Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Yenilənmə : 2018-02-28 21:33:20
Baxış sayı : 4856

Xəyanətkar ermənilərin törətdikləri soyqırımı (arxiv sənədlərinin dili ilə)

 

Azərbaycan zəngin təbii sərvətlərə və mühüm coğrafi-siyasi mövqeyə malikdir. Qədim dövrlərdə Çindən Avropaya gedən Böyük İpək yolunun ölkəmizdən keçməsi də bu amillə bağlıdr. Bu səbəblərə görə də bu məkan həmişə yadelli işğalçıların hədəflərində olub. Lakin xalqımız bütün dövrlərdə öz mənliyini, varlğım qoruyub, bu günədək yaşayıb. “Şərq məsələsi”, “isti sulara çıxmaq” hədəfi XVIII əsrdən başlayaraq Avropada və Rusiyada siyasətin əsas istiqamətlərindən biri idi. Bu regiona əlverşli əməliyyat meydanı isə yox idi.
Avropadan naqisliklərinə görə sıxışdırılıb qovulan ermənilər bu vəziyyətdən yararlanmaq üçün Osmanlı Türkiyəsinə ərazi iddiası irəli sürdülər. Saxta tarix yazan ermənilər böyük dövlətlərə, siyasi qüvvələrə, onlara iddia etdikləri ərazilərə sahib olmağa dəstək verənlərə bu süni dövləti əməliyyat meydanı kimi istifadə edə biləcəklərinə söz verdilər. Çar Rusiyasına üç növ dövlətçilk layihəsi verildi: müstəqil, protektorat və muxtariyyat statuslu. Avropada və Rusiyada onlara muxtariyyat vədini verdilər. Beləliklə, ermənilər siyasi və digər dəstəklərini aldılar. Onlar bu zəmində iğtişaşa, terrora kütləvi qırğınlara başladılar, vəhşilik, qəddarlıq, vandalizm isə onların üzə çıxan qeyri-insani xislətlərinin təzahürləridir. Şərqə göz dükmüş böyük qüvvələrə isə erməni xəyanəti vacib idi. Buna görə də insan sifətli bu barbarların törətdikləri əməllər, etnik təmizləmələr, qəddarlıqlar həm həmin ölkələrin öz, həm də dünya ictimaiyyətindən gizlədilib. Ermənilər bu havadarlıqdan istifadə edərək bu günədək türk-müsəlman xalqlarına qarşı soyqırımlar törədiblər. XIX əsrdə İran və Türkiyə demək olar ki, ermənilərin xəyanətləri hesabına Rusiya ilə müharibədə məğlub oldular. IV-XIX əsrlər ərzində öz dövlətlərinə malik olmayan ermənilər "Böyük Ermənistan" dövlətini yaratmaq üçün Rusiyanın imperiya siyasətindən soyqırımı törətmək üçün bir alət kimi istifadə etmişlər.

       Azərbaycanda XIX-XX əsrlərdə xalqımızın torpaqlarının zəbti ilə müşayiət olunan bütün faciələr, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələləridir. 1813-1828-ci illər Rusiya ilə İran arasında gedən iki müharibənin ( 1804-1813, 1826-1828) sonunda imzalanmış Gülüstan (12 oktyabr 1813-cü il) və Türkmənçay (10 fevral 1828-ci il) müqavilələri Azərbaycanın parçalanmasına gətirib çıxarmış, xalqımızın talieyndə faciəvi rol oynamış və ölkəımizin şimalı Rusiyanın, cənubu isə İranın idarəçiliyinə keçmişdir.

      Bu da Rusiyaya imkan vermişdi ki, İrandan, Türkiyədən,Yaxın Şərqdən ermənilərin Azərbaycam ərazilərinə köçürsün, demoqrafik ekspansiyaya başlasın. Məqsəd bu idi ki, əvvəlcə qədim İrəvan xanlığı erməniləşdirilsin, daha sonra Azərbaycanın və Qafqazın digər bölgələrində yerli aborigen xalqlarının müqaviməti zəifləsin, ermənilər mütəşəkkil bir qüvvəyə çevrilsin, təşkilatlansın və Şərqin istilasında əlverişli alətə çevrilsinlər. Beləliklə, XIX əsrin sonlarında həmin Avropa dövlətlərinin və Rusiyanın təhriki ilə Türkiyədə ermənilərin iğtişaşları başlayır. Kütləvi qırğınlar ağlasığmaz qəddarlıqlar dağıntılar ilə müşayiət olupur. Onlar havadarlarının maddi və hərbi-siyasi dəstəyi ilə XIX-XX əsrlərdə müəyyən mərhələlərlə azərbaycanlılara qarşı kütləvi qırğınlar və soyqırımlar törətmiş, deportasiyalar həyata keçirmişlər. Bu haqda Azərbaycan Respublikasının Dövlət Arxivində kifayət qədər sənədlər vardır.

