31 Mart - Azərbaycanlıların soyqırımı gününə həsr edilir
Tarixdən məlumdur ki, 1917-ci ilin noyabrında Bakıda hakimiyyəti ələ keçirmiş və tərkibi əsasən ermənilərdən ibarət olan ”Bakı Kommunası” adlı birinci “bolşevik” hökuməti “əksinqilabçı ünsürlərlə mübarizə” adlı uydurma şüar altında ölkəmizin müxtəlif bölgələrinə erməni-daşnak silahlı cəza dəstələrini göndərdi. S.Şaumyan və G.Karqanovun rəhbərliyi altında Azrbaycanın müxtəlif bölgələrinə göndərilmiş həmin silahlı dəstələr 1918-ci il martın 30, 31 və aprelin 1-də Bakıda, 1918-ci ilin mart-may aylarında Bakı quberniyasının Şamaxı, Göyçay,Ərəş və Quba qəzalarının kəndlərində, habelə Azərbaycanın digər bölgələrində azərbaycanlılara qarşı insanlığa sığmayan kütləvi qanlı qırğınlar törətmiş, minlərlə günahsız, dinc əhalini qətlə yetirmişdilər. Həmin qırğınlar T.Əmiryan, H. Amazasp, C.Lalayev və digər cinayətkar erməni-daşnak “hərbçi”lərinin başçılığı altında həyata keçirilmişdir. Bakıda hakimiyyəti ələ keçirmiş S.Şaumyanın başçılıq etdiyi erməni-daşnak-bolşevik qüvvələri Azərbaycanın dinc əhalisinə qarşı misli görünməmiş soyqırımı həyata keçirərək yalnız Bakıda böyük maddi ziyanlarla yanaşı 11 min nəfərdən artıq insanı qətlə yetirmişdilər. Quba qəzasında S.Şaumyanın xüsusi səlahiyyətlər verdiyi H.Amazaspın başçılığı altında 122 müsəlman kəndi dağıdılmış, Azərbaycanın minlərlə dinc əhalisi məhv edilmişdir. Tarixi sənədlər təsdiq edir ki, Azərbaycanlıların soyqırımı Bakı və Gəncə quberniyalarında, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Zəngilanda və Azərbaycanın digər bölgələrində xüsusi qəddarlıqla həyata keçirilmişdir. Şamaxı şəhəri və Şamaxı qəzasının azərbaycanlılar yaşayan 86 kəndi Bakı Sovetinin bolşevik-erməni-daşnak silahlı dəstələri tərəfindən viran edilmişdir. Şamaxı qəzasının təkcə 53 kəndində ermənilər tərəfindən 8027 nəfər azərbaycanlı qətlə yetirmişdi ki, onlardan da 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaqlar olmuşdular. Şamaxıda yerli əhaliyə dəyən maddi ziyan o dövrün qiymətləri ilə bir milyard rubldan çox olmuşdur. Şəhərdə 13 məscid, o cümlədən böyük tarixi abidə olan «Cümə məscidi» yandırılmışdır.
Azərbaycanlıların kütləvi surətdə qırğına və repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi, didərgin salınması XX əsrin bəşər tarixinə qanlı, faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Bu soyqırım Azərbaycan xalqının və onun dövlətçiliyinin tarixində baş vermiş ən faciəli hadisələrdən biri kimi xalqımızın tarixi yaddaşına həkk olmuşdur.
Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti ermənilərin Zaqafqaziyada dinc müsəlman əhalisinə qarşı törətdikləri zorakılığın təhqiq edilməsi üçün 1918-ci il iyulun 15-də Fövqəladə Təhqiqat Komissiyasının yaradılması haqqında qərar qəbul etmişdir.
