Azərbaycanda mədəni irsin qorunması sahəsində milli informasiya resurslarından biri dövlət arxiv xidməti təşkilatıdır. Bu məqalədə mədəni irsimizin etibarlı və səriştəli mühafizəçilərindən olan Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin rolundan, əhəmiyyətindən və fəaliyyətindən söhbət açılır.
Məlumdur ki, mədəni irsin mühafizəsinin gücləndirilməsi sahəsibeynəlxalq təşkilatların layihələrində prioritet təşkil edən məsələlərdən sayılır. Bu istiqamətdə ölkəmizdə ciddi nəzarət mexanizmləri yaradılmış və tətbiq olunmaqdadır. Xüsusi olaraq qeyd etmək istərdik ki, tarixi, mədəni-mənəvi irsin qorunması ölkə başçısı cənab İlham Əliyevin daima diqqət mərkəzindədir.
Mədəni irsin mühafizəsinin hüquqi bazası Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının digər normativ-hüquqi aktlarıdır.Azərbaycan Respublikasının Konstitusiyasının 40-cı maddəsinin ikinci hissəsinə əsasən“hər kəs tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməli, tarix və mədəniyyət abidələrini qorumalıdır”(1).
Azərbaycanın mədəni irsinin tərkib hissəsi olan Azərbaycan Respublikasının Milli arxiv fondu milli informasiya resurslarından biridir. Bu irsin toplanması, qorunması və cəmiyyətə çatdırılması işini Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi və onun tabeliyində olan arxiv təşkilatları həyata keçirməkdədir(2).
SalmanMümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivi Azərbaycan Respublikası Milli Arxiv İdarəsi sistemi daxilində fəaliyyət göstərən respublika tabeli altı dövlət arxiv xidməti təşkilatından biridir.Öz fəaliyyətində Azərbaycan Respublikasıqanunlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarını, “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununu, həmin Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 27 iyul 1999-cu il tarixli 168 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 32 nömrəli qərarı ilə təsdiq etdiyi normativ-hüquqi aktlarını, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin əmr, göstəriş və sərəncamlarını, həmçinin Azərbaycan Respublikası S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin Əsasnaməsini əldərəhbər tutmaqdadır (3).
S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivi Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin təsdiq etdiyi plana müvafiq olaraq elmi-tədqiqat, metodiki və elmi-informasiya işi aparır və ümumrespublika təsnifatına uyğun olaraq “Elm və elmə xidmət” sahəsinə aiddir. Arxiv öz profili üzrə digər dövlət və idarə arxivlərində, həmçinin Milli arxiv fondunun qeyri-dövlət hissəsinin mülkiyyətçilərində saxlanan sənədlərlə iş üzrə elmi-metodiki mərkəzdir (4).
S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin əsas vəzifələri Milli arxiv fondunun arxivdə saxlanan sənədlərinin mühafizəsini təmin etmək, planlı və elmi cəhətdən əsaslandırılmış qaydada arxiv profilinə aid sənədlərlə komplekləşdirmək, arxivin sənədlərinin hərtərəfli istifadəsi və publikasiyasını təşkil etməkdir. Bu istiqamətdə işlər müvafiq şöbələr daxilində aparılmaqdadır.
Arxivin komplektləşdirilməsi dedikdə - onun profilinə uyğun olaraq Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərini müntəzəm qaydada qəbulu işi nəzərdə tutulur. Arxivin komplektləşdirmə mənbələri fəaliyyətləri nəticəsində Azərbaycan Respublikası Milli arxiv fonduna aid sənədlər yaranan və onları daimi mühafizə üçün məcburi qaydada, yaxud müqavilə yolu ilə arxivə verməli olan təşkilatlar və fiziki şəxslərdir. Təşkilatların sənədləri Arxivə Ekspert Yoxlama Komissiyasının (EYK) təsdiq etdiyi və yaxud razılaşdırılmış siyahılar üzrə qəbul edilir. Fiziki şəxslərin sənədləri isəpərakəndə formada qəbul edilir və ilkin ekspertizadan keçirilir. EYK-nın protokoluna əsasənyeni fond açıla bilər.Əgər daxil olan sənədlərə uyğun fond artıq mövcuddursao zaman həmin fond daxilində növbəti siyahı tərtib edilir. Bunun üçün öncə sənədlər elmi-texniki cəhətdən qaydaya salınır: sənədlər sistemləşdirilir, elmi-tarixi əhəmiyyətini, saxlama müddəti təyin edilir, sənədlər xronoloji ardıcıllıqla sistemli şəkildə saxlama vahidlərinə bölünür. Daha sonra saxlama vahidlərinə daxil edilənsənədlərin vərəqləri nömrələnir, təsdiqedici vərəqlər yazılır. Saxlama vahidlərinin üzərilərinə məzmunu təsvir edilir. Sonrakı mərhələdə mütləq şəkildə müqəddimə ilə başlayan fond siyahısı tərtib edilir, saxlama vahidlərinə arxiv şifri qoyulur və qutulara qoyularaq mühafizəxanaların qəfəsələrində yerləşdirilir. Bu prosessənədlərin elmi-texniki cəhətdən qaydaya salınması barədə aktın tərtib edilməsi ilə bitir.