       Ermənilər ərazilərimizdə məskunlaşandan sonra təşkilatlanıb, türk-müsəlman əhaliyə qarşı geniş miqyasda ən qəddar, barbar terrora, təxribata və etnik təmizləməyə başladılar. 1877-1878-ci illər Rusiya Türkiyə müharibəsindən sonra böyük dövlətlərin səyləri ilə “erməni məsələsi” gündəliyə çıxarıldı. Ermənilərin “Qərbi Ermənistan” adlandırdıqları bu vilayərtlərdə sayca üstünlüyə malik deyildilər. Fransa və İngiltərənin dəstəyi ilə Türkiyədə erməniləri üsyana təhrik təbliğatı aparılırdı. Bu təxribata rəhbərliyi XIX əsrin sonlarında yaradılmış “Armenakan”, “Hnçak”, “Daşnaksütyun” partiyaları edirdi. Ermənilər kütləvi iğtişaşlarla türkləri və kürdləri ən qəddar üsullarla qırğına,etnik təmizləməyə məruz qoyur, sonra da Avropanın və Rusiyanın kütləvi
informasiya vasitələrində türklərin onları kütləvi qırdıqlarını yayırdılar. Bu yalanlar və böhtanlar ictimai rəyi çaşdırmaq, beynəlxalq miqyasda dəstək qazanmaq üçün idi. Arxiv materiallarından bəlli olur ki, ermənilərin bu yalanlarını ifşa edən, həqiqəti bildirən, kifayət qədər sənəd, material və şahidlər onları dəstəkləyən dövlətlərin də əlində var idi. Lakin siyasi məqsədlərlə ermənilərdən istifadə edənlərə ədalət, humanizm yad idi. Ermənilər 1894-1896- cı illərdə Türkiyədə çox geniş ərazilərdə böyük iğtişaşlar törətdilər. Bu iğtişaşlar yatırıldıqdan sonra həmin iştirakçılar Rusiyaya köçürüldülər. N.N. Şavrovun məlumatına görə 1906-cı ildə Cənubi Qafqazda 900 000 erməni məskunlaşmışdısa, bu rəqəm 1908-ci ildə 1 301 000-ə çatmışdı. İndi isə digər
prosesə nəzər salaq. Bu süni artım fonunda XX əsrin əvvəllərində Qafqazda mövcud olan 54 qəzadan yalnız 5-də ermənilər çoxluq təşkil edirdilər. İrəvan qubemiyasmdakı 7 qəzadan 3-də, Yelizavetpol qubemiyasmdakı 8 qəzadan yalnız 1-də ermənilər çoxluq təşkil edirdilər.

        1905-1906-cı illər azərbaycanlılara qarşı törədilən qırğınlar ərəfəsində İrəvan qubemiyasmdakı 1301 yaşayış məntəqəsindən 959-da azərbaycanlılar, 342-də ermənilər məskunlaşmışdılar. Yelizavetpol quberniyasında isə 1613 kənddən 390-da ermənilər yaşayırdılar. Göründüyü kimi, bu demoqrafik ilhaq siyasi məqsədlər üçün idi. Beləliklə, Azərbaycanda süni surətdə artırılan, təşkilatlandırılan ermənilər qüvvə səviyyəsinə çatdırıldılar,Türkiyədə soyqırımı təcrübəsi keçən bu vandallar etnik təmizləmənin ilk mərhələsinə 1905-1906-cı illərdə baş vurdular. 

          Hüquqi-siyasi termin kimi “soyqırım”, yaxud “genosid” anlayışı ilk dəfə BMT-nin Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli qətnaməsində tətbiq olunmuşdur.