Azərbaycanlılara qarşı törədilmiş zorakılıqların təhqiq edilməsi məqsədilə 107 il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qərarı ilə yaradılmış Fövqəladə İstintaq komissiyası Zaqafqaziyada müsəlmanlara qarşı millətçi erməni-daşnak qüvvələri tərəfindən törədilmiş zorakılıqların, o cümlədən Bakı qırğınının demək olar ki, tam sənəd bazasını yaratmışdır. Cümhuriyyət dövründə iki dəfə - 1919 və 1920-ci illərdə mart ayının 31-i ümummilli matəm günü kimi qeyd edilmişdir.
Ümummilli lider H.Əliyevin 1998-ci il fevralın 26-da imzaladığı fərmanda qeyd edildiyi kimi: “Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına inkan vermədi...
Azərbaycan Xalq Cumhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırım hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir. ”
S.Şaumyan və G.Karqanovun rəhbərliyi altında erməni-daşnak silahlı cəza dəstələrinin törətdiyi insanlığa sığmayan qanlı cinayətlərə beynalxalq aləmdə də əgər vaxtında hüquqi qiymət verilsəydi, bəlkə də hazırki dövrdə erməni- daşnak quldur qüvvələri və onların havadarlarının Qarabağda təşkil etdikləri qanlı qırğınların qarşısını almaq mümkün olardı. Cəzasız qalmış cinayətkar qüvvələr XX əsrin sonlarında xalqımıza qarşı yenə də terror və soyqırımı törətdilər. Cinayətkar erməni quldur qüvvələri və onların havadarları bu dəfə xüsusilə Xocalıda misli görünməmiş dəhşətli hərbi cinayət törətdilər.
1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni quldur qüvvələri keçmiş Sovet Ordusunun 366-cı alayının birbaşa köməkliyi ilə Xocalı şəhərinin dinc əhalisınə vəhşicəsinə divan tutdular.Erməni separatçıları və onların havadarları 10 min əhalisi olan bu şəhəri vəhşicəsinə gülləbaran etdi, həyata keçirdikləri soyqırım nəticəsində şəhərin 613 nəfər dinc əhalisi vəhşicəsinə qətlə yetirildi ki, onlardan da 63 nəfəri uşaq,106 qadın,70 nəfər qocalar olmuş,150 nəfər itkin düşmüşdür. Səkkiz ailə büstbütün məhv edilmişdir.76-sı usaq olmaqla 487 nəfər yaralanmışdır. 1275 nəfər girov götürülmüşdür. Dövlətin və vətəndaşların şəxsi əmlakına 5 mlrd. manat (01.01.19192-ci ilə olan qiymətlərlə) ziyan vurulmuşdur. 1992-ci il fevralın 29-da Respublikamızda üç gün müddətində ümummilli matəm elan edildi.
Xocalı faciəsi Qarabağda elan olunmamış müharibənin qanlı salnaməsinə yazılmış, xalqımızın tarixi yaddaşına qanlı faciə kimi həkk olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il martın 26-da imzaladığı 690№li fərmanla 31 mart-Azərbaycanlıların Soyqırım Günü elan edilmişdir. Həmin fərmanda qeyd edilirdi:” Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir.”
Separatist erməni-daşnak millətçiləri və onların havadarlarının vəhşiliklərini özündə əks etdirən tarixi sənədlər məlum səbəblər ucbatından üzun müddət “əksinqilabi burjua-mülkədar”damğası altında gizli saxlanılmış, mahiyyətcə millətimizə qarşı törədilmiş soyqırımı olan mart qırğını Azərbaycanda vətəndaş müharibəsi kimi qələmə verilmişdir. Tarixi sənədlər təsdiq edir ki, həmin qırğınlar Azərbaycanda sovet hakimiyyətinin qurulması adı altında tərkibi əsasən ermənilərdən ibarət olan “erməni-daşnak- bolşevuk” silahlı dəstələrinin xalğımıza qarşı törətdikləri ən ağır cinayətlərdən biri olmuşdur.
