Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Yenilənmə : 2018-02-26 21:40:25
Baxış sayı : 3355

Daşları duyan insan - ÖMƏR ELDAROV 90

 

 

156oeHeykəltəraşlar daşları duyan insanlardır. Daşlarla danışan insanlardır. Daşları cilalayaraq onları yenidən şəkilləndirən insanlardır. Məhz, daşlara yeni həyat verən bu insanlar incəsənət tariximizə çox dəyərli incilər bəxş etmişlər.Qədim tarixə malik olan Azərbaycanda çox mürəkkəb və fitri istedad tələb edən bu sənət növünə həmişə böyük maraq olmuş və təbii ki, çoxuzun bir inkişaf yolu keçmişdir. Dünya heykəltəraşlıq tarixini araşdırdığımız zamanAzərbaycan heykəl ustalarının dabu sənətdə özünəməxsus yeri olduğunu görürük.  

Dünən 90 yaşını qeyd etdiyimiz Ömər Eldarov məhz belə sənətkarlarımızdandır. Onu da qeyd etmək vacibdir ki, məqalənin hazırlandığı gün Ömər Eldarovun “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı elan edildi. Dahi sənətkar ölkəmizin ən yüksək statuslu ordeni olan   “Heydər Əliyev” ordeni ilə tətif edildi.

Ömər Eldarov 1927-ci il dekabrın 21-dəqədim şəhərlərimizdən biri olan Dərbənddə dünyaya göz açmışdır.O, ailəsi ilə kiçik yaşlarında Bakıya köçmüşdür. Təsviri incəsənətə marağını görən anası onu Bakı Rəssamlıq Studiyasına yazdırmışdır. SonralarƏzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin heykəltəraşlıq bölməsindən məzun olaraq (1944) peşə biliyini artırmaq məqsədilə İlya Repin adına Leninqrad Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunun heykəltəraşlıq fakültəsinə daxil olmuş və 1951-ci ildə bu təhsil ocağını müvəffəqiyyətlə tamamlamışdır. O hələ 1946-cı ildən etibarən mütəmadi olaraq müxtəlif sərgi və müsabiqələrdə iştirak edirdi.

Usta heykəltəraşın yaratdığı bir-birindən möhtəşəm və maraqlı əsərlər özünəməxsus incəliyini və fərqliliyini qoruyaraqonun yaradıcılığını yüksəklərə qaldırmışdır. Paytaxtımızın memarlıq simasını müəyyənləşdirən və zənginləşdirən neçə-neçə abidə məhz, qocaman sənətkarın zəhmətinin məhsuludur.

İlk yaddaqalan böyük əsəri xan qızı, şairə Xurşidbanu Natəvanın mərmərdən hazırlanmış heykəl-portreti olmuşdur.Onun bu mövzuya müraciət etməsinin səbəbi təsadüf nəticəsində görkəmli şairənin fotoşəkilləri ilə tanışlığı olmuşdu. Gənc heykəl ustası xan qızının kübar baxışına və görünüşünə heyran olaraq onun portretini yaratmaq qərarına gəlmişdi. Əsər uğurlu alınmış vəbir çox sovet heykəltəraş və rəssamları tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Həmin əsər “Azərbaycan” kinoteatrının qarşısında tuncdan hazırlanaraq çoxda hündür olmayan kürsü üzərində qoyulmuş, Bakının memarlıq incilərindən birinə çevrilmişdir.

Zəriflik, kamillik, dərinlik və möhtəşəmlik Ömər Eldarovun yaradıcılığına xas olan xüsusiyyətlərdir. Sadaladığımız bu xüsusiyyətlər onun Hüseyn Cavidə həsr olunmuş monumental abidəsində qabarıq çalarlarla əks olunmuşdur. Görkəmli heykəl ustası dahi dramaturqun əsərlərinin ideyasını ön plana çəkərək Cavid böyüklüyünü və əyilməzliyini təcəssüm etmişdir.

Ustad heykəltəraşın yaradıcılığında memorial abidələr başlıca yer tutmaqdadır. Obrazlarını yaratdığı hər bir görkəmli şəxsiyyətin yaşadıqlarını və daxili dünyalarını gözlər önündə sərgiləməyə çalışan görkəmli heykəl ustası yüksək sənətkarlıq bacarığı sayəsində buna müvəffəq olmuşdur. Dahi bəstəkar Üzeyir Hacıbəyova, böyük rəssam Səttar Bəhlulzadəyə,istedadlı səs ifaçısı Müslüm Maqomayevə, görkəmli oftomoloq-alimZərifə xanım Əliyevaya və Ümummilli liderimiz Heydər Əliyevə həsr olunmuş memorial abidələr dediklərimizə ən gözəl sübutdur.

Zəngin daxili aləmi ilə unudulmaz əsərlərə imza atmışXalq rəssamı, akademik Ömər Eldarov yaratdığı hər bir obraz iləmilli və dünya heykəltəraşlıq sənətində öz layiqli yerini qorumaqda və gənc nəsillərəbu sənəti sevdirməkdədir. Bütün yüksək mükafatlarla təltif olunmuş qocaman sənətkarımızı yubiley münasibəti ilə təbrik edir, ona möhkəm cansağlığı və uzun ömür arzulayırıq.

Məqalənin hazırlanmasında S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində mühafizə olunan 156 nömrəli fondun sənədlərindən istifadə olunmuşdur.

 

 

         Cavid MƏMMƏDLİ

 

S.Mümtaz adına ARDƏİA-nın

                                                                                      Sənədlərin istifadəsi və nəşri

         şöbəsinin müdiri



Bugün: 111
Dünən: 824
Bu həftə: 3413
Son həftə: 6294
Bu Ay: 22416
Son Ay: 25108
Bu İl: 288565
Ümumi: 1308986
1308986