         BMT-in 1948-ci il 9 dekabr tarixli konvensiyasında isə genosid siyasətinin qarşısının alınması və ona görə cəza müəyyənləşdirilmiəsi öz əksini tapmışdır. Bu sənədlərə görə 1905-1906-cı illər qırğınları planlı şəkildə, azərbaycanlıların milli və dini mənsubiyyətlərinə görə, etnik təmizləmə məqsədilə həyata keçirildiyi üçün soyqırım mahiyyəti daşıyır.. Dünya birliyində bu soyqırımına hüquqi-siyasi qiymətin verilməməsi, göz yumulmasl, yeni-yeni qətliamlara yol açdı. 1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri və o dövrdə “milli qırğınlar” kimi tarixə düşən cinayətlər də soyqırım kimi xarakterizə edilir. 1988-1993-cü illərdə ermənilər yenə də havadarlarının köməyi ilə Dağlıq Qarabağda və onun ətraf rayonlarmdakı ərazilərdə
azərbaycanlılara qarşı soyqırımı törətmişlər.

       Tarixə “erməni-müsəlman qırğınları” kimi düşən bu qanlı, dəhşətli olaylarıa, ermənilərin törətdikləri soyqırımlarına ilk dəfə hüquqi-siyasi qiymət verməyə Azərbaycan Xalq Cümhuriyyəti cəhd etmiş, lakin Rusiyanın işğalı buna imkan verməmişdir. Dövlətimiz və xalqımız üçün həyati əhəmiyyət kəsb edən bu tarixi qiymətləndirmə ulu öndər Heydər Əliyevə nəsib olmuşdur. 
Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev 26 mart 1998-ci ildə xüsusı  fərmanında “31 Mart Azərbaycanlıların soyqırımı Günü" kimi qeyd olunması qərara alınmışdır.

         28 mart 2006-cı ildə Azərbaycan RespublikasıPrezi denti İlham Əliyev "31 Mart Azərbaycanlıların soyqırımı Günü"münasibətilə Azərbaycan xalqına müraciət etmişdir.“Azərbaycanlıların soyqırımı haqqında” fərmanda qeyd edildiyi kimi, Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir.

       Soyqırımı bütöv əhali qruplarının, etnosların irqi, milli, etnik, yaxud dini əlamətlərə görə tamamilə və ya qismən məhv edilməsi deməkdir. Tarix sübut edir ki, XIX əsrdən başlayaraq ermənilər Azərbaycan və Türkiyə ərazisində işğalçılıq niyyətlərini həyata keçirmək və tarixi torpaqlarımız hesabına "Böyük Ermənistan" xülyasını reallaşdırmaq üçün ardıcıl olaraq hərbi və ideoloji vasitələrdən yararlanmış, xalqımıza qarşı dəhşətli soyqırımı cinayətləri həyata keçirmişlər.

       Ermənilərin XX əsrdə həyata keçirdikləri soyqırımı, deportasiya və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan 1918-1929-cu illərdə 29,8 min kvadratkilometr ərazisini itirmiş, 1991-1993-cü illərdə 20 faiz ərazimiz işğal edilmişdir. 2,5 milyon nəfər azərbaycanlı soyqırımı və deportasiya cinayətlərinin qurbanı olmuşdur.

        Tarixi şərait səbəbindən ötən iki əsr ərzində baş vermiş hadisələrə, xalqımızın faciələrinə obyektiv qiymət vermək mümkün olmamışdır. Yalnız müstəqillik dövründə ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı cinayətlərinə əsl hüquqi-siyasi qiymət verildi. 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" fərman erməni millətçilərinin cinayətkar əməllərinə verilən dolğun və hərtərəfli siyasi qiymət olmuşdur. Fərmanda ermənilərin Azərbaycan xalqının başına gətirdiyi müsibətlər dünyaya bəyan edilərək bu qanlı əməllərə düzgün siyasi qiymət verilir. Ulu öndərin erməni məkrini tarixi faktların dili ilə ifşa etdiyi bu fərman Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından da bir növ proqram sənədidir.

       Fərmanda deyilir: "Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə geniş miqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin avantürist torpaq iddialarını pərdələmişlər. Birinci dünya müharibəsi,Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayından etibarən əksinqilabçı ünsürlərlə mübarizə adı altında Bakı Kommunası Bakı quberniyasını azərbaycanlılardan təmizləmək niyyəti güdən mənfur plan həyata keçirməyə başladı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi əks olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmış, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük hissəsini xarabazarlığa çevirmişlər. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində də xüsusi qəddarlıqla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi şəkildə qətlə yetirilmiş, kəndlər dağıdılmış, milli mədəniyyət abidələri məhv edilmişdir".

