Şamaxı qəzasının   təkcə 53 kəndində ermənilər  tərəfindən  8027 nəfər azərbaycanlı  qətlə  yetirmişdi  ki, onlardan da 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaqlar olmuşdular. Şamaxıda  yerli  əhaliyə  dəyən  maddi  ziyan  o  dövrün  qiymətləri  ilə  bir  milyard  rubldan  çox  olmuşdur. Şəhərdə 13 məscid, o  cümlədən böyük tarixi abidə olan «Cümə məscidi» yandırılmışdır.

Azərbaycanlıların  kütləvi  surətdə qırğına    repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi, didərgin salınması XX əsrin  bəşər tarixinə qanlı, faciəli  səhifələrdən  biri  kimi  daxil  olmuşdur. Bu soyqırım Azərbaycan xalqının və  onun dövlətçiliyinin  tarixində  baş vermiş  ən  faciəli hadisələrdən  biri  kimi xalqımızın  tarixi yaddaşına həkk olmuşdur.

Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti  tərəfindən 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət  yetirilmişdir. Azərbaycan  Xalq  Cümhuriyyəti  Hökuməti  ermənilərin    Zaqafqaziyada  dinc müsəlman  əhalisinə  qarşı törətdikləri  zorakılığın  təhqiq  edilməsi  üçün  1918-ci  il    iyulun  15-də  Fövqəladə  Təhqiqat  Komissiyasının  yaradılması  haqqında  qərar  qəbul  etmişdir.

Azərbaycanlılara  qarşı  törədilmiş  zorakılıqların  təhqiq  edilməsi  məqsədilə 107  il  bundan  əvvəl  Azərbaycan  Xalq  Cümhuriyyəti  Hökumətinin  qərarı  ilə  yaradılmış  Fövqəladə İstintaq komissiyası  Zaqafqaziyada  müsəlmanlara  qarşı  millətçi  erməni-daşnak  qüvvələri  tərəfindən  törədilmiş  zorakılıqların, o  cümlədən  Bakı qırğınının  demək olar ki, tam sənəd bazasını yaratmışdır. Cümhuriyyət  dövründə iki  dəfə - 1919  və 1920-ci illərdə mart  ayının  31-i   ümummilli  matəm  günü  kimi  qeyd  edilmişdir.

Ümummilli  lider  H.Əliyevin  1998-ci  il  fevralın  26-da  imzaladığı  fərmanda  qeyd  edildiyi  kimi: “Əslində  bu, azərbaycanlılara  qarşı  yürüdülən  soyqırımı    bir  əsrdən  artıq  davam  edən  torpaqlarımızın    işğalı proseslərinə tarixdə  ilk   dəfə  siyasi  qiymət  vermək  cəhdi  idi. Lakin  Azərbaycan  Xalq  Cümhuriyyətinin  süqutu  bu  işin  başa  çatmasına  inkan  vermədi...

Azərbaycan Xalq Cumhuriyyətinin varisi  kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə  bilmədiyi  qərarların  məntiqi  davamı olaraq soyqırım hadisələrinə siyasi qiymət  vermək  borcunu  tarixin  hökmü  kimi qəbul edir. ”

S.Şaumyan  və G.Karqanovun rəhbərliyi  altında  erməni-daşnak silahlı  cəza  dəstələrinin  törətdiyi  insanlığa  sığmayan  qanlı  cinayətlərə  beynalxalq  aləmdə də əgər vaxtında hüquqi qiymət verilsəydi, bəlkə də hazırki dövrdə erməni- daşnak  quldur qüvvələri və onların havadarlarının Qarabağda təşkil etdikləri qanlı   qırğınların qarşısını almaq mümkün olardı. Cəzasız qalmış cinayətkar qüvvələr  XX əsrin sonlarında xalqımıza qarşı yenə də terror və soyqırımı törətdilər. Cinayətkar erməni quldur qüvvələri və onların havadarları bu dəfə xüsusilə  Xocalıda  misli görünməmiş dəhşətli hərbi  cinayət törətdilər.

