29 İyun 2017 03:28 XƏBƏRLƏR Baxış sayı : 2421
Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi arxiv işi sahəsində müstəqil dövlətə məxsus qanunvericilik aktlarının təkmilləşdirilməsi və yeni normativ hüquqi aktların hazırlanması istiqamətində daim fəaliyyət göstərir.
İdarə rəisinin əmri ilə yaradılan işçi qrupu bu günlərdə müstəqil Azərbaycan dövlətinin arxiv quruculuğu tarixində ilk dəfə olaraq “Dövlət və bələdiyyə orqanlarında, idarə, təşkilat və müəssisələrdə arxiv işinin təşkilinə dair Təlimat”ın layihəsini hazırlamışdır. Təlimat Milli Arxiv İdarəsi Kollegiyasının 12 iyun 2017-ci il tarixli 05 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 21 iyun 2017-ci il tarixində 15201706120005 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmişdir.
Bu Təlimat dövlət və bələdiyyə orqanlarında, idarə, təşkilat və müəssisələrdə arxiv işinin təşkili, arxiv fondu sənədlərinin mühafizəsi, komplektəşdirilməsi, uçotu, istifadəsi və dövlət mühafizəsinə təhvil verilməsi qaydalarını müəyyən edən normativ hüquqi sənəddir.
Təlimatla BURADAN tanış ola bilərsiniz.
Bugün: | 390 |
Dünən: | 986 |
Bu həftə: | 3628 |
Son həftə: | 6066 |
Bu Ay: | 17524 |
Son Ay: | 28223 |
Bu İl: | 258565 |
Ümumi: | 1278986 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az