Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Zaqafqaziya dəmiryolunun tarixi və ya Azərbaycan Respublikasının inkişafında rolu

Son Yenilənmə : 2020-09-22 00:53:41
Baxış sayı : 2297

Zaqafqaziya dəmiryolu şəbəkəsinin tikintisi XIX əsrin II yarısından  etibarən ayrı-ayrı məntəqələr  üzrə Rusiya İmperiyası hökumətinin vəsaitləri  hesabına  aparılmış və  ilk dəfə uzunluğu 285 verstdən ibarət Poti-Tiflis sahəsi üzrə  işlər yerinə yetirilmişdir. Zaqafqaziya dəmiryolu şəbəkəsinin tikintisi üzrə  aparılan işlər 1867-ci il iyunun  27-də  81 il müddətinə ingilis müəssisə sahibkarları olan Perkins və Pauerə təhvil verilmişdir. Zaqafqaziya dəmiryolunun  metaldan olan körpü  və aralıq  hissələri, dirək-istinadlar, relslər və digərləri, həmçinin dəmir yolu nəqliyyat vasitələri dəniz yolu nəqliyyatı vasitəsilə xaricdən  gətirilmişdi.Tikintinin Tiflisdən Bakıya qədər  515 verstdən ibarət olan şərq hissəsi Poti-Tiflis dəmiryolu cəmiyyəti tərəfindən icra edilmişdir.

1879-cu il oktyabrın 22-də Poti-Tiflis dəmiryolu cəmiyyətinin adı  dəyişdirilərək Zaqafqaziya dəmiryolu cəmiyyəti  adlandırıldı. 1880-cı ildə  başlanmış Poti-Tiflis-Bakı  dəmiryolu xəttinin çəkilişi üzrə  işlər  8 may 1883-cü  ilədək, yəni  Bakıya qədər ikitərəfli hərəkət açılanadək davam etdirilmişdir. Eyni zamanda  Samtredi stansiyasından Batuma qədər olan sahənin tikintisi də davam etdirilərək  1883-cü il mayın  21-də  başa çatdırılmışdır. 1888-ci ildə Zaqafqaziya   dəmiryolu cəmiyyəti tərəfindən Bakıdan Sabunçuya sonra isə  Suraxanıya qədər, eləcə də Bakıdan neft sığınacağına qədər dəmiryolu qolları da çəkilmişdi. Daha sonrakı vaxtlarda digər xəttlər, o cümlədən Ələt stansiyasından Culfa stsiyasınadək olan yollar da  salınmışdır. İlk vaxtlarda Zaqafqaziya  dəmiryolunun rolu yerli ehtiyacların ödənilməsinə qulluq etməkdən ibarət  olmuşdur. Lakin sənayenin  inkişafı ilə əlaqədar olaraq yeni rayonlar hərəkətə gətirilmiş və yolun yüklülüyü artırılmağa başlamışdır. Yolun yüklüyünün artmasının əsas səbəblərindən biri də həmin ərazilərdə təbii sərvətlərin-neft, manqan, daş kömürün  və s. çıxarılması  olmuşdur.1900-cü ildə Zaqafqaziya yolları Rusiya yollarına birləşdirildikdən sonra həmin  yollarda  Rusiya yüklərinin yeni  axını başladı. Coğrafi  mövqeyinə  görə  Qara dənizlə  Xəzər dənizini əlaqələndirən, həmçinin Qara dəniz  limanlarından yüklərini  Zaqafqaziyaya, oradan  isə  İran    Orta  Asiyaya  bazarlarına  və geriyə  göndərmək  istəyən  rus və avropa fabrika  sahibləri və  iş adamları üçün  Batum-Bakı  xətti  əsas  magistral    ən qısa tranzit yoluna çevrildi.

1918-ci il mayın  28-də  Yaxın  Şərqdə, Türk-müsəlman  dünyasında  ilk  demokratik, dünyavi  dövlət  olan  Azərbaycan  Xalq  Cümhuriyyəti  yaradıldıqdan  sonra  da   Zaqafqaziya  dəmiryolları  Azərbaycan  Respublikası  üçün xüsusi  əhəmiyyətini  itirməmişdir. Rusiya  İmperiyası  ərazisində 1917-ci  ilin  oktyabr  çevirilişi  sonra    baş  vermiş  ictimai-siyasi  dəyişikliklər   nəticəsində   İmpreriyanın  dağıntıları  üzərində  bir  sıra  yeni dövlətlər yaranmış , o  cümlədən  Zaqafqaziyada  Azərbaycan,Gürcüstan    Ermənistan  öz  müstəqilliyini  elan  etmişdir. 1918-ci  il  iyunun  4-də  Gürcüstanın  Batum  şəhərində  dəmiryolu  nəqliyyatı  vasitələrinin  hamısının  bölüşdürülməsi  haqqında  Türkiyə, Azərbaycan,  Ermənistan    Gürcüstan respublikaları  arasında müqavilə  imzalanmışdır. Həmin  müqavilədə  qeyd  edilirdi ki, “ Zaqafqaziyanın dəmiryolu nəqliyyatı  vasitələrinin  hamısının  bölüşdürülməsi  məsələsini  həll  etmək üçün sənədi  imza  edənlər - Osmanlı İmperiyasının, Ermənistan  Respublikasının, Azərbaycan Respublikasının  və Gürcüstan  Respublikasının səlahiyyətli  nümayəndələri  aşağıdkı  məzmunda   razılığa  gəlmişdilər:

Keçmiş rus dövlətinin mülkiyyəti  olan dəmiryolu  nəqliyyatı  vasitələri  danışıqları aparan dörd tərəf  arasında,  onların  ərazisində olan dəmiryolu  xəttlərinin  uzunluğuna  uyğun olaraq  bölüşdürüləcəkdir.” Həmin  müqavilə N.Ramişvili, Q.Qvazava, İ. Odişelidze, İ.Riçxiladze, A.Xatisov, R. İ.Kaçaznuni, M.Papacanov, M. Hacinski, M.Ə.Rəsulzadə,Xəlil,Vahib  tərəfindən  imzalanmışdır. 