1992-ci il  fevralın 25-dən 26-a keçən gecə erməni quldur qüvvələri keçmiş Sovet  Ordusunun 366-cı alayının birbaşa köməkliyi ilə Xocalı şəhərinin dinc əhalisınə  vəhşicəsinə divan tutdular.Erməni separatçıları və onların havadarları 10 min  əhalisi olan bu  şəhəri vəhşicəsinə gülləbaran etdi, həyata keçirdikləri soyqırım  nəticəsində şəhərin 613 nəfər dinc əhalisi vəhşicəsinə qətlə yetirildi  ki, onlardan  da 63 nəfəri uşaq,106 qadın,70 nəfər qocalar olmuş,150 nəfər itkin düşmüşdür.  Səkkiz ailə büstbütün məhv edilmişdir.76-sı usaq olmaqla 487 nəfər  yaralanmışdır. 1275  nəfər girov götürülmüşdür. Dövlətin və vətəndaşların şəxsi  əmlakına 5 mlrd. manat (01.01.19192-ci  ilə olan  qiymətlərlə) ziyan vurulmuşdur. 1992-ci  il  fevralın  29-da  Respublikamızda  üç gün  müddətində  ümummilli  matəm  elan  edildi.

Xocalı faciəsi Qarabağda  elan olunmamış müharibənin qanlı salnaməsinə  yazılmış, xalqımızın tarixi yaddaşına qanlı faciə kimi həkk olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti  cənab Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı  haqqında” 1998-ci il  martın  26-da  imzaladığı  690№li fərmanla  31 mart-Azərbaycanlıların Soyqırım Günü elan edilmişdir. Həmin  fərmanda  qeyd  edilirdi:” Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün  əsl  qiymətini alır. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir.” 

 Separatist  erməni-daşnak  millətçiləri    onların  havadarlarının  vəhşiliklərini  özündə  əks  etdirən  tarixi sənədlər  məlum   səbəblər  ucbatından  üzun  müddət “əksinqilabi   burjua-mülkədar”damğası altında gizli saxlanılmış, mahiyyətcə  millətimizə  qarşı  törədilmiş soyqırımı  olan  mart  qırğını  Azərbaycanda  vətəndaş  müharibəsi  kimi  qələmə  verilmişdir. Tarixi  sənədlər  təsdiq  edir  ki, həmin  qırğınlar    Azərbaycanda  sovet  hakimiyyətinin  qurulması  adı  altında  tərkibi  əsasən  ermənilərdən  ibarət  olan  “erməni-daşnak- bolşevuk”  silahlı  dəstələrinin  xalğımıza  qarşı  törətdikləri  ən  ağır  cinayətlərdən  biri  olmuşdur.

XIX  əsrin  sonlarından   bu  günədək  olan  tarixi  müddətdə  Azərbaycan  xalqı  ən  dəhşətli  qırğınlara, işgəncələrə, soyqırıma  məruz  qalmışdır. Xalqımıza  qarşı  erməni-daşnak  qüvvələri    onların  havadarları  tərəfindən  törədilmiş  qırğınlar, soyqırım  siyasəti  ayrı-ayrı  tarixi  dövrlərdə - 1905-1907; 1918-1920;1948-1953    1988-ci  ildən  bu  günədək  olan  müddətlərdə  təkrarən  həyata keçirilmişdir. Rusiya imperiyasının şovinist qüvvələrinin himayədarlığı altında erməni-daşnak  millətçi qüvvələrinin xalqımıza qarşı törətdikləri dəhşətli qırğınların və  soyqırımın  kökündə erməni-daşnak  millətçi  qüvvələrinin Azərbaycana  qarşı  əsassız  olaraq  irəli  sürdükləri torqaq  iddiası  olmuşdur. Tarixi  zaman  göstərir  ki, eməni-daşnak millətçi qüvvələri  torpaq  iddiasından  əl çəkmək istəmir    bu  iddianı vaxtaşırı  olaraq  irəli sürür, milli qırğınlar, faciələr törədirlər. Məqsəd Azərbaycanı parçalamaq, zəiflətmək  və onun tarixi  əraziləri   hesabına öz  ərazilərini  genişləndirərək  ikinci  erməni  dövlətini  yaratmaqdır. Bu  məqsədlə  müasir  dövrdə    artıq  26-cı  ildir  ki, Azərbaycan  xalqının  beşiyi   sayılan  Qarabağda  millətçi  erməni-daşnak  qüvvələrinin  törətdikləri  faciəvi  hadisələr  davam  etməkdədir. Azərbaycanlılara  qarşı  törədilmiş  faciələr, qırğınlar, misli  görünməmiş  Xocalı soyqırımı son iki  əsr  ərzində süni  surətdə  yaradılmış  Dağlıq  Qarabağ  “problem”i  ətrafında  cərəyan  etməkdə  davam  edir. Təcavüzkar  quldur- erməni-daşnak  qüvvələri  tərəfindən əsassız  olaraq Azərbaycana  qarşı  irəli  sürülmüş  ərazi  iddiaları    bu  cəfəng  ideyanın  həyata  keçirmək üçün  edilən cəhdlər  uzun  müddətdir  ki,  cənubi  Qafqazda  qanlı  fəlakətlərə  yol  açmaqda  davam  edirdi.