         Məlumdur ki, sovet hakimiyyəti illərində ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımlar, kütləvi qırğın və zorakılıqlar, repressiya və deportasiyalar saxta beynəlmiləlçilik pərdəsi altında ört-basdır edilmiş, sovet tarixşünaslığmda
bu tip mövzuların tədqiqinə yasaq qoyulmuşdu. Lakin Ermənistanda azərbaycanlılara qarşı diskriminasiya, terror, zorakılıqlar, müxtəlif təzyiqlərlə, torpaqlarımızın Ermənistana “bəxş “ edilməsi davam etmişdir.

       Yalnız Azərbaycan XX əsrin sonunda yenidən müstəqillik əldə etdikdən sonra tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmiş, xalqımızın başına gətirilən faciələr elmi tədqiqat dövriyyəsinə daxil edilmişdir.
Xalqımıza qarşı erməni təcavüzünün əsas məqsədi etnik təmizləmə siyasəti həyata keçirmək yolu ilə tarixi Azərbaycan torpaqları hesabına erməni dövlətinin əsasını qoymaqdan və sonradan müxtəlif yollarla onu
genişləndirməkdən ibarət olmuşdur. Ermənilərin bu niyyətlərinin reallaşması istiqamətində Rusiya və bəzi Qərb dövlətləri mühüm rol oynamışlar.

     1904-cü ildə Rus- Yapon müharibəsində Rusiya məğlub olur. Xalqın içərisində narazılıq artır. 905-1906-cı illərdə Rusiyada iğtişaşlar baş verir, bundan fürsət kimi istifadə edən ermənilər əvvəlcə Bakıda, sonra İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda, Zəngəzurda, Qazaxda və Tiflisdə dinc mülki azərbaycanlılara qarşı kütləvi qırğınlar törətmişlər. Erməni silahlı dəstələri İrəvan-Naxçıvan-Zəngəzur-Qarabağ və Qazax-Gəncə istiqamətində yerləşən yaşayış məskənlərinin azərbaycanlı əhalisini qırır, qovur və həmin ərazilərdə erməniləri məskunlaşdırmağa çalışır, gələcək Ermənistan dövlətinin əsasını qoymaq istəyirdilər. Sayları on min silahlıdan artıq olan erməni birləşmələri əvvəlcə Bakıda, sonra İrəvan şəhərində və onun ətraf kəndlərində, Eçmiədzin (Üçkilsə), Şərur-Dərələyəz və Naxçıvan qəzalarında, Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasının Gorus, Qafan və Qarakilsə (Sisyan) nahiyələrində, Şuşa, Cavanşir, Cəbrayıl, Qazax, Ərəş qəzalarında, Tiflis şəhərində kütləvi qırğınlar törətmiş, 200-dən artıq yaşayış məntəqəsini viran qoymuşlar. İndiyədək 1905-1906-cı illər qırğınları kifayət qədər tədqiq edilməmiş, heç də bütün mənbələr və dövri mətbuat materialları tədqiqata cəlb olunmamış, habelə bu mövzuda yazan erməni və xarici müəlliflərin tədqiqatlarına, demək olar ki, müraciət edilməmişdi. Son zamanlar bu istiqamətdə mühüm addımlar atılır.

     Erməni müəlliflərindən A-donun 1907-ci ildə İrəvanda çap edilən “Qafqazda erməni-türk toqquşmaları (1905-1906-cı illər) sənədli, statistik, topoqrafik izahlarla” əsərində, S. Zavaryanm 1907-ci ildə Sankt-Peterburqda rus dilində çap edilən “Qarabağın iqtisadi şəraiti və 1905-1906-cı illər aclığı”, İ.Alibekovun 1906-cı ildə Tiflisdə rus dilində çap olunan “Yelizavetpolun qanlı günləri cəmiyyətin mühakiməsi qarşısında” əsərlərində 1905-1906-cı illər qırğınlarının mahiyyəti təhrif edilsə də, bu əsərlər faktoloji baxımdan tədqiqatçılara xeyli material verir.