XIX əsrin sonlarından bu günədək olan tarixi müddətdə Azərbaycan xalqı ən dəhşətli qırğınlara, işgəncələrə, soyqırıma məruz qalmışdır. Xalqımıza qarşı erməni-daşnak qüvvələri və onların havadarları tərəfindən törədilmiş qırğınlar, soyqırım siyasəti ayrı-ayrı tarixi dövrlərdə - 1905-1907; 1918-1920;1948-1953 və 1988-ci ildən bu günədək olan müddətlərdə təkrarən həyata keçirilmişdir. Rusiya imperiyasının şovinist qüvvələrinin himayədarlığı altında erməni-daşnak millətçi qüvvələrinin xalqımıza qarşı törətdikləri dəhşətli qırğınların və soyqırımın kökündə erməni-daşnak millətçi qüvvələrinin Azərbaycana qarşı əsassız olaraq irəli sürdükləri torqaq iddiası olmuşdur. Tarixi zaman göstərir ki, eməni-daşnak millətçi qüvvələri torpaq iddiasından əl çəkmək istəmir və bu iddianı vaxtaşırı olaraq irəli sürür, milli qırğınlar, faciələr törədirlər. Məqsəd Azərbaycanı parçalamaq, zəiflətmək və onun tarixi əraziləri hesabına öz ərazilərini genişləndirərək ikinci erməni dövlətini yaratmaqdır. Bu məqsədlə müasir dövrdə də artıq 26-cı ildir ki, Azərbaycan xalqının beşiyi sayılan Qarabağda millətçi erməni-daşnak qüvvələrinin törətdikləri faciəvi hadisələr davam etməkdədir. Azərbaycanlılara qarşı törədilmiş faciələr, qırğınlar, misli görünməmiş Xocalı soyqırımı son iki əsr ərzində süni surətdə yaradılmış Dağlıq Qarabağ “problem”i ətrafında cərəyan etməkdə davam edir. Təcavüzkar quldur- erməni-daşnak qüvvələri tərəfindən əsassız olaraq Azərbaycana qarşı irəli sürülmüş ərazi iddiaları və bu cəfəng ideyanın həyata keçirmək üçün edilən cəhdlər uzun müddətdir ki, cənubi Qafqazda qanlı fəlakətlərə yol açmaqda davam edirdi.
Tarixdən məlumdur ki, XIX əsrin 90-cı illərinin ortalarından etibarən erməni məsələsi siyasi məqsədlərlə Türkiyədən Zaqafqaziyaya köçürülmüşdür. Bunun ardınca isə ”Daşnaksütyun” partiyası bu bölgədə öz fəaliyyətini gücləndirmişdi. Erməni məsələsinin Cənubi Qafqaza köçürülməsi və ”Daşnaksütyun” partiyasının gələcəkdə yaratmaq istədikləri Ermənistan muxtariyyəti üçün ərazilər əldə etmək üzrə öz məqsədli prooqramı ilə bu yerlərə soxulması Zaqafqaziyanın həyatına milli düşmənçilik və ədavət toxummlarını səpmişdi. Daşnaklar bu yerlərdə göründükləri ilk vaxtlardan etibarən terror aktları törətməyə başlanmışdılar. Çar Rusiyasının XIX əsr boyu və XX-ci əsrin əvvəllərində həyata keçirdiyi köçürülmə siyasətinin nəticəsi olaraq ermənilər Zaqafqaziyada özlərinə yer etmiş və bündan sonra isə özlərinin həqiqi simalarını göstərməyə başlamışdılar.
Tarixi mənbələr təsdiq edir ki, Qarabağ Azərbaycan xalqının əzəli və əbədi torpağıdır, onun tarixi beşiyidir. Çar hakimiyyəti tərəfindən ermənilər geosiyasi məqsədlərlə İran və Türkiyədən kütləvi surətdə köçürülərək Qarabağda yerləşdirilməyənə qədər Azərbaycanın bu tarixi ərazisində milli zəmində belə bir problem və ya münaqışə yaşanmamışdır.