Tarixdən  məlumdur  ki, XIX əsrin   90-cı  illərinin  ortalarından  etibarən  erməni  məsələsi siyasi  məqsədlərlə Türkiyədən  Zaqafqaziyaya  köçürülmüşdür. Bunun  ardınca  isə  ”Daşnaksütyun” partiyası bu  bölgədə öz  fəaliyyətini  gücləndirmişdi. Erməni məsələsinin Cənubi Qafqaza  köçürülməsi  və ”Daşnaksütyun” partiyasının  gələcəkdə  yaratmaq  istədikləri  Ermənistan  muxtariyyəti  üçün   ərazilər  əldə  etmək  üzrə  öz  məqsədli  prooqramı  ilə  bu  yerlərə  soxulması  Zaqafqaziyanın  həyatına  milli  düşmənçilik    ədavət  toxummlarını  səpmişdi. Daşnaklar bu  yerlərdə göründükləri ilk vaxtlardan etibarən terror aktları törətməyə başlanmışdılar. Çar  Rusiyasının  XIX  əsr  boyu    XX-ci  əsrin  əvvəllərində  həyata  keçirdiyi  köçürülmə siyasətinin  nəticəsi  olaraq  ermənilər Zaqafqaziyada  özlərinə  yer  etmiş    bündan  sonra isə  özlərinin  həqiqi  simalarını  göstərməyə  başlamışdılar.

         Tarixi  mənbələr  təsdiq  edir  ki, Qarabağ  Azərbaycan  xalqının  əzəli      əbədi torpağıdır, onun tarixi beşiyidir. Çar hakimiyyəti tərəfindən ermənilər geosiyasi  məqsədlərlə İran və Türkiyədən kütləvi surətdə  köçürülərək  Qarabağda yerləşdirilməyənə qədər Azərbaycanın  bu  tarixi ərazisində milli  zəmində belə  bir  problem    ya  münaqışə  yaşanmamışdır.

1805-ci  ildə   Qarabağ  xanı  İbrahim  xanla  Rusiya  qoşunlarının  generalı   Sisianovun  Kürəkçay  sahilində  bağladığı  müqavilə  əsasında    Qarabağ  xanlığı  Rusiya  imperiyasının  tərkibinə  daxil  edildikdən  sonra   impeiya  tərəfindən  erməni  ailələri   geosiyasi  məqsədlərlə  mərhələ-mərhələ İran və Türkiyədən  köçürülərək Qarabağda,Yelizavetpol (Gəncə-R.S.) və İrəvan  quberniyaları  ərazilərində  yerləşdirildi    bununla  da   “problem” süni  surətdə   yaradılmağa  başlandı. Rusiya  ilə  İran  arasında  bağlanmış  Gülüstan (12 oktyabr  1813-ci  il.) və  Türkmənçay  (10   fevral  1828-ci  il.)  müqavillələri   kimi  tarixi  sənədlər, habelə  xanlığın  Rusiyanın  hakimiyyəti   altıına  keçməsi  haqqında    1805-ci  il   mayın  14-də  Qarabağ  xanı  İbrahim  xanla  Rusiya  imperiyası  qoşunlarının  generalı  Pavel  Sisianovun  imzaladıqları   Kürəkçay  traktatı   əyani  surətdə  təsdiq  edir ki, imperiya  sırf  Azərbaycan  torpaqlarını  işğal  etmiş    həmin   tarixi  sənədlərin  heç  birində  erməni  malikanələri    onların  Rusiya  təbəəliyinə   keçməsi  haqqında    heç  işarə   belə  olmamışdır. Azəbaycana  məxsus  həmin  torpaqlar  çar  imperiyası  tərəfindən  işğal  edildikdən  sonra  ermənilər  geosiyasi   məqsədlərlə  İran    Türkiyədən  köçürülərək  bu  torpaqlarda  yerləşdirildi. Ermənilərin  bu  ərazilərdə  ilk  növbədə  geosiyasi  məqsədlərlə  yerləşdirildiyi bir sıra tarixi mənbələrdə də öz əksini tapmışdır. Məsələn,  Qafqazdakı  rus  qoşunlarının   komandanı  22  may  1805-ci  il  tarixli  19№li  raportunda  qeyd  edirdi  ki, coğrafi  mövqeyinə  görə  Qarabağ  nəinki  Azərbaycanın, hətta  İranın  da  daravazası  sayılır    ona  görə    bu  əyalətin  öz  əlimizdə  saxlanmasına    möhkəmləndirilməsinə  xüsusi  diqqət  yetirilməlidir.

