19 Avqust 2024 11:11 XƏBƏRLƏR Baxış sayı : 449
“Neft Bakısı” dövründə bir çox Avropa xalqlarının nümayəndələri – almanlar, polyaklar, finlər, estonlar, və litvalılarla yanaşı latışlar da iş dalınca Bakıya, Azərbaycana gəlirdilər. İşləməyə gələnlərin içərisində yüksək ixtisas sahibləri, müəllimlər, mühəndislər daha çox idi. Sənədləri dövrümüzə qədər gəlib çatan, Bakıda, İrəvanda kişi gimnaziyalarında çalışan latış müəllimlər N.Ulezko, E.Brizne, E.Freyni,T.Upitin, kənd təsərrüfatı üzrə böyük mühəndislər R.Drullis, E.Kalveyt, ”Nobel qardaşları” şirkətinin əməkdaşları E.Fridenberq, F.Marta məhz belələrindən olmuşlar.
Zaman-zaman latışlar Bakıda təşkilatlanmağa başlayır və 1911-ci ildə “Bakı Latış Cəmiyyəti”ni yaradırlar. Birinci Dünya Müharibəsi başlayandan sonra şəhərdə latış qaçqınlarının sayı xeyli artır. Təkcə 1916-cı ilin dekabr ayı ərzində Bakı polismeysterliyinin ərzisində olan qaçqınların siyahısında latışlar 276 nəfər göstərilir. Həmin il "Bakı Latış Cəmiyyəti" nəzdində bir sinifli latış dili məktəbi də fəaliyyətə başlayır.
18 noyabr 1918-ci ildə Latviyada müstəqillik elan edildikdən sonra, latışlar tədricən geriyə, öz vətənlərinə köç etməyə başlayırlar.
Təqdim edilən virtual sənəd sərgisi Dövlət Tarix Arxivində daimi mühafizə edilən sənədlər əsasında hazırlanıb. Sənədlər xronoloji ardıcıllığa uyğun olaraq yerləşdirilib və hər bir sənəd annotasiya ilə müşayiət olunur.
Adıçəkilən sərgi ilə BURADAN tanış ola bilərsiniz.
Bugün: | 534 |
Dünən: | 816 |
Bu həftə: | 3012 |
Son həftə: | 6294 |
Bu Ay: | 22015 |
Son Ay: | 25108 |
Bu İl: | 288164 |
Ümumi: | 1308585 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az