1805-ci ildə Qarabağ xanı İbrahim xanla Rusiya qoşunlarının generalı Sisianovun Kürəkçay sahilində bağladığı müqavilə əsasında Qarabağ xanlığı Rusiya imperiyasının tərkibinə daxil edildikdən sonra impeiya tərəfindən erməni ailələri geosiyasi məqsədlərlə mərhələ-mərhələ İran və Türkiyədən köçürülərək Qarabağda,Yelizavetpol (Gəncə-R.S.) və İrəvan quberniyaları ərazilərində yerləşdirildi və bununla da “problem” süni surətdə yaradılmağa başlandı. Rusiya ilə İran arasında bağlanmış Gülüstan (12 oktyabr 1813-ci il.) və Türkmənçay (10 fevral 1828-ci il.) müqavillələri kimi tarixi sənədlər, habelə xanlığın Rusiyanın hakimiyyəti altıına keçməsi haqqında 1805-ci il mayın 14-də Qarabağ xanı İbrahim xanla Rusiya imperiyası qoşunlarının generalı Pavel Sisianovun imzaladıqları Kürəkçay traktatı əyani surətdə təsdiq edir ki, imperiya sırf Azərbaycan torpaqlarını işğal etmiş və həmin tarixi sənədlərin heç birində erməni malikanələri və onların Rusiya təbəəliyinə keçməsi haqqında heç işarə belə olmamışdır. Azəbaycana məxsus həmin torpaqlar çar imperiyası tərəfindən işğal edildikdən sonra ermənilər geosiyasi məqsədlərlə İran və Türkiyədən köçürülərək bu torpaqlarda yerləşdirildi. Ermənilərin bu ərazilərdə ilk növbədə geosiyasi məqsədlərlə yerləşdirildiyi bir sıra tarixi mənbələrdə də öz əksini tapmışdır. Məsələn, Qafqazdakı rus qoşunlarının komandanı 22 may 1805-ci il tarixli 19№li raportunda qeyd edirdi ki, coğrafi mövqeyinə görə Qarabağ nəinki Azərbaycanın, hətta İranın da daravazası sayılır və ona görə də bu əyalətin öz əlimizdə saxlanmasına və möhkəmləndirilməsinə xüsusi diqqət yetirilməlidir.
1805-ci il mayın 14-də imzalanmış Kürəkçay müqaviləsindən sonra bu vəzifənin yerinə yetirilməsi üçün əlverişli şərait yaranmış oldu və həmin dövrdən etibarən Rusiya impeiyası tərəfindən ələ keçirilmiş Azərbaycan torpaqlarına kütləvi surətdə ermənilərin köçürüllməsinə başlandı.XIX əsrin əvvəllərindən başlanan köçürülmə prosesləri bir sıra tarixi mənbələrdə,o cümlədən S.N.Qlinka.,N.İ.Şavrov., A.S.Qriboyedov.V.L.Veliçko., S.P.Zelinski və başqalarının əsərlərində və digər tarixi mənbələrdə öz əksini tapmışdır.
Çar Rusiyasının müvafiq dövlət qurumları erməniləri Azərbaycanın Dağlıq Qarabağına və digər bölgələrinə köçürərkən Azərbaycan xalqını bu proseslərin uzunmüddətli olmayacağına inandırmağa çalışırdılar. Məsələn, köçürülmə planının hazırlanmasında və həyata keçirilməsində xüsusi rolu olmuş A.S.Qriboyedov yazırdı:”...Müsəlmanları düşdükləri indiki sıxıntılarla barışdırmaqdan ötrü biz kifayət qədər düşünürdük ki, vəziyyəti onlara necə təlqin edək ki, müsəlmanları (Azərbaycanlıları-R.S.) üzləşdikləri bu sıxıntıların üzünmüddətli olmayacağına və ermənilərin həmin torpaqları həmişəlik zəbt etməyəcəyinə inandıra bilək.” Lakin bütün bunlara baxmayaraq, xalqımıza verilən vədlərin reallıqdan uzaq olduğunu tarix bir daha subut etdi. Əslində həmin proseslər qısa müddətli olmadı, əksinə həddindən artıq uzun müddət davam etdiyindən demək olar ki,dayanıqlı oldu. İran və Türkiyədən köçürülən ermənilərin Azərbaycanda yerləşdirilməsi siyasəti hətta Azərbaycan sovetləşdirildikdən sonra da davam etdirildi.