1805-ci  il  mayın  14-də  imzalanmış  Kürəkçay  müqaviləsindən  sonra  bu  vəzifənin  yerinə  yetirilməsi  üçün  əlverişli  şərait    yaranmış  oldu    həmin  dövrdən  etibarən  Rusiya  impeiyası  tərəfindən  ələ  keçirilmiş  Azərbaycan  torpaqlarına  kütləvi  surətdə  ermənilərin  köçürüllməsinə  başlandı.XIX  əsrin  əvvəllərindən başlanan köçürülmə prosesləri bir sıra tarixi mənbələrdə,o  cümlədən  S.N.Qlinka.,N.İ.Şavrov., A.S.Qriboyedov.V.L.Veliçko., S.P.Zelinski    başqalarının  əsərlərində    digər  tarixi   mənbələrdə öz  əksini  tapmışdır.

Çar  Rusiyasının  müvafiq  dövlət  qurumları  erməniləri  Azərbaycanın  Dağlıq  Qarabağına    digər  bölgələrinə   köçürərkən  Azərbaycan  xalqını  bu  proseslərin  uzunmüddətli  olmayacağına  inandırmağa  çalışırdılar. Məsələn, köçürülmə  planının  hazırlanmasında    həyata  keçirilməsində  xüsusi  rolu  olmuş  A.S.Qriboyedov  yazırdı:”...Müsəlmanları  düşdükləri   indiki  sıxıntılarla  barışdırmaqdan  ötrü  biz  kifayət  qədər  düşünürdük  ki,  vəziyyəti  onlara    necə  təlqin  edək  ki, müsəlmanları (Azərbaycanlıları-R.S.) üzləşdikləri  bu     sıxıntıların   üzünmüddətli    olmayacağına    ermənilərin  həmin  torpaqları  həmişəlik     zəbt  etməyəcəyinə inandıra  bilək.” Lakin  bütün  bunlara  baxmayaraq, xalqımıza  verilən  vədlərin  reallıqdan  uzaq  olduğunu  tarix  bir  daha  subut  etdi. Əslində  həmin  proseslər  qısa  müddətli  olmadı, əksinə həddindən  artıq  uzun  müddət  davam  etdiyindən  demək   olar  ki,dayanıqlı  oldu. İran və  Türkiyədən  köçürülən  ermənilərin  Azərbaycanda  yerləşdirilməsi  siyasəti  hətta  Azərbaycan sovetləşdirildikdən  sonra  da  davam  etdirildi.

