21 İyul 2025 02:42 XƏBƏRLƏR Baxış sayı : 190
“Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edilməsi üzrə tədbirlərin Kompleks Proqramı” çərçivəsində 15-19 iyul 2025-ci il tarixlərində Bakı şəhərində Özbəkistan Respublikasının Ədliyyə Nazirliyi yanında “Özarxiv” Agentliyinin iştirakı ilə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən “Özbəkistan- Azərbaycan əlaqələri arxiv fotosənədlərində” adlı kitab-albomun təqdimat mərasimi və “Azərbaycan - Özbəkistan - iki qardaş ölkə” adlı arxiv sənədlərindən ibarət sərgi keçirilmişdir.
Tədbirlərdə Özbəkistan tərəfindən “Özarxiv” Agentliyinin direktoru Yusupov Uluqbey Mirtoliboviç, Agentliyin məlumat xidmətinin rəhbəri - Əliyev Ənvərjon Orifjonoviç və Özbəkistanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Bahrom Aşrafxanov iştirak etmişlər. Azərbaycanda rəsmi səfərdə olan nümayəndə heyəti iyulun 16-da Bakıdakı Zəfər parkını ziyarət edib. Qonaqlar parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzüblər. Sonra qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.
Səfər çərçivəsində qonaqlar Milli Arxiv İdarəsinin və İdarənin tabeliyində fəaliyyət göstərən Respublika Dövlət Arxivlərinin və Dövlət Arxivinin Quba, Qusar, Xaçmaz, Şabran filiallarının fəaliyyəti ilə tanış oldular. Quba rayon filialına səfər zamanı Quba Rayon İcra Hakimiyyətinin başçısı ilə görüş keçirildi və görüşdə İcra başçısı qonaqlara regionda strateji tərəfdaşlıq modelinə çevrilən Azərbaycan-Özbəkistan münasibətlərindən söz açdı.
Səfər proqramına əsasən nümayəndə heyəti Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət ediblər. Muzeyin elmi işçisi qonaqlara muzeyin yaranma tarixi, ekspozisiya zalları və nümayiş olunan nadir eksponatlar barədə ətraflı məlumat verib, ziyarətçiləri Nizami Gəncəvi irsi və ümumilikdə klassik Azərbaycan ədəbiyyatının nümayəndələrinin yaradıcılığı ilə tanış edib.
Həmçinin Bakıya ilk dəfə səfər edən qonaqlar şəhərimizin görməli yerlərini gəzmiş, İçərişəhər və Qız qalası ilə tanış olmuşlar. Azərbaycan paytaxtının qədim guşəsi ilə tanışlıq qonaqlarda xoş təəssürat bağışlamışdır.
Bugün: | 774 |
Dünən: | 927 |
Bu həftə: | 774 |
Son həftə: | 5935 |
Bu Ay: | 25548 |
Son Ay: | 28959 |
Bu İl: | 189702 |
Ümumi: | 1502286 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az