Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyi, o cümlədən Faşizm üzərində Qələbənin 81 illiyi münasibətilə tədbir keçirilib

Tədbiri giriş nitqi ilə açıq elan edən İdarənin rəisi Əsgər Rəsulov qeyd etdi ki, cari ildə Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 103 ili tamam olur. İdarə rəisi Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətləri haqqında məlumat verdi. Daha sonra İdarə rəisinin müavini Həsən Həsənov “Heydər Əliyev və Azərbaycanda arxiv işi” mövzusunda məruzə ilə çıxış edərək, Ulu Öndərin arxiv işinə münasibəti, onun inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər haqqında məlumat verdi. Qeyd edildi ki, Ümummilli Lider ilk əmək fəaliyyətinə məhz Naxçıvan Muxtar Respublikasında Dövlət Arxivinin məxfi şöbəsinin müdiri kimi başlamışdır. H.Əliyev Azərbaycan SSR-ə, o cümlədən müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrlərdə də arxiv işi onun diqqətindən kənarda qalmamışdır.

Daha sonra Əsgər Rəsulov 9 May Faşizm üzərində Qələbənin qazanılmasında Azərbaycan xalqının qəhrəman oğul və qızlarının fədakarlığından, Bakı neftinin İkinci Dünya Müharibəsində oynadığı müstəsna rolu haqqında məlumat verdi. Bildirildi ki, məhz Bakı neftinin mövcudluğu Qələbənin təmin olunmasında əsas rol oynayıb. İstər ön cəbhədə, istərsə arxa cəbhədə azərbaycanlılar əzmlə mübarizə aparıblar.

Əsgər Rəsulov çıxışında həmçinin Çernobil faciəsinin 40 illiyi münasibətilə tədbir iştirakçılarını məlumatlandırdı. Qeyd edildi ki, faciənin miqyasına baxmayaraq yüzlərlə azərbaycanlı dünyanın ən böyük atom texnogen qəzasının nəticələrinin aradan qaldırılmasında fəal rol oynayıblar.

Daha sonra Belarus Respublikasının Dövlət Kino-Foto-Fono Arxivi tərəfindən təqdim edilmiş və İkinci Dünya Müharibəsi zamanı Faşizm üzərində Qələbəyə həsr olunmuş, Brest qalasının müdafiəsini özündə əks etdirən “Qəhrəman qala”, o cümlədən “Çernobıl: faciənin xronikası” adlı kinoxronikalar nümayiş etdirildi.  

Tədbir məruzə ətrafında fikir mübadiləsi ilə davam etdirildi.  

 

 

 


Bugün: 555
Dünən: 1560
Bu həftə: 9502
Son həftə: 10866
Bu Ay: 25182
Son Ay: 55339
Bu İl: 232560
Ümumi: 1926485
1926485