       A-do “Qafqazda erməni-türk toqquşmaları” əsərində 1905-1906-cı illərdə Cənubi Qafqazın 12 qəzasında (İrəvan, Naxçıvan, Şərur-Dərələyəz, Eçmiədzin, Şuşa, Cavanşir, Cəbrayıl, Zəngəzur, Gəncə, Qazax, Ərəş, Borçalı) və 7 şəhərində ( Bakı, İrəvan, Naxçıvan, Şuşa, Gəncə, Qazax, Tiflis) baş verən qırğınlar barəsində xronoloji ardıcıllıqla məlumat verir. A-donun bu əsərinin üstün cəhəti odur ki, o, baş verən hadisələrin şərhindən öncə hər bir qəza və yaxud şəhər haqqında topoqrafik təsvir və həmin dövrün siyahıyaalmalarmm nəticələrinə istinadən statistik məlumatlar verir. Müəllif baş vermiş qırğınlar zamanı Cənubi Qafqazın 7 böyük şəhərinin dağıntılara məruz qaldığını, 12 qəzada 252 kəndin yandırıldığını və viran qoyulduğunu, 100 min ailənin
qəzalardan, bir neçə min nəfərin şəhərlərdəki ev-eşiklərindən didərgin düşdüyünü, 10 min nəfərin məhv edildiyini yazır. S.Zavaryanm məlumatına görə isə həmin dövrdə Şuşa qəzasında 12, Cavanşir qəzasında 15, Cəbrayıl qəzasında 5, Zəngəzur qəzasında 43 müsəlman kəndi dağıdılmışdır.  O.A.Arutyunyan 1956-cı ildə rus dilində İrəvanda dərc olunmuş “Xatirələr” kitabında daşnakların “mümkünsə daha çox öldür, talan et, heç kimə rəhm etmə” şüarı altında 1905-ci ildə Qəmərlidə törətdikləri vəhşilkdən və silahdan korluq çəkmədiklərini, canişin Vorontsov-Daşkovun xüsusi icazəsi və erməni yepiskopları Xoren və Suren tərəfindən müvəkkil edilmiş şəxslər vasitəsilə təmin edildiklərini deyir. İtalyan diplomatı, yazıçı, səyyahı və tarixçisi Luici
Villari 1906-cı ildə Qafqaza etdiyi səyahətin nəticəsində yazdığı və Londonda çap etdirdiyi “Qafqazda alov və qılınc” (“Fire and Sword in the Caucasus”) əsərində iğtişaşlar zamanı Naxçıvan qəzasında 47 kənddə toqquşma olduğunu, 12 kəndin viran edildiyini və boşaldıldığını, 10 kəndin qismən dağıdıldığını, hər iki tərəfdən 239 nəfərin qətlə yetirildiyini yazır. Bu əsərin tədqiqə ehtiyacı vardır.

       Məmməd Səid Ordubadinin “Qanlı illər” (1905-1906-cı illərdə “Qafqazda baş vermiş erməni -müsəlman davasının tarixi”) və Mir Möhsün Nəvvabm “1905- 1906-cı illərdə erməni-müsəlman davası” əsərləri tarixi gerçəkliyin düzgün dərk edilməsi və faktiki materialların zənginliyi baxımından mühüm əhəmiyyət kəsb edir. M.S.Ordubadi 1911-ci ildə çap etdirdiyi “Qanlı illər” (“Qanlı sənələr”) kitabını o dövrün müxbirlərinin toplayaraq ona göndərdikləri 254 məktub əsasında yazdığını qeyd edir. İrəvan quberniyasında baş verən faciəli hadisələri isə müəllif məşhur İrəvan ziyalısı Mir Abbas Mirbağırzadənin topladığı jurnal və sair materiallar əsasında qələmə aldığını yazır. M.S.Ordubadi öncə 1905-ci ildə Naxçıvan qəzasında, sonra İrəvan şəhərində, daha sonra isə Qırxbulaq və Üçkilsə mahallarında erməni silahlı dəstələrinin törətdikləri qırğınların miqyasını oxuculara təqdim edir. Müəllif 1906-cı ildə Yelizavetpol quberniyasının Zəngəzur qəzasında ermənilərin törətdikləri kütləvi qırğınlar barəsində ətraflı məlumat vermişdir. Müəllif ermənilərin Yelizavetpol quberniyasının digər qəzalarında, habelə Bakıda və Tiflisdə törətdikləri qırğınlar və faciələr haqqında ətraflı bilgi verməklə yanaşı, “erməni-müsəlman davasının” baş verməsinin səbəblərini də göstərmişdir. M.S.Ordubadi səbəblərdən birincisi kimi “Daşnaksütyun” partiyasının qanlı əməllərini göstərir və Qafqazda oynadığı “qanlı teatrolara” dair 400-dən artıq yazılı məlumatın onun masası üzərində olduğunu qeyd edir. Göründüyü kimi, mərkəzi hakimiyyətin dəstəyi və gözyumması ilə ermənilər günümüzədək azərbycanlılara qarşı soyrırımı törətmişlər. Arxivlərədə işləyən qeyri-azərbaycanlılar nə qədər sənəd və materialları silsələr də ermənilərin törətdikləri cinayətləri sübut edəcək kifayət qədər materiallar qalıbdır. Çar Rusiyası dövrünün arxiv sənədləri, Azərbaycan Respublikası Tarix Arxivinin fondlarında saxlanılan sənədlər, ayrı-ayrı müəlliflərin Azərbaycan, rus, erməni və ingilis dilində faktik materiallar əsasında yazdıqları əsərlər və dövri mətbuat materialları bu sahədə çox əhəmiyyətli mənbələrdir.

