ƏSGƏR ADİL OĞLU RƏSULOV
1954-cü ildə Naxçıvan şəhərində anadan olub. 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirib.
1980-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Ərəb dili kafedrasında baş laborant kimi elmi-pedaqoji fəaliyyətə başlayıb. 1981-2012-ci illərdə Yaxın və Orta Şərq dilləri (1991-ci ildən Türk filologiyası) kafedrasında müəllim, baş müəllim, dosent və professor vəzifələrini tutub.
1976-1979 və 1989-1995-ci illərdə Türkiyə Respublikasında uzunmüddətli xarici ezamiyyətdə olub, tərcüməçi və referent işləyib.
1983-cü ildə filologiya elmləri namizədi, 2006-cı ildə filologiya elmləri doktoru elmi dərəcəsi almışdır.
2012-ci il 26 noyabr tarixindən 2018-ci il 31 iyul tarixinədək Milli Arxiv İdarəsi rəisinin müavini vəzifəsində işləmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli, 369 nömrəli Sərəncamı ilə Milli Arxiv İdarəsinin rəisi təyin edilmişdir.
10-dan artıq kitabın, 15 fənn proqramının, 200-ə yaxın elmi və ədəbi-tənqidi məqalənin müəllifidir. İndiyə qədər çox sayda elmlər doktoru və fəlsəfə doktoru dissertasiya işinin məsləhətçisi, rəhbəri və rəsmi opponenti olmuşdur. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu nəzdində fəaliyyət göstərən ED.105 - Dissertasiya Şurasının üzvüdür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilmişdir. Səmərəli elmi-pedaqoji fəaliyyətinə görə 2009-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 2 mart tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında arxiv işi sahəsində səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 2 fevral tarixli 4289 nömrəli Sərəncamına əsasən “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilmişdir.
Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin üzvüdür. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Ailəlidir, üç övladı var.
Bugün: | 508 |
Dünən: | 774 |
Bu həftə: | 5877 |
Son həftə: | 6350 |
Bu Ay: | 18586 |
Son Ay: | 25108 |
Bu İl: | 284735 |
Ümumi: | 1305156 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az