Arxiv sənədləri təsdiq edir ki, kənardan gətirilən ermənilərin Azərbaycan torpaqlarında yeləşdirilməsi prosesi hətta əzəli türk torpaqlarında yaradılmış və sonra Ermənistan adlandırılan ərazidən Azərbaycan türklərinin qovulduqları vaxtlarda da davam etdirilmişdi. Bu proseslər Azərbaycan Respublikasının Dövlət Arxivində mühahizə edilən bir sıra arxiv sənədlərində də öz əksini tapmışdır. Məsələn, Şamxor qəzasına köçürülmüş ermənilərə Şamxor (Şəmkir-R.S.) qəza icraiyyə komitəsi tərəfindən 1921-ci ildə verilmiş vəsiqənin mətnini rus dilindən dilimizə tərcümə etmədən olduğu kimi qeyd edirik:
“Дано сие тов. Абгар Осипову со семейством в том, что они действительно беженцы Турецкой подданные уроженцы гор. Вана и временно проживают в гор. Анненфельд (ныне Шамкир-Р.С.), а потому
уездисполком просит должностных лиц оказывать им как беженцам всякое содействие». Bu sənəddə açıq-aşkar qeyd edilir ki, “Abqar Osipov və onun ailəsi həqiqətən qaçqındırlar,Türkiyə vətədaşıdırlar,Van əhlidirlər, müvəqqəti olaraq Annenfeld ( Şəmkir-R.S.) şəhərində yaşayırlar və qəza icraiyyə komitəsi vəzifəli şəxslərdən xahiş edir ki, qaçqın olan həmin şəxslərə hər cür yardım göstərsinlər.”
Qeyd edirik ki, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 23 noyabr 1922-ci il tarıxli iclasında qaçqınlar barədə məsələyə baxılmış və qaçqınların sayı barədə məlumatların Az MİK-ə təqdim edilməsi qəza icraiyyə komitələrinə tapşırılmışdır. Himayə etmə və sosial-təminat üzrə Xalq Komissarlığının Şamxor (Şəmkir-R.S.) qəzası üzrə müvəkkilinin qaçqınlar barədə 1923-cü ildə AzMİK-ə təqdim etdiyi məlumatdan:
Kəndlərin adları |
Evlərin sayı |
Adamların sayı |
Milliyəti |
Çardağlı 54 193 erməni
Barım - 39 erməni
Georgiyevski - 116 erməni
Badakənd - 50 erməni
Himayə etmə və sosial təminat üzrə Xalq Komissarlığının Şamxor qəzası üzrə müvəkkilinin aclıq çəkən qaçqınlar barədə məlumatından:
Kəndlərin adı |
Qaçqınların sayı |
Acından ölənlər |
Milli mənsubiyyəti |
Geniş kənd |
200 |
- |
Türklər(Azərb.-R.S.) |
Cirdahan |
25 |
- |
Türklər |
Kövlər |
200 |
10 |
Türklər |
Aşağı Ayıblı |
250 |
1 |
Türklər |
Vüqarlı |
150 |
2 |
Türklər |
Şamxor qəza icraiyyə komitəsinin təqdim etdiyi 9 aprel 1924-cü il tarixli məlumatından:
“Qəza icraiyyə komitəsinin daxili idarəetmə şöbəsi bildirir ki, Şamxor qəzasının Dağlıq zolağında aprelin 6-da güclü qar yağmış, gecə buz bağlamış, Ermənistanla sərhədin Gədəbəy məntəqəsində Yeni Bəyazidə gedən yolda 15 nəfər qaçqın həlak olmuşdur. Həlak olanlar müsəlmanlardır.”