Arxivdə toplanmış sənədlərin mühafizəsi “Azərbaycan Respublikası dövlət arxivlərinin əsas iş qaydaları” üzrə həyata keçirilir. İlk növbədə sənədlərin mühafizəsi üçün şəraitin yaradılması, tempratur, rütubət rejiminə əməl olunması, sənədlərin itməsinin, zədələnməsinin, tozdan çirklənməsinin qarşısı alınması məqsədilə tədbirlər həyata keçirilir. Mühafizəxanalara daxil olan sənədlərin arxiv qaydalarına uyğun uçotu aparılır. Müntəzəm olaraq arxiv fonduna daxil olan sənədlərdə sanitar-gigiyenik tədbirlər həyata keçirilir.
Sənədlərdən istifadə - arxiv sənədlərinin yaxud onlarda olan məlumatların vətəndaşların, cəmiyyətin və dövlətin informasiyaya olan tələbatlarını ödəmək məqsədilə istifadə edilməsidir.Sənədlərdən istifadə arxivdə icra olunan mürəkkəb iş növüdür. Bunun üçünxüsusi peşəkarlıq və arxivin elmi-məlumat aparatının mükəmməl bilinməsi vacib şərtdir. Bütövlükdə arxiv sənədlərindən istifadə anlayışı istifadəçiyə retrospektiv sənədlər əsasında informasiya xidmətinin və ya məhsulunun təqdim olunması mənasını ifadə edir. Arxivdə mühafizə olunan sənədlərdən əsasən dövlət maraqlarının təmin olunması, vətəndaş cəmiyyətinin formalaşdırılması,vətəndaşların hüquqlarının müdafiəsi və qanuni maraqlarının təmin edilməsi məqsədilə istifadə edilir. Bunlara misal olaraq, məlumati məktubların, tematik siyahıların, göstəricilərin və digər informasiya xarakterli soraq-məlumat vasitələrinin, o cümlədən sənədli məcmuələrin, topluların, məqalələrın, sənəd sərgilərin, arxiv arayışlarının, çıxarışlarının, surətlərinin və digər məlumatverici sənədlərın hazırlanmasını qeyd edə bilərik.
Arxiv sənədlərinin çoxsaylı istifadə formalarından biri də sənədlərdən arxivin oxu zalında tədqiqatçılar tərəfindən elmi-tədqiqat məqsədi ilə istifadəsinin təşkilidir. Bu iş Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin “Dövlət arxivlərinin oxu zalında sənədlərdən istifadə” Qaydaları əsasında aparılır.Arxivdəölkənin mədəni həyatı üçün xüsusi əhəmiyyət kəsb edən idarə, müəssisə və təşkilatların – Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və onun tabeliyində olan qurumların (istehsalat birlikləri, teatrlar, musiqi məktəbləri və s.), yaradıcı ittifaqların, nəşriyyatların, qəzet və jurnal redaksiyalarının və digər mədəniyyət üzrə təşkilatların müxtəlif bölmələrinə aid (ümumi, kadr, mühasibatlıq, texnikivə yaradıcılıq) sənədlər fondlar üzrə saxlanılmaqdadır. Bundan əlavə respublikanın görkəmli yüzlərlə elm, ədəbiyyat və incəsənət xadimlərininhəyat və yaradıcılıqlarına aid sənədlər saxlanılmaqdadır. Bura eyni zamanda, şəxsi mənşəli fondları zənginləşdirən avtoqraf yazılmış çap məhsulları da (kitablar, dərgilər və avtoreferatlar) daxildir.
Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivi sözün bütün mənalarında xalqın mədəni irsi ilə bağlı zəngin bir sənəd məxəzdir.
Arxiv bu gün də müntəzəm olaraq ədəbiyyat və incəsənət xadimlərinin, mədəniyyət sahəsindəki dövlət idarələri və yaradıcı təşkilatların sənədlərini dövlət mühafizəsinə qəbul edərək öz fondlarını daha da zənginləşdirir.
Arxiv sahəsində informasiya və kommunikasiya texnologiyalarının tətbiqi sənədlərin elektron daşıyıcılara köçürülməsi, elektron arxiv məlumat bazasının yaradılması, kompüter avadanlığından istifadə edilməsi, əməkdaşların bu sahədə biliklərinin artırılması, istifadəçilərin elektron arxiv məlumatlarına çıxışının təmin olunmasını özündə birləşdirir. Elektron arxiv məlumat bazasının yaradılması eyni zamanda rəqəmsallaşdırılmış arxiv sənədlərinin etibarlı mühafizəsini, sənədlərdən istifadənin səmərəli təşkilini, universal informasiya axtarış sisteminin yaradılmasını təmin edir.
Bu gün özündə 823 fondu birləşdirən Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivi öz işini günün tələblərinə uyğun davam etdirmək əzmindədir. Ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi, “Arxiv işlərinə gərək çox ciddi fikir verək. Bir tərəfdən ona görə ki, bu xalqımızın tarixini əks etdirən yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif edənlərin qarşısını almaq üçün çox mühüm amildir”.
Könül Nəsibova
Salman Mümtaz adına Dövlət Ədəbiyyat və
İncəsənət Arxivinin direktoru
Bugün: | 270 |
Dünən: | 774 |
Bu həftə: | 5639 |
Son həftə: | 6350 |
Bu Ay: | 18348 |
Son Ay: | 25108 |
Bu İl: | 284497 |
Ümumi: | 1304918 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az