Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

“Özbəkistan-Azərbaycan əlaqələri arxiv fotosənədlərində” adlı kitabın təqdimatı və “Azərbaycan və Özbəkistan – iki qardaş xalq” adlı sənəd sərgisinin açılışı mərasimləri keçirilib

24 aprel 2025-ci il tarixində Özbəkistan Respublikasının Buxara şəhərində Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi çərçivəsində təşkil edilmiş “Özbəkistan-Azərbaycan əlaqələri arxiv fotosənədlərində” adlı kitabın təqdimatı və “Azərbaycan-Özbəkistan – iki qardaş xalq” adlı sənəd sərgisininin açılışı mərasimləri keçirilib. Mərasimdə Özbəkistan Respublikası Arxiv Agentliyinin (Özarxiv) sədri Uluqbəy Yusupov və Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov, o cümlədən İdarənin Arxiv işinin rəqəmsallaşdırılması və innovasiyalar şöbəsinin müdiri Roza Əliyeva iştirak ediblər.

Adıçəkilən kitab Azərbaycan və Özbəkistan Respublikalarının Dövlət Kino-Foto Sənədləri Arxivində daimi mühafizə edilən sənədlər əsasında hazırlanmışdır.

25 aprel 2025-ci il tarixində sözügedən səfər çərçivəsində Əsgər Rəsulov və Roza Əliyeva Özbəkistan Respublikası Arxiv Agentliyi (Özarxiv) tərəfindən təşkil edilmiş bir sıra digər tədbirlərdə, o cümlədən Buxara vilayəti Dövlət Arxivinin fəaliyyəti ilə tanış olmuş, Buxara şəhəri “Dostluq Evi”də keçirilmiş tədbirdə iştirak ediblər.

 


Bugün: 326
Dünən: 1381
Bu həftə: 8053
Son həftə: 14312
Bu Ay: 45870
Son Ay: 55392
Bu İl: 197909
Ümumi: 1891834
1891834