        Rusiyada 1917-ci il fevral inqilabından sonra çar üsul-idarəsi yıxılmış, müvəqqəti hökumət qurulmuşdu. 1918-ci il martın 9-da müvəqqəti hökumətin qərarı ilə Qafqaz Canişinliyi buraxılmış, fövqəladə Cənubi Qafqaz Komitəsi yaradılmışdı. Noyabrın 11-də Cənubi Qafqazda fəaliyyət göstərən siyasi təşkilatların Tiflisdə yığıncağı keçirilmiş və Cənubi Qafqaz Komissarlığı yaradılmışdı. Həmin ayda Azərbaycan fraksiyası təsis edilmişdi. 1917-ci il noyabrın 7-də Rusiyada bolşeviklər hakimiyyətə gəldikdən iki gün sonra Sovetlərin Ümumrusiya qurultayı sülh haqqında dekret qəbul edir. Millətlərin İşləri üzrə Xalq Komissarlığı və onun nəzdində erməni məsələsi üzrə komissarlıq yaradılır. Dekabrın 16-da Rusiya Xalq Komissarları Soveti S. Şaumyanı Qafqaz işləri üzrə fövqəladə komissar təyin etmişdi. Sovet hökumətinin sülh haqqında dekret qəbul etməsinə baxmayaraq, dekabrın 29-da “Türkiyə Ermənistanı” haqqında dekret qəbul etmişdi. Bu dekret “Qərbi Ermənistan” dövləti yaratmaq üçün ermənilərin iştahasını artırmışdı. 1918-ci ilin yanvarında Sovet Rusiyası hökuməti “Erməni qaçqınlarına təcili kömək göstərilməsi haqqında” erməni məsələləri üzrə komissarlığın bəyanatını müzakirə edərək qərara almışdı ki, bu məqsədlə təmənnasız olaraq 6194784 rubl vəsait ayrılsın. Eyni zamanda, bütün inqilab komitələrinə, digər yerli orqanlara erməni könüllü dəstələri təşkil edərək, onları silahlandırıb maneəsiz surətdə Qafqaza göndərmək haqqında təlimat göndərmişdi. Göründüyü kimi, istər çar
Rusiyası, istərsə də Sovet Rusiyası erməni könüllü dəstələrinin təşkilini və onların maliyyələşdirilməsini öz üzərinə götürmüşdü. Məhz həmin təlimata əsasən əldə edilən silahlarla və Qafqaz cəbhəsindən qayıdan erməni silahlılarmm iştirakı ilə sonralar Cənubi Qafqazın müxtəlif bölgələrində azərbaycanlılara qarşı soyqırımlar törədildi.

        1918-ci ilin mart-aprel aylarında ermənilər tərəfindən törədilən cinayətlər Azərbaycan xalqının yaddaşında silinməz iz qoyub. Təkcə milli mənsubiyyətinə görə minlərlə dinc azərbaycanlı məhv edilib. Ermənilər evləri yandırır, insanları diri-diri oda atır, milli memarliq abidələri məktəblər, xəstəxanalar, məscidlər və digər tikililər dağıdılırdı. Azərbaycanlıların soyqırımı xüsusi qəddarlıqla Bakı, Şamaxı Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın digər ərazilərində həyata keçirilib. 1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşdur. Təkcə Bakıda 10 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülüb, Şamaxıda 58 kənd dağıdılmış 7 min nəfər (1653 qadın, 965 uşaq) məhv edilmişdir. Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars  əyalətində 92 kənd yerlə yeksan olunmuş; əhali üzərində yaş və cinsə məhəl qoymadan qətliam həyata keçirilmişdir. İrəvan azərbaycanlılarının çoxsaylı müraciətlərinin birində “Aşxadavor" ("Əməkçi") qəzeti, 2 noyabr 1919-cu il) göstərilirdi ki, azərbaycanlıların bu tarixi şəhərində və onun ətrafında qısa zaman ərzində 88 kənd dağıdılmış, 1920 ev yandırılmış, 131 min 970 nəfər isə öldürülmüşdür.

