07 Mart 2019 05:01 XƏBƏRLƏR Baxış sayı : 1580
Tədbiri İdarənin rəisi Əsgər Rəsulov açaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlamışdır. Həmin məktubda qeyd edilmişdir ki, milli varlığımızın ifadəsi olan zəngin mədəni-mənəvi irsimizin, ana dilimizin və adət-ənənələrimizin əsrlərdən bəri qorunub saxlanmasında Azərbaycan qadınlarının müstəsna xidməti vardır. XX yüzilliyin ilk onilliklərində, bəzi qabaqcıl ölkələrin qadınlarından daha əvvəl seçki hüququ qazanaraq ictimai və mədəni həyatın müxtəlif sahələrində fəal iştirak etmələri onların gələcək uğurlarının da rəhni olmuşdur. Qürurverici haldır ki, müsəlman Şərqində qadınlar arasında incəsənətin, elmin və texnikanın bir çox sahələri üzrə ilk addımı məhz mənəviyyatında milliliklə müasirliyin əsl vəhdətini yaratmış Azərbaycan qadını atmışdır.
Ə.Rəsulov kollektivdə çalışan xanımlar haqqında bildirmişdir ki, respublikamızın arxiv xidməti sahəsində çalışan əməkdaşlarımızın 82 faizini qadınlar təşkil edir. Onların əksəriyyəti həm İdarənin mərkəzi aparatında həm dövlət arxivlərində rəhbər və məsul vəzifələrdə çalışırlar. Belə ki, 6 respublika dövlət arxivinin 2-nə, dövlət arxivinin 15 filialından 6-na, 57 rayon (şəhər) dövlət arxivindən 9-na qadın rəhbərlik edir. Bundan əlavə İdarə yanında fəaliyyət göstərən Mərkəzə, Mərkəzi Laboratoriyaya, həmçinin YAP MAİ ilk ərazi təşkilatına da qadın əməkdaşlarımız rəhbərlik edir.
Ə.Rəsulov bir daha qadınları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etdi, onlara uzun ömür, işlərində müvəfəqiyyətlər arzuladı.
Sonda xatirə şəkli çəkdirildi.
Bugün: | 541 |
Dünən: | 914 |
Bu həftə: | 4693 |
Son həftə: | 6066 |
Bu Ay: | 18589 |
Son Ay: | 28223 |
Bu İl: | 259630 |
Ümumi: | 1280051 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az