06 May 2026 10:09 XƏBƏRLƏR Baxış sayı : 186
Özbəkistan Milli Teleradio Şirkətinin nümayəndələri “Mədəniyyət və mərifət” və “Özbəkistan tarixi” televiziya kanalları üçün sənədli filmlərin hazırlanması məqsədilə Azərbaycan Respublikasına səfər çərçivəsində Milli Arxiv İdarəsində olub, İdarənin rəisi Əsgər Rəsulovla görüşüblər.
Görüş zamanı Azərbaycan – Özbəkistan tarixi əlaqələri, o cümlədən arxiv işi sahəsində həyata keçirilən layihələr barədə fikir mübadiləsi aparılıb.
Qonaqlar həmçinin İdarənin tabeliyində fəaliyyət göstərən Dövlət Ədəbiyyat və İncəsənət Arxivində, Dövlət Kino-Foto Sənədləri Arxivində saxlanılan özbək mədəniyyət xadimlərinə dair sənədlərlə tanış oldular.
| Bugün: | 555 |
| Dünən: | 1560 |
| Bu həftə: | 9502 |
| Son həftə: | 10866 |
| Bu Ay: | 25182 |
| Son Ay: | 55339 |
| Bu İl: | 232560 |
| Ümumi: | 1926485 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az