        28 may 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaradılması da itkisiz olmayıb. ADR-in Nazirlər Sovetinin sədri F.X.Xoyskinin xarici işlər naziri M.H.Hacmskiyə yazdığı məktubda deyilir: "Ermənilərlə biz bütün mübahisələrə son qoymuşuq. Onlar ultimatumu qəbul edib müharibə ilə qurtaracaqlar. Biz ermənilərə İrəvanı güzəştə getdik. Cənubi Qafqazda 3 suveren respublikanın yaranması və müttəfiqlərin köməyi ilə Ermənistan ərazisi 1 milyon 510 mm nəfər əhali ilə (795 min erməni, 575 min müsəlman, 140 min digər xalqlar) 17 min 500 ingilis kvadrat mili həcmində olur. Bununla kifayətlənməyən ermənilər heç bir şeyə məhəl qoymadan "Böyük Ermənistan" ideyası ətrafında Gürcüstanın tərkibində olan Axalkalaki, Borçalı,
Azərbaycanın Qarabağ, Naxçıvan, Gəncə quberniyasının cənub hissəsinə iddia irəli sürürlər. Bütün bu qırğınları ermənilər Cənubi Qafqazda üç müstəqil dövlət yarananadək törətmişdilər. 1918-ci il mayın 26-da Cənubi Qafqaz Seymi özünü
buraxmış və Gürcüstan müstəqilliyini elan etmişdi. Həmin gün Seymin erməni fraksiyası İrəvan şəhərinin ermənilərə paytaxt kimi verilməsi üçün Müsəlman fraksiyasına müraciət etmişdi. Çünki müstəqillik aktının elan olunması üçün Ermənistanın paytaxtı yox idi. Mayın 27-də keçirilən Müsəlman Milli Şurasının iclasında Nəsib bəy Yusifbəyov bildirir ki, Batum konfransında təmsil olunan Türkiyə nümayəndə heyətinin qənaəti belədir ki, Cənubi Qafqaz müstəqilliyini qorumalıdır, onun birliyinin və həmrəyliyinin qorunması üçün ermənilərə bir qədər torpaq güzəşt olunmalıdır. Mayın 28-də Azərbaycanın və Ermənistanın müstəqilliyi elan edilir.

        Mayın 29-da Müsəlman Milli Şurasının iclasında İrəvanın siyasi mərkəz kimi Ermənistana güzəşt edilməsi haqqında qərar qəbul edilir. İyunun 4-də Türkiyə ilə Ermənistan arasında Batumda sülh müqaviləsi imzalanır. Bu müqaviləyə əsasən Ermənistan Respublikasının ərazisi təqribən 10 min kv. km, əhalisi isə 321 min nəfər (o cümlədən 230 min erməni, 80 min müsəlman, 5 min yezidi kürdləri, 6 min digər millətlər) təşkil edirdi. Milli Şuranın iyunun 13-də keçirilən iclasında ermənilərin müsəlmanlara qarşı törətdikləri qırğınlar barədə İrəvandan gələn xəbərlər müzakirə edilir. İrəvan quberniyası ərazisində ev-eşiklərindən didərgin salman və ac-yalavac dolanan qaçqınların sayının 150 min nəfərə çatdığı, ermənilərin 206 kəndi dağıtdığı bildirilir.

          Andranikin qoşununun Zəngəzuru ələ keçirməsi, Ermənistan hökumətinin Dağlıq Qarabağı mübahisəli ərazi hesab etməsi Azərbaycan diplomatiyasını adekvat addım atmağa vadar etmişdi. Göründüyü kimi, Azərbaycan tərəfi diplomatik yazışmalara güc verdiyi vaxtda, ermənilər silaha güc verib, azərbaycanlı yaşayış məntəqələrini ələ keçirməkdə, xalqımıza qarşı soyqırım törətməkdə idilər.

