08 May 2025 12:39 XƏBƏRLƏR Baxış sayı : 43
Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam Azərbaycan Respublikasına səfərə gəlib.
Səfər çərçivəsində nümayəndə heyəti tərkibində ölkəmizdə olan Vyetnam Dövlət Qeydiyyatı və Arxiv İdarəsinin Baş direktoru Danq Tan Tunq Milli Arxiv İdarəsində olub və İdarənin rəisi Əsgər Rəsulovla görüşüb.
Əsgər Rəsulov Vyetnam ilə Azərbaycan arasında siyasi, iqtisadi, mədəni əlaqələrin, o cümlədən arxiv işi sahəsində mövcud əlaqələrin inkişaf etdiyini bildirərək arxivlərimiz arasında əlaqələrin daha da möhkəmlənəcəyini məmnunluqla qeyd edib.
Əsgər Rəsulov Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın iştirakı ilə mübadiləsi mərasimində “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Vyetnam Dövlət Qeydiyyatı və Arxiv İdarəsi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun olmasını xüsusi mənnunluqla vurğuladı və gələcək əlaqələrin inkişafında onun xüsusi rolu olacağını diqqətə çatdırdı.
Vyetnam Dövlət Qeydiyyatı və Arxiv İdarəsinin Baş direktoru Danq Tan Tunq səmimi qəbula görə Əsgər Rəsulova minnətdarlığını bildirərək, “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Vyetnam Dövlət Qeydiyyatı və Arxiv İdarəsi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanması münasibətilə təbriklərini çatdırdı. Natiq Azərbaycan və Vyetnam arxivləri arasında əlaqələrin inkişafının vacib olduğunu vurğuladı.
Daha sonra Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Vyetnam Dövlət Qeydiyyatı və Arxiv İdarəsinin arasında əməkdaşlıq istiqamətlərinin daha da genişləndirilməsi, birgə layihələrin reallaşdırılması, təcrübə mübadiləsi məsələləri müzakirə olundu.
Daha sonra qonaq Milli Arxiv İdarəsinin və İdarənin tabeliyində fəaliyyət göstərən Respublika Dövlət Arxivlərinin fəaliyyəti ilə tanış oldu.
Bugün: | 584 |
Dünən: | 931 |
Bu həftə: | 3470 |
Son həftə: | 7549 |
Bu Ay: | 7403 |
Son Ay: | 30229 |
Bu İl: | 111797 |
Ümumi: | 1424381 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az