Geniş erudisiyalı və hərtərəfli biliyə malik olan professorTağı Tağızadə dövrünün tanınmış alimlərindən olmuş,Azərbaycanda səhiyyə xidmətinin inkişafında əhəmiyyətli rol oynamış, gənc tibbi kadrların yetişməsində bilik və bacarığını əsirgəməmişdir.
Tağı Ələkbər oğlu Tağızadə4 sentyabr 1923-cü ildə Bakı şəhərində anadan olmuşdur.1938-ci ildə Bakı şəhəri,Oktyabr rayonundakı 25№-li orta məktəbi bitirmiş,elə həmin ildə Azərbaycan Tibb İnstitutunun müalicə profilaktika fakültəsinə qəbul olunmuşdur.1942-ci ildə institutu fərqlənmə diplomu ilə bitirdikdən sonraAzərbaycan SSR Xalq Səhiyyə Komissarlığının Epidemiologiya və Mikrobiologiya Elmi Tədqiqat İnstitutunda işə başlamış,1945-ci ilədək Kəlbəcər, Yevlax və Quba rayonlarında həkim-epidemioloq, rayon səhiyyə şöbəsinin müdiri,sanitariya və epidemiologiya stansiyasının rəisi,tropik stansiyasının rəisi və s.vəzifələrdə çalışmışdır.
1945-ci ilin dekabrında Xalq Səhiyyə Komissarının əmri ilə Azərbaycan Tibb İnstitutuna,epidemiologiya kafedrasına asissent təyin olunur. 1952-ci ildə namizədlik dissertasiyasını müdafiə etmiş,tibb elmləri namizədi adını almışdır. Kafedranın dosenti olan Tağı Tağızadə 1962-ci ildə S.M.Kirov adına Parazitologiya və Tropik Tibbi Elmi Tədqiqat İnstitutuna direktor təyin edilir.Burada 1964-cü ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1965-ci ildə professor elmi adını qazanmışdır.
1966-ci ildə müsabiqə yolu ilə Azərbaycan Tibb İnstitutunun Epidemiologiya kafedrasının müdiri seçilmiş,ömrünün sonunadək burada işləmişdir. 1981-ci ilin aprelində yenidən Parazitologiya və Tropik Tibbi Elmi Tədqiqat İnstitutuna direktor təyin edilsə də, Tibb İnstitutunda kafedra müdiri vəzifəsində ictimai əsaslarla fəaliyyətini davam etdirmişdir.25 yanvar 1988-ci ildə Azərbaycan SSR Səhiyyə nazirinin əmri ilə T.Tağızadə Peşəkar Xəstəliklər Elmi-Tədqiqat İnstitutuna direktor təyin edilmişdir.
Tağı Tağızadə fəaliyyəti dövründə həm də Səhiyyə Nazirliyinin 2№-li Baza Tibb Texnikumunda (1946-1956) və Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində dekan müavini (1956-1960),ATİ-nin Sanitariya və gigieyna fakültəsində dekan (1966-1968), Azərbaycan SSR Səhiyyə Nazirliyinin baş epidemioloqu (1968-1975), Azərbaycan SSR Səhiyyə Nazirliyinin parazitologiya üzrə baş mütəxəssisi (1984) işləmişdir.
Professor T.Ə.Tağızadə öz elmi-pedaqoji fəaliyyəti ərzində infeksion və parazitar xəstəliklərin öyrənilməsi və onlarla mübarizənin təşkili sahəsində elm və praktikanı qiymətli məlumatlarla zənginləşdirən çoxsaylı tədqiqat işləri aparmışdır.Tədqiqatları, əsasən, leptospiroz, malyariya, helmintozlar və salmonelyoz xəstəliklərinin epidemiologiyasına həsr olunmuşdur. O, SSRİ-də ilk dəfə olaraq favizm xəstəliyiniaşkar etmişdir. 1 dərslik, 4 monoqrafiya, 7 dərs vəsaiti, 18 elmi-kütləvi kitabça, 300-ə qədər elmi məqalə nəşr etdirmişdir.
T.Ə.Tağızadə uzun illər pedaqoji fəaliyyəti ilə yanaşı, elmi kadrların hazırlanmasına da ciddi diqqət yetirmişdir.Onun rəhbərliyi ilə 11 doktorluq və 26 namizədlik dissertasiyası müdafiə olunmuşdur.
Tibb elmi sahəsindəki xidmətlərinə görə professor Tağı Tağızadə “Şərəf Nişanı” ordeni, akademik K.İ.Skryabinin 100 illiyi,V.İ.Leninin 100 illiyi yubiley medalları, müxtəlif fəxri fərmanlarlatəltif edilmişdir.Tağı Tağızadə Azərbaycan SSR-in Əməkdar elm xadimi,bir sıra keçmiş İttifaq ölkələrinin səhiyyə təşkilatlarının fəxri üzvü olmuşdur.
Tağı Tağızadə 25 noyabr 1998-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Məqalənin hazırlanmasında ARDETSA-da Tağı Ələkbər oğlu Tağızadəyə aid qorunub saxlanılan 134 №-li fonddan istifadə edilmişdir.
Zinyət Vəliyeva
Dövlət Elm və Texnika
Sənədləri Arxivinin aparıcı arxeoqrafı
Bugün: | 820 |
Dünən: | 817 |
Bu həftə: | 820 |
Son həftə: | 6197 |
Bu Ay: | 6092 |
Son Ay: | 25580 |
Bu İl: | 218910 |
Ümumi: | 1239331 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az