Şamxor qəza icraiyyə komitəsinin AzMİK-ə təqdim etdiyi məlumatlara əsaslanaraq qeyd edirik ki, həmin dövrdə Azərbaycana həm başqa ölkələrdən qaçmış ermənilər, həm də əzəli türk torpaqlarında yaradılmış Ermənistandan, öz dədə-baba yurdlarından zor gücü ilə qovularaq qaçqın düşmüş Azərbaycan türkləri də qəbul edirlir və məskunlaşdırılırdı. Lakin cədvəllərdən göründüyü kimi Azəbaycanda yerləşdirilmiş erməni qaçqınlar arasında acından ölüm hadisəsinin qeydə alınmadığı halda, Azərbaycanda yerləşdirilmiş Azərbaycan türkləri arasında 13 nəfərin acından öldüyü qeyd olmuşdur. Həmin məlumatlar bir daha təsdiq edir ki, Azərbaycanda ermənilərə qarşı ayrı seçkilik edilməmiş və onlara yaşayış üçün azərbaycanlıların özlərindən də yaxşı şərait yaradılmış və qayğı göstərilmişdir.Azərbaycanın tarixi torpaqlarına köçürülərək yerlərini möhkəmləndirmiş və sonralar yaradılan Ermənistan Respublikasının ərazisini qonşu Azərbaycan dövlətinin əraziləri hesabına genişləndirməyə can atan “mədəni” və “dinc” ermənilər artıq neçə onilliklərdir ki, Dağlıq Qarabağı Ermənistana birləşdirməkdən ötrü ən iyrənc üsullara əl atırdılar.
Erməni millətçiləri bu xülyalarını həyata keçirmək məqsədilə vaxtı ilə onlara çörək və sığınacaq vermiş Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərinin dinc əhalisinə qarşı iblisanə qəddarlıqla qırğınlar törədirlər.
1919-cu ildə Gəncə qubernatoru Vəkilovun Azərbaycan Respubikasının Xarici İşlər nazirinə göndərdiyi məruzəsində erməni millətçilərinin qəddarlığı haqqında qeyd edirdi:”...bütün Avropaya öz mədəniliyi barədə car çəkən, müdafıyəsiz dinc əhaliyə qarşı vəhşilərin bütün üsullarını tətbiq edən belə bir millətin XX əsrdə mövcudluğuna inanmaq iştəmirsən. Onların vəhşiliklərinin hədii-hüdudu yoxdur, onların qarşısında orta əsrlərin zülmətli faciələri solğun görünür... “
XX əsrdən başlayaraq erməni daşnakları əsassız olaraq Azərbaycana qarşı ərazi iddiaları qaldırırdılar. Təcəvüzkar erməni millətcilərinin “xalqların öz müqəddaratını təyin etmək” kimi gözəl şüar altında Azərbaycan Respublikasını parçalamaq cəhdləri daşnaklar tərəfindən yürüdülmüş və perspekti olmayan köhnə, iyrənc siyasətin davamıdır. Azəbaycana qarşı irəli sürdükləri ərazi iddialarının əsassız olduğunu və onun iflasa uğradığını görən Ermənistan Respublikasının hakim qüvvələri dünya ictimaiyyətinin fikrini azdırmaq məqsədilə elan edirlər ki, guya ki, onların Azərbaycana qarşı ərazi iddiası yoxdur. Qarabağı müstəqil dövlət kimi qələmə verməyə çalışır, bundan ötrü maskalanaraq müxtəlif cildlərə girir, xalqımızın qədim yurdlarından biri olan Qarabağı Azərbaycanla qarşı-qarşıya qoymağa çalışırlar ki, bu da erməni millətçillərinin növbəti cəfəngiyyatıdır. Çünki Qarabağ Azərbaycan xalqının tarixi beşiyidir, əzəli və əbədi torpağıdır.
