Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsində "Arxivlərin transformasiyası: kağızdan rəqəmsala keçid” mövzusunda tədbir keçirilib

Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun dəstəyi ilə “Arxivlərin transformasiyası: kağızdan rəqəmsala keçid” mövzusunda tədbir keçirilib.

Tədbirin məqsədi müasir dövrdə arxivlərin rəqəmsallaşdırılması prosesinin aktuallığını vurğulamaq, mövcud problemləri müzakirə etmək və təcrübə mübadiləsinə şərait yaratmaq idi. Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin rəisi Mehman Məmmədov giriş sözü ilə çıxış edərək arxiv sistemlərinin modernləşdirilməsinin zəruriliyini qeyd edib. Bildirib ki, rəqəmsallaşdırma texnoloji yenilənmə ilə yanaşı, həm də sənədlərin uzunmüddətli qorunması, informasiya təhlükəsizliyinin təmin olunması və ictimaiyyətə daha operativ çıxış imkanlarının yaradılması baxımından xüsusi əhəmiyyətə malikdir. Ardınca Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov arxiv sənədlərinin qorunması, hüquqi tənzimləmə və beynəlxalq təcrübə ilə bağlı fikirlərini bölüşüb.
         Daha sonra Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Cinayət-axtarış idarəsinin Kibercinayətkarlıqla mübarizə bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Əli Qasımlı, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları Kənan Hüseynəliyev və Şahin İsmayılov və Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin Maliyyə bazarı iştirakçılarının hüquqlarının müdafiəsi bölməsinin əməkdaşı Mərhəmət Bayramovun çıxışları olmuş, mövzu ilə bağlı slaydlar nümayiş etdirilmişdir. 
     Çıxış edənlər arxivlərin rəqəmsallaşdırılmasının strateji və mədəni əhəmiyyət daşıdığını vurğulayıb, milli rəqəmsal arxiv standartlarının hazırlanması və informasiya təhlükəsizliyinin təmin olunmasının vacibliyini qeyd ediblər. Həmçinin rəqəmsallaşdırmada istifadə olunan proqram təminatları və texniki vasitələr, kadr hazırlığı və rəqəmsal savadlılığın artırılması kimi məsələlər müzakirə olunub.
          Tədbirin sonunda təklif və tövsiyələrdən ibarət rəy və fikirlər dinlənilib, iştirakçıların sualları cavablandırılıb.


Bugün: 759
Dünən: 927
Bu həftə: 759
Son həftə: 5935
Bu Ay: 25533
Son Ay: 28959
Bu İl: 189687
Ümumi: 1502271
1502271