Arxiv  sənədləri  təsdiq  edir ki, kənardan  gətirilən  ermənilərin  Azərbaycan  torpaqlarında  yeləşdirilməsi  prosesi  hətta  əzəli  türk  torpaqlarında  yaradılmış və  sonra  Ermənistan  adlandırılan   ərazidən  Azərbaycan   türklərinin    qovulduqları   vaxtlarda  da  davam  etdirilmişdi. Bu  proseslər  Azərbaycan  Respublikasının  Dövlət  Arxivində  mühahizə  edilən  bir  sıra arxiv  sənədlərində    öz  əksini  tapmışdır. Məsələn, Şamxor  qəzasına  köçürülmüş  ermənilərə  Şamxor  (Şəmkir-R.S.)  qəza  icraiyyə  komitəsi  tərəfindən  1921-ci  ildə  verilmiş  vəsiqənin  mətnini  rus  dilindən   dilimizə  tərcümə  etmədən  olduğu  kimi  qeyd  edirik:

“Дано  сие  тов. Абгар  Осипову  со  семейством  в  том, что  они  действительно  беженцы  Турецкой  подданные  уроженцы  гор. Вана  и  временно  проживают  в  гор. Анненфельд (ныне  Шамкир-Р.С.), а потому 

уездисполком  просит  должностных  лиц  оказывать  им  как  беженцам  всякое  содействие». Bu  sənəddə  açıq-aşkar  qeyd  edilir  ki,  “Abqar  Osipov    onun  ailəsi  həqiqətən  qaçqındırlar,Türkiyə  vətədaşıdırlar,Van  əhlidirlər, müvəqqəti  olaraq  Annenfeld ( Şəmkir-R.S.)  şəhərində  yaşayırlar    qəza  icraiyyə  komitəsi  vəzifəli  şəxslərdən  xahiş  edir  ki, qaçqın  olan  həmin  şəxslərə  hər  cür  yardım  göstərsinlər.”

 Qeyd  edirik  ki, Azərbaycan  Mərkəzi  İcraiyyə  Komitəsinin  23  noyabr  1922-ci  il  tarıxli  iclasında  qaçqınlar  barədə  məsələyə  baxılmış    qaçqınların  sayı  barədə  məlumatların  Az MİK-ə  təqdim  edilməsi  qəza  icraiyyə  komitələrinə  tapşırılmışdır. Himayə  etmə      sosial-təminat    üzrə Xalq  Komissarlığının  Şamxor (Şəmkir-R.S.) qəzası  üzrə  müvəkkilinin   qaçqınlar  barədə  1923-cü  ildə   AzMİK-ə  təqdim  etdiyi  məlumatdan:

Kəndlərin  adları

Evlərin sayı

Adamların  sayı

Milliyəti

 

    Çardağlı                    54                           193                 erməni

     Barım                         -                              39                  erməni

    Georgiyevski               -                            116                 erməni

    Badakənd                     -                            50                   erməni

Himayə  etmə    sosial  təminat  üzrə  Xalq  Komissarlığının   Şamxor  qəzası  üzrə müvəkkilinin  aclıq  çəkən  qaçqınlar  barədə  məlumatından:

Kəndlərin  adı          

Qaçqınların  sayı

Acından  ölənlər

Milli mənsubiyyəti

Geniş kənd

        200

         -

Türklər(Azərb.-R.S.)

 Cirdahan                      

          25

         -                  

Türklər

 Kövlər

        200

         10

 Türklər

Aşağı Ayıblı

        250

           1

 Türklər

Vüqarlı

        150

           2

 Türklər

Şamxor  qəza  icraiyyə  komitəsinin  təqdim  etdiyi   9  aprel  1924-cü  il  tarixli  məlumatından:

“Qəza  icraiyyə  komitəsinin  daxili  idarəetmə   şöbəsi  bildirir  ki, Şamxor  qəzasının  Dağlıq  zolağında  aprelin  6-da  güclü  qar  yağmış, gecə  buz  bağlamış, Ermənistanla sərhədin Gədəbəy  məntəqəsində  Yeni  Bəyazidə  gedən  yolda  15  nəfər  qaçqın  həlak  olmuşdur. Həlak  olanlar  müsəlmanlardır.”