Qeyd edirik ki, ermənilər tərəfindən hələ 1918-ci ildə də belə cəhdlər edilmiş və əlbəttə ki, heç bir müvəffəqiyyətə nail ola bilməmişdilər. 21(8) oktyabr 1918-ci il tarixli 14№li “Azərbaycan” qəzeti yazırdı:”...ermənilər müsəlmanları qışda Qarabağ respublikasını tanımağa məcbur etmək istədilər. Ermənilər qurultay çağırdılar...həmin qurultayda ermənilərin əsil siyası siması üzə çıxdı. Ermənilər quruultayın çağırılmasına qədər olan müddətdə təntənə ilə elan etdikləri sosializm, qardaşlıq, ədalət kimi şüarları unutdular. Səhnədə yalnız daşnakların dar millətçiliyi qaldı. Sırf daşnaklardan ibarət hökumət yaradıldı və onlar yalnız Andranik və Şahnazarovun gəlişini gözləyirdilər ki, müsəlmanlara güc tədbiq etməklə özlərinə tabe etsinlər.” Lakin Azərbaycan hökuməti erməni millətçilərinin bu niyyətlərini alt-üst etdi. 1919-cu ilin yayında Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qəti mövqeyi və məqsədyönlü siyasəti nəticəsində Respublikanın Qarabağda suveren hüquqları bərpa edildi. Parisdə olan nümayəndələrə göndərilən məlumatda qeyd edilirdi:”Qarabağ adlandırılan məsələ qəti şəkildə həll edildi...7-ci erməni qurultayında Qarabağ errmənilərinin nümayəndələri Azərbaycan hökumətinin hakimiyyətini tanımaq barədə generall-qubernator Xosrov bəy Sultanovla sazış bağladılar.”
Tarix onun ibrət dərslərindən düzğün nəticə çıxara bilməyənləri heç vaxt bağışlamayıbdır. Azərbaycana qarşı işğalçılıq müharibəsi aparan, dərin iqtisadi, siyasi və mənəvi böhran yaşayan Ermənistan Azərbaycan Respublikasına qarşı işğalçı siyasətindən əl çəkməlidir. Gec də olsa, separatist millətçi erməni-daşnak qüvvələri birdəfəlik dərk etməlidirlər ki, əzəli və əbədi türk torpağı olan Dağlıq Qarabağda ikinci erməni dövləti yaradılmasına Azərbaycan xalqı heç vaxt imkan verməyəcəkdir. Ermənistanın 2020-ci il sentyabrın 27-də növbəti irimiqyaslı hərbi əməliyyatlara başlamasına, həmçinin onun Azərbaycan Ordusunun mövqelərinə və mülki yaşayış məntəqələrinə atəş zərbələri endirməsinə cavab olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə əks-hücum əməliyyati işə başladı, sonrakı mərhələdə isə “Dəmir Yumruq” adını alan bu əməliyyat Vətən Müharibəsinə çevrildi. Həmin Vətən Müharibəsində Ali Baş Komandan başda olmaqla Azərbaycan Ordusu və Xalqı möhtəşəm qələbə çalaraq Azərbaycanın 30 ildən artıq müddətdə erməni işğalı altında qalan bütün torpaqlarını azad etdi. Uzun illər işğal altında qalan torpaqlarımız qəhrəman şəhidlərimizin, zabit və əsgərlərimizin, qazilərimizin qanı və canı bahasına azad olundu. İşğal edilmiş Qarabağın aqressiv erməni millətçilərindən təmizlənməsi uğrunda gedən 44 günlük Vətən Müharibəsində hərbi qüvvəıərimizin üç min nəfərədək hərbi qulluqçusu erməni işğalçılarına qarşı mərdliklə vuruşaraq Vətən yolunda canlarını qurban vermiş, yüz nəfərdən artıq hərbi qulluqçumuz itkin düşmüş, min nəfərdən artıq hərbi qulluqçumuz isə yaralanaraq sağlamlığını itirmişdi. Vətən Müharibəsində Azərbaycanın üç mindən artıq qəhrəman oğulları erməni millətçilərinə qarşı qəhrəmancasına döyüşərək onları Qarabağdan “iti qovan kimi” qovmuş və Azərbaycanın ərazi bütövlüyünü təmin etmişdir.
