26 May 2026 03:23 XƏBƏRLƏR Baxış sayı : 17
Özbəkistan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəniyyətşünaslıq və Qeyri-Maddi Mədəni İrs Elmi-Tədqiqat İnstitutunun Azərbaycanda rəsmi səfərdə olan nümayəndə heyəti Milli Arxiv İdarəsinin tabeliyində fəaliyyət göstərən Dövlət Səs Yazıları Arxivini ziyarət edib.
Dövlət Səs Yazıları Arxivinin direktoru Vüsal Məmmədov qonaqlara arxivin tarixi, fəaliyyət istiqamətləri və burada daimi mühafizə olunan unikal sənədlər, o cümlədən xalqımızın maddi-mədəni irsinə aid olan xüsusilə qiymətli səs yazıları barədə ətraflı məlumat verdi.
Qonaqlar səmimi qəbula görə arxiv rəhbərliyinə minnətdarlığını bildirdilər. Əməkdaşların iş şəraiti, sənədlərin mühafizəsi, fonosənədlərin bərpası və rəqəmsallaşdırılması prosesi ilə yaxından tanış olan İnstitut əməkdaşları, həmçinin arxivdə mühafizə olunan və Özbəkistan Respublikasının tarixi, mədəniyyəti, eləcə də tanınmış incəsənət xadimlərinə aid olan nadir sənədlər və səs yazıları ilə tanış oldular.
Görüş zamanı tərəflər ortaq mədəni dəyərlərin araşdırılması və gələcək əməkdaşlıq perspektivləri ətrafında səmərəli fikir mübadiləsi apardılar.
.jpeg)

| Bugün: | 966 |
| Dünən: | 1348 |
| Bu həftə: | 2314 |
| Son həftə: | 10546 |
| Bu Ay: | 40474 |
| Son Ay: | 55339 |
| Bu İl: | 247852 |
| Ümumi: | 1941777 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az