Şamxor  qəza  icraiyyə  komitəsinin  AzMİK-ə  təqdim  etdiyi  məlumatlara    əsaslanaraq  qeyd  edirik  ki,  həmin  dövrdə  Azərbaycana  həm   başqa  ölkələrdən  qaçmış  ermənilər, həm    əzəli  türk  torpaqlarında  yaradılmış  Ermənistandan,  öz  dədə-baba  yurdlarından  zor  gücü  ilə  qovularaq  qaçqın  düşmüş  Azərbaycan türkləri     qəbul  edirlir    məskunlaşdırılırdı. Lakin  cədvəllərdən  göründüyü  kimi Azəbaycanda  yerləşdirilmiş  erməni  qaçqınlar  arasında  acından  ölüm  hadisəsinin  qeydə  alınmadığı  halda,  Azərbaycanda  yerləşdirilmiş  Azərbaycan  türkləri  arasında  13  nəfərin  acından  öldüyü  qeyd  olmuşdur. Həmin  məlumatlar  bir  daha  təsdiq  edir  ki,  Azərbaycanda  ermənilərə  qarşı  ayrı  seçkilik  edilməmiş    onlara  yaşayış  üçün  azərbaycanlıların  özlərindən    yaxşı  şərait  yaradılmış    qayğı  göstərilmişdir.Azərbaycanın  tarixi  torpaqlarına  köçürülərək  yerlərini  möhkəmləndirmiş    sonralar   yaradılan  Ermənistan  Respublikasının  ərazisini  qonşu  Azərbaycan  dövlətinin  əraziləri  hesabına  genişləndirməyə  can  atan  “mədəni”   “dinc” ermənilər  artıq  neçə  onilliklərdir  ki, Dağlıq  Qarabağı  Ermənistana  birləşdirməkdən  ötrü  ən  iyrənc  üsullara  əl  atırdılar.

Erməni  millətçiləri  bu  xülyalarını   həyata  keçirmək  məqsədilə   vaxtı  ilə  onlara  çörək    sığınacaq  vermiş   Dağlıq  Qarabağın  azərbaycanlılar  yaşayan  kəndlərinin  dinc  əhalisinə  qarşı  iblisanə  qəddarlıqla  qırğınlar  törədirlər.

1919-cu  ildə  Gəncə  qubernatoru Vəkilovun  Azərbaycan  Respubikasının  Xarici  İşlər  nazirinə  göndərdiyi  məruzəsində  erməni  millətçilərinin  qəddarlığı  haqqında  qeyd  edirdi:”...bütün  Avropaya  öz  mədəniliyi    barədə  car  çəkən, müdafıyəsiz  dinc  əhaliyə  qarşı   vəhşilərin  bütün  üsullarını  tətbiq   edən  belə  bir   millətin  XX  əsrdə  mövcudluğuna  inanmaq  iştəmirsən. Onların  vəhşiliklərinin  hədii-hüdudu  yoxdur, onların  qarşısında  orta  əsrlərin    zülmətli  faciələri  solğun  görünür... “

XX  əsrdən  başlayaraq  erməni  daşnakları  əsassız  olaraq  Azərbaycana qarşı  ərazi  iddiaları  qaldırırdılar. Təcəvüzkar  erməni  millətcilərinin  “xalqların  öz  müqəddaratını  təyin  etmək” kimi  gözəl  şüar  altında  Azərbaycan  Respublikasını  parçalamaq  cəhdləri  daşnaklar  tərəfindən   yürüdülmüş    perspekti  olmayan   köhnə, iyrənc  siyasətin  davamıdır. Azəbaycana  qarşı  irəli  sürdükləri  ərazi  iddialarının  əsassız  olduğunu    onun   iflasa  uğradığını  görən  Ermənistan  Respublikasının  hakim  qüvvələri  dünya  ictimaiyyətinin  fikrini  azdırmaq   məqsədilə  elan  edirlər  ki,  guya ki, onların  Azərbaycana  qarşı  ərazi  iddiası  yoxdur. Qarabağı  müstəqil  dövlət  kimi  qələmə  verməyə  çalışır, bundan  ötrü  maskalanaraq  müxtəlif  cildlərə  girir, xalqımızın  qədim  yurdlarından  biri  olan  Qarabağı  Azərbaycanla  qarşı-qarşıya  qoymağa  çalışırlar  ki, bu  da  erməni  millətçillərinin  növbəti  cəfəngiyyatıdır. Çünki  Qarabağ  Azərbaycan  xalqının  tarixi  beşiyidir, əzəli    əbədi  torpağıdır. 