44 günlük Vətən Müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı və bütün dünya şahid oldu ki, Azərbaycan xalqı öz torpağının sahibidir və hər zaman onun keşiyindədir! Vətən Müharibəsinin hər bir günü xalqımızın şanlı tarixidir və həmin tarixlə qəhrəman xalqımız fəxr edir və qürur duyur! Yaşasın Azərbaycan! Yaşasın Azərbaycanın şanlı Silahlı Qüvvələri! Qarabağ Azərbaycandır!
Rafiq Səfərov
Milli Arxiv İdarəsinin
Arxiv sənədlərinin nəşri, istifadəsi və
informasiya təminatı şöbəsinin baş məsləhətçisi
İstifadə edilmiş ədəbiyyat və mənbələrin siyahısı:
1.A.Ə.Paşayev:”XIX-XX əsrlərdə ermənilərin azərbaycanlılarar qarşı törətdikləri soyqırımları və deportasiyalar(arxiv sənəd və materialları əsasında).Avtoreferat.Bakı.2007.s.34.
2 A.Paşayev.”Erməni təcavüzü tarixi sənədlərdə”.Mart qırğınına həsr olunmuş elmi-praktik konfrandakı məruzəsi;
Akademik Z.M.Bünyadovun redaktəsi ilə”Azərbaycan tarixi sənədlər və nəşrlər üzrə.”Bakı.1990.s.184.
3.Tarix elmləri doktoru Cəmil Həsənli ilə müsahibə:Arxiv sənədlərində 1918-ci il qırğını.
4 A.Ə.Paşayev:”XIX-XX əsrlərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları və deportasiyalar(arxiv sənəd və materialları əsasında.Bakı.2007.s.34.
5 Yenə orada.
ARDA.f.1061.siy.1.iş.108.v.5;7.
A.Paşayev.Şamaxı qırğını. milliarxiv@gmail.com
Azərbaycan Tarixi. 5-ci cild.Bakı.2001.c.306.
6 Aрхив,ф.100,siy.2,iş.7,v.20.
Адрес-календарь.с.28.
Азербайджанская Демократическая Республика (1918-1920).Законодательные акты. Баку. 1998.с.213.
7 Yenə orada.
8 Azərbaycan qəz. 1998.,26 mart.
9 «Зеркало».1992.25 февраля.
10.»Бакинский рабочий».1992.29 февраля.
11. Azərbaycan qəz. 26 mart 1998-ci il.
12.Azərbaycan qəz. 22 may 1998-ci il.
13.A.Ə.Paşayev:”XIX-XX əsrlərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları və deportasiyalar(arxiv sənəd və materialları əsasında).Bakı.2007.
14.Азербайджан.1919.6 мая.№ 92.
15.ARDA.ф.675.оп.1.д.26.л.11
16.ARDA.f.675.siy.1.iş.92.v.1.
17 История Азербайджана по документам и публикациям.»Баку.1990.с.192.
18 Yenə orada с.280.
19.ARDA.f.2905.siy.1.iş.20.v.3.
C.Həsənov.”Azərbaycan Beynəlxalq münasibətlər sistemində (1918-1920).Bakı.1993.v.236.
Bugün: | 614 |
Dünən: | 1000 |
Bu həftə: | 4760 |
Son həftə: | 6288 |
Bu Ay: | 16330 |
Son Ay: | 26944 |
Bu İl: | 90495 |
Ümumi: | 1403080 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az