23 Oktyabr 2018 06:33 XƏBƏRLƏR Baxış sayı : 2328
“Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Finlandiyanın Milli Arxivi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş”in imzalanması məqsədilə Finlandiya nümayəndə heyəti Bakı şəhərinə gəlmişdir.
Finlandiya Milli Arxivinin baş direktoru Yussi Nuortevanın başçılıq etdiyi nümayəndə heyətinə Finlandiya Milli Arxivi Elmi tədqiqatlar və araşdırmalar şöbəsinin direktoru dosent Pyavi Happenen, Rusiya və keçmiş SSRİ ölkələri ilə əlaqələr şöbəsinin direktoru, Finlandiya tarixinə aid sənədlərin axtarışı və elektronlaşdırılması layihəsinin rəhbəri prof. Dmitriy Frolov, Finlandiyanın Azərbaycandakı səfiri xanım Arya Makkonen və səfirliyin ikinci katibi xanım Tarya Parkkinen daxildir.
Səfər çərçivəsində qonaqlar Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin və ömür gün yoldaşı, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsini yad etmiş, həmçinin Şəhidlər Xiyabanında Vətənimizin azadlığı və torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın məzarlarını ziyarət etmiş, əklillər və tər gül dəstələri düzmüşlər.
23 oktyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində sözügedən Sazişin imzalanma mərasimi olmuşdur. Sazişi Finlandiya adından Milli Arxivin baş direktoru Yussi Nuorteva, Azərbaycan Respublikası adından Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov imzalamışdır.
Səfər çərçivəsində qonaqlar Milli Arxiv İdarəsinin tabeliyindəki Dövlət Arxivi, Dövlət Tarix Arxivi, Dövlət Ədəbiyyat və İncəsənət Arxivi, Dövlət Kino-Foto Sənədləri Arxivi, Dövlət Elm və Texnika Sənədləri Arxivi, Dövlət Səs Yazıları Arxivində Finlandiya tarixinə aid olan sənədlərlə tanış olmuşlar.
Bugün: | 331 |
Dünən: | 914 |
Bu həftə: | 4483 |
Son həftə: | 6066 |
Bu Ay: | 18379 |
Son Ay: | 28223 |
Bu İl: | 259420 |
Ümumi: | 1279841 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az