Qeyd  edirik  ki, ermənilər  tərəfindən  hələ  1918-ci  ildə də  belə  cəhdlər  edilmiş    əlbəttə  ki,  heç  bir  müvəffəqiyyətə  nail  ola  bilməmişdilər. 21(8) oktyabr  1918-ci  il  tarixli 14№li “Azərbaycan” qəzeti  yazırdı:”...ermənilər    müsəlmanları  qışda  Qarabağ  respublikasını  tanımağa  məcbur  etmək  istədilər. Ermənilər  qurultay  çağırdılar...həmin  qurultayda    ermənilərin  əsil  siyası  siması   üzə  çıxdı.  Ermənilər  quruultayın  çağırılmasına  qədər  olan  müddətdə  təntənə  ilə  elan  etdikləri  sosializm, qardaşlıq, ədalət   kimi   şüarları  unutdular. Səhnədə  yalnız  daşnakların   dar  millətçiliyi  qaldı. Sırf  daşnaklardan  ibarət  hökumət  yaradıldı    onlar  yalnız  Andranik    Şahnazarovun  gəlişini  gözləyirdilər  ki,  müsəlmanlara  güc  tədbiq  etməklə  özlərinə  tabe  etsinlər.” Lakin   Azərbaycan  hökuməti  erməni  millətçilərinin  bu  niyyətlərini   alt-üst  etdi.  1919-cu  ilin  yayında  Azərbaycan  Xalq  Cümhuriyyəti  hökumətinin  qəti  mövqeyi    məqsədyönlü  siyasəti  nəticəsində  Respublikanın  Qarabağda  suveren  hüquqları  bərpa  edildi. Parisdə  olan  nümayəndələrə    göndərilən  məlumatda  qeyd  edilirdi:”Qarabağ  adlandırılan  məsələ  qəti  şəkildə  həll  edildi...7-ci  erməni  qurultayında  Qarabağ  errmənilərinin  nümayəndələri  Azərbaycan  hökumətinin  hakimiyyətini  tanımaq  barədə  generall-qubernator  Xosrov  bəy  Sultanovla  sazış  bağladılar.”

Tarix  onun  ibrət  dərslərindən  düzğün  nəticə  çıxara  bilməyənləri  heç  vaxt  bağışlamayıbdır. Azərbaycana  qarşı  işğalçılıq  müharibəsi  aparan, dərin  iqtisadi, siyasi    mənəvi  böhran  yaşayan  Ermənistan  Azərbaycan  Respublikasına  qarşı  işğalçı  siyasətindən  əl  çəkməlidir. Gec də olsa, separatist millətçi erməni-daşnak qüvvələri birdəfəlik dərk etməlidirlər ki, əzəli və əbədi türk  torpağı  olan  Dağlıq  Qarabağda  ikinci  erməni  dövləti  yaradılmasına  Azərbaycan  xalqı  heç  vaxt  imkan  verməyəcəkdir.  Ermənistanın 2020-ci il sentyabrın 27-də növbəti irimiqyaslı hərbi əməliyyatlara başlamasına, həmçinin onun Azərbaycan Ordusunun mövqelərinə və mülki yaşayış məntəqələrinə atəş zərbələri endirməsinə cavab olaraq  Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə əks-hücum əməliyyati işə başladı, sonrakı mərhələdə isə “Dəmir Yumruq” adını alan bu əməliyyat Vətən Müharibəsinə çevrildi. Həmin Vətən Müharibəsində Ali Baş Komandan başda olmaqla Azərbaycan Ordusu və Xalqı möhtəşəm qələbə çalaraq Azərbaycanın 30 ildən artıq müddətdə erməni işğalı  altında qalan bütün torpaqlarını azad etdi. Uzun illər işğal altında qalan torpaqlarımız qəhrəman şəhidlərimizin, zabit və əsgərlərimizin, qazilərimizin qanı və canı bahasına azad olundu. İşğal edilmiş Qarabağın aqressiv erməni millətçilərindən təmizlənməsi uğrunda gedən 44 günlük Vətən Müharibəsində  hərbi qüvvəıərimizin üç min nəfərədək hərbi qulluqçusu erməni işğalçılarına qarşı mərdliklə vuruşaraq Vətən yolunda canlarını qurban vermiş, yüz nəfərdən artıq hərbi qulluqçumuz itkin düşmüş, min nəfərdən artıq hərbi qulluqçumuz isə yaralanaraq sağlamlığını itirmişdi. Vətən Müharibəsində Azərbaycanın üç mindən artıq qəhrəman oğulları erməni millətçilərinə qarşı qəhrəmancasına döyüşərək onları Qarabağdan “iti  qovan kimi” qovmuş və Azərbaycanın ərazi bütövlüyünü təmin etmişdir.

