Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dövlət Arxivinin Salyan filialında “Konstitusiya və Suverenlik İli” nə həsr edilmiş “Açıq qapı” günü keçirilib

             Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq olunmuş Dövlət Arxivi Salyan  filialının 2025 - ci ilin İş planı çərçivəsində “Konstitusiya və Suverenlik İli”, o cümlədən Faşizm üzərində qələbənin 80 illiyi münasibətilə  filialda rayon ictimai xadimlərinin və müvafiq qurumların nümayəndələrinin iştirakı ilə “Açıq qapı” günü keçirilib.

Tədbirdə Salyan rayon Ziyalılar birliyinin sədri Allahverdi Piriyev, Rayon Ağsaqqallar Şurasının sədri  Məhərrəm Ağayev, Respublika Əmək Veteranları Şurasının Salyan rayon Təşkilatının sədr müavini İslam Rzayev  və Qarabağ müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələrinin ictimai birliyinin  Salyan rayon filialının sədri Arif Əsgərov iştirak ediblər.

            ARDA Salyan filialının direktoru Səkinə Məlikova qonaqlar qarşısında çıxış edərək arxivin əsas fəaliyyəti istiqamətləri o cümlədən  filialın əhatə etdiyi Cəlilabad, Biləsuvar və Neftçala rayon dövlət arxivləri haqqında, həmçinin sənədlərin dövlət  arxivlərinə qəbulu, mühafizəsi, uçotu, istifadəsi,  rəqəmsallaşdırılması və  elektron xidmətlər haqqında ətraflı məlumat vermişdir.

            Daha sonra iştirakçılar filialda daimi mühafizə edilən və İkinci Dünya Müharibəsində Salyan rayonundan olan sakinlərin ön və arxa cəbhədə fədakarlığını özündə əks etdirən Salyan Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin müvafiq arxiv sənədləri ilə tanış oldular.  

              Tədbir açıq diskussiya şəklində davam etmişdir. 

 


DİGƏR XƏBƏRLƏR



Bugün: 423
Dünən: 931
Bu həftə: 3309
Son həftə: 7549
Bu Ay: 7242
Son Ay: 30229
Bu İl: 111636
Ümumi: 1424220
1424220