        30 oktyabr 1918-ci ildə imzalanan Mudros sazişinə əsasən türk qoşunları 1914-cü il sərhədlərinə geri çəkilmək məcburiyyətində qalmışdı. IX ordunun komandanı Yaqub Şevki Paşa İrəvan quberniyasının və Qars vilayətinin müsəlman əhalisinin özünümüdafiəsi üçün geri çəkilən türk ordusunun komandanlığına tapşırmışdı ki, yerli milli şuralara lazımi qədər silah versinlər və türk zabitlərindən bir qismi həmin ərazilərdə qalıb yerli əhalinin təlimləri ilə məşğul olsunlar. Həmin tapşırığa əsasən noyabrın 12-də 2000 ədəd iriçaplı rus tüfəngi Naxçıvan və İqdır əhalisinə, noyabrın 15-də isə 3000 rus tüfəngi Qəmərliyə göndərilmişdi. Həmin ərazilərin ermənilər tərəfindən işğal təhlükəsi yarandığından, Ordubaddan Sürməliyədək ərazinin nümayəndələri noyabrın 3-də Qəmərli (indiki Artaşat) qəsəbəsinə toplaşaraq Araz-Türk Hökuməti qurmaq haqqında qərar çıxarırlar. Hökumət rəisi naxçıvanlı Əmir bəy Əkbərzadə, hərbi nazir isə sonralar Cənub-Qərbi Qafqaz hökumətinin (Qars hökuməti) başçısı olmuş İbrahim bəy Cahangirzadə seçilir. İbrahim bəy dərhal işə başlayıb özünümüdafiə üçün yerli əhalidən ibarət 20 tabur təşkil edir. Bu taburlardan 4-ü Naxçıvanda, 3-ü Şərur-Dərələyəzdə, qalanları isə Vedibasar, Qəmərli və Zəngibasarda yerləşdirilir və həmin bölgələrin əhalisini erməni qırğınlarından müdafiə edir. 1918-1920-ci illərdə Ermənistanda azərbaycanlıların soyqırıma məruz qalmalarını sovet hakimiyyətinin ilk illərində Ermənistan KP Mərkəzi Komitəsinin nəzdində fəaliyyət göstərən azlıqda qalan millətlərlə iş şöbəsinin türk bölməsinin hesabatlarından aydın görmək olar. Bölmənin müdiri Bala Əfəndiyevin Ermənistan KP MK-ya təqdim etdiyi hesabatında göstərilir ki, daşnakların hakimiyyəti dövründə, yəni 1920-ci ilin iyulunda İrəvan quberniyası ərazisində əvvəllər mövcud olmuş 300-dən artıq türk kəndindən yalnız biri - Uluxanlı kəndi salamat qalmışdı. Onun yazdığına görə daşnak Ermənistanında müsəlman “koloniyasını” bircə kənd və İrəvanda qalan bir neçə ailə təmsil edirdi.

         1916-cı ildə İrəvan quberniyasında 373582 nəfər azərbaycanlı yaşadığı halda, 1920-ci ilin noyabrında Ermənistan SSR-də cəmisi 12 min nəfər azərbaycanlı qeydə alınmışdı. Ümumiyyətlə, 1918-1920-ci illərdə Şamaxı qəzasında 58, Quba qəzasında 112, Gəncə quberniyasında 272 (o cümlədən Zəngəzurda 115, Qarabağda 157), İrəvan quberniyasında 300, Qars vilayətində 82 yaşayış məntəqəsi yerlə-yeksan edilmiş, yüz minlərlə azərbaycanlı qətlə yetirilmiş, bir milyona yaxın əhali öz tarixi-etnik torpaqlarından didərgin salınmışdır. Qeyd olunmalıdır ki, təkcə 1905-1920-ci illərdə indiki Ermənistan ərazisində 500-dən artıq azərbaycanlı kəndi dağıdılmış, yarım milyon əhali soyqırıma məruz qalmışdır.

       1988-1994-cü illərdə ermənilər xalqımıza qarşı yenə də havadarlarının və dəstək verənlərin təəssübkeşliyi, siyasi-hərbi və maddi yardımları ilə ərazimizin 20 faizini işğal etdilər, qədim torpağımız İrəvandan bir milyondan çox insan öz dədə-baba yurdundan didərgin düşdü. On minlərlə adam öldürüldü, şikəst oldu. Yenə də həmin qəddarliq, həmin barbarlıq, həmin etnik təmizləmə, soyqırımı siyasəti, həmin havadarlıq. Buna görə də azərbaycanlılara qarşı ermənilərin törətdiyi etnik təmizləmə və soyqırırımı, tarixi ərazilərimizə köçürülmə olmaları, bütün yalanları, saxta tarixləri dəlil, sübut və sənədlərlə, bütün dünya ictimaiyyətinə açılmalı, çatdırılmalı və bir sözlə, bütün səviyyələrdə geniş informatik mübarizə aparılmalıdır.

 

Emin SƏRDAROV
AR Dövlət Arxivinin direktoru



Bugün: 691
Dünən: 740
Bu həftə: 2943
Son həftə: 6066
Bu Ay: 16839
Son Ay: 28223
Bu İl: 257880
Ümumi: 1278301
1278301