44 günlük Vətən Müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı və bütün dünya şahid oldu ki, Azərbaycan xalqı öz torpağının sahibidir və hər zaman onun keşiyindədir! Vətən Müharibəsinin hər bir günü xalqımızın şanlı tarixidir və həmin tarixlə qəhrəman xalqımız fəxr edir və qürur duyur!  Yaşasın Azərbaycan! Yaşasın Azərbaycanın şanlı Silahlı Qüvvələri! Qarabağ Azərbaycandır!

 

Rafiq Səfərov 

 Milli Arxiv İdarəsinin

Arxiv sənədlərinin nəşri, istifadəsi və

informasiya təminatı şöbəsinin baş məsləhətçisi

 

 

    

 

 

                      

                         İstifadə  edilmiş  ədəbiyyat    mənbələrin  siyahısı:

 

1.A.Ə.Paşayev:”XIX-XX əsrlərdə  ermənilərin  azərbaycanlılarar  qarşı  törətdikləri   soyqırımları    deportasiyalar(arxiv  sənəd    materialları  əsasında).Avtoreferat.Bakı.2007.s.34.

2 A.Paşayev.”Erməni  təcavüzü  tarixi  sənədlərdə”.Mart  qırğınına  həsr  olunmuş  elmi-praktik  konfrandakı  məruzəsi;

Akademik  Z.M.Bünyadovun  redaktəsi  ilə”Azərbaycan  tarixi  sənədlər    nəşrlər  üzrə.”Bakı.1990.s.184.

3.Tarix  elmləri  doktoru  Cəmil  Həsənli  ilə  müsahibə:Arxiv  sənədlərində  1918-ci  il  qırğını.

4 A.Ə.Paşayev:”XIX-XX əsrlərdə  ermənilərin  azərbaycanlılara  qarşı  törətdikləri  soyqırımları    deportasiyalar(arxiv  sənəd    materialları  əsasında.Bakı.2007.s.34.

5 Yenə orada.

ARDA.f.1061.siy.1.iş.108.v.5;7.

A.Paşayev.Şamaxı  qırğını. milliarxiv@gmail.com

Azərbaycan  Tarixi. 5-ci  cild.Bakı.2001.c.306.

6 Aрхив,ф.100,siy.2,iş.7,v.20.

Адрес-календарь.с.28.

Азербайджанская Демократическая Республика (1918-1920).Законодательные акты. Баку. 1998.с.213.

7 Yenə  orada.

8 Azərbaycan qəz.  1998.,26 mart.

9 «Зеркало».1992.25 февраля.

10.»Бакинский  рабочий».1992.29 февраля.

11. Azərbaycan qəz. 26 mart 1998-ci  il.

12.Azərbaycan qəz. 22 may 1998-ci  il.

13.A.Ə.Paşayev:”XIX-XX əsrlərdə  ermənilərin  azərbaycanlılara  qarşı  törətdikləri  soyqırımları    deportasiyalar(arxiv  sənəd    materialları  əsasında).Bakı.2007.

14.Азербайджан.1919.6 мая.№ 92.

15.ARDA.ф.675.оп.1.д.26.л.11

16.ARDA.f.675.siy.1.iş.92.v.1.

17 История  Азербайджана  по  документам  и  публикациям.»Баку.1990.с.192.

18  Yenə  orada с.280. 

19.ARDA.f.2905.siy.1.iş.20.v.3.

C.Həsənov.”Azərbaycan  Beynəlxalq  münasibətlər  sistemində (1918-1920).Bakı.1993.v.236.

 

 

 

 

 

 

 



Bugün: 495
Dünən: 1180
Bu həftə: 5821
Son həftə: 6288
Bu Ay: 17391
Son Ay: 26944
Bu İl: 91556
Ümumi: 1404140
1404140