Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Bir sıra yerli icra hakimiyyətləri tərəfindən ümumilikdə 4315 saxlama vahidi foto və 18 saxlama vahidi kinosənəd Dövlət Kino-Foto sənədləri Arxivinə təhvil verilib.

 

Mingəçevir, Şamaxı, Lənkəran, Qubadlı, Zəngilan, o cümlədən Bakı şəhərinin Binəqədi, Xətai, Xəzər rayon İcra Hakimiyyətləri tərəfindən ümumi cəmi 4315 saxlama vahidi foto sənəd, 18 saxlama vahidi kino sənəd Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilib.  Kino-foto sənədlər əsasən regionların, Bakı şəhərinin və qəsəbələrinin sosial-iqtisadi inkişafına dair qəbul olunmuş Dövlət Proqramlarında görülməsi planlaşdırılan işlərin icra olunmasını əks etdirir.

Əhalinin məşğulluğu, yeni iş yerlərinin yaradılması, sosial-məişət şəraitinin yaxşılaşdırılması, təhsilin, səhiyyənin, mədəniyyətin, idmanın inkişaf etdirilməsi, qəsəbələrdə abadlıq, quruculuq işləri, əhalinin qaz, su, elektrik enerjisinə olan tələbatının ödənilməsi, yeni infrastruktur sahələrinin yaradılması, sənaye sahələrinə dövlət qayğısı, ekoloji layihələrin gerçəkləşdirilməsi-qəbul edilmiş kino-foto sənədlərin mövzusunu təşkil edir.

Hal-hazırda Arxivdə təhvil olunmuş sənədlərin Milli arxiv fonduna qəbulu rəsmiləşdirilir. Hər bir sənədin məlumat bazası hazırlanır.


Bugün: 1206
Dünən: 1075
Bu həftə: 4164
Son həftə: 6281
Bu Ay: 12284
Son Ay: 20603
Bu İl: 59505
Ümumi: 1372089
1372089