       Azərbaycan  Xalq  Cümhuriyyəti  hökumətinin  25 iyun  1918-ci  il  tarixli  qərarına  uyğun olaraq  Azərbaycan  ərazisində  dəmiryolu xəttlərinin  mühafizəsi  müvəqqəti  olaraq Daxili  işlər  nazirinə tabe edilmişdir. Cünhuriyyət  hökumətinin 1918-ci  il   avqustun  17-də  qəbul  etdiyi  digər qərarla  Azərbaycan  Dəmiryolları  Azərbaycan  Respublikasının  yurisdiksiyasına keçmişdir. Həmin  qərarda  qeyd  edilirdi  ki, faktiki  olaraq  1 iyun  1918-ci il tarixdən  etibarən  Azərbaycan  dəmiryolları  ayrıca, müstəqil    səlahiyyətdar  fəaliyyət  göstərir.  Respublikamızda  dəmiryollarının  lazımi  səviyyədə  fəaliyyət  göstərməsi  Azərbaycan  hökumətin  daim  diqqət  mərkəzində  olmuşdur. Azərbaycan  Xalq  Cümhuriyyəti  hökuməti  Azərbaycan dəmir yollarının bütün stansiyalarının, xüsusilə  Poylı  stansiyasının qaydaya  salınması  haqqında  1919-cu il fevralın  17-də  qərar  qəbul  etmişdir. Daha  sonra  isə  1919-cu  il  martın  8-də  Azərbaycan  Respublikasının  Rabitə naziri  Məlik-Aslanov    Gürcüstan  Respublikasının  Rabitə  naziri  vəzifəsini  icra  edən  İ.Malaniya  tərəfindən  Dəmiryolu  əlaqəsi  haqqında  Azərbaycan    Gürcüstan  Respublikaları  arasında   müqavilə   imzalanmışdır. Həmin  müqavilənin  1920-ci  il yanvarın 1-dək  qüvvədə  olması  nəzərdə  tutulmuşdu.

Azərbaycan  Xalq  Cümhuriyyətinin  tarixi - xalqımızın  çoxəsirlik  tarixinin  ayrılmaz  bir  təkib  hissəsidir . Həmin  qısa  bir  tarixi müddətdə  Milli hökumət  tərəfindən  ölkə həyatının  müxtəlif  sahələrində - demokratik  dövlət  və ordu quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsilin  inkişafı  və digər sahələr  üzrə  atılmış  mühüm  addımlar  xalqımızın tarixində  dərin   iz  buraxmışdır. Cümhuriyyət  hökumətinin  ölkənin sosial-iqtisadi inkişafı üzrə  atdığı  mühüm müstəqil addımlar  nəticəsində  xarici  iqtisadi-ticarət  əlaqələri  yaradılmasına  nail  olunmuş    ölkənin  iqtisadi –sosial  inkişafı  üzrə  digər  müvafiq  tədbirlər  həyata keçirilmişdirAzərbaycanı  xarici  ölkələrlə, o cümlədən  Rusiya  ilə  əlaqələndirən  əsas  yol- nəqliyyat  xəttləri - Qara    Xəzər  dənizləri, Vladiqafqaz    Zaqafqaziya  dəmiryolları,  habelə  Volqa  çayının  su-nəqliyyat  xətti   olmuşdur. Qışda, Volqa  çayında  naviqasiya  dayandırıldıqdan  sonra  Volqa  çayıının   su- nəqliyyat  xəttini   Vladiqafqaz  dəmir  yolu  xətti  əvəz  edirdi. Azərbaycan  Qara  dəniz  vasitəsilə ( xüsusilə Batum    Poti  vasitəsilə) nəinki  Rusiya  ilə, hətta  Qərbi  Avropa ilə    əlaqə  yarada  bilirdi. Zaqafqaziya  dəmiryolu  xətti  Qara  və Xəzər  dənizlərini  əlaqələndirməklə  yanaşı,  Vladiqafqaz  dəmir yolu  ilə    qovuşaraq  fasiləsiz  dəmir  yolu  xətti  yaradırdı. Zaqafqaziya  dəmiryolu  xəttinin  yolayrıcıları / Culfa-Təbriz/    vasitəsilə  İranla,  /Gümrü-Sarıqamış/ vasitəsilə  isə  Türkiyə  ilə  əmtəə  mübadiləsini  həyata  keçirmək  mümkün  idi. Beləliklə,  Azərbaycan  Şərqlə, eləcə də  Şərqin  Qərblə  ticarət  əlaqələrində  böyük  tranzit  yolu  rolunu  oynayırdı.Cümhuriyyət  dövründə  Zaqafqaziya  dəmiryolları, Gürcüstan  istiqaməti, Qara  dənizin  Qafqaz  sahilləri  Azərbaycan  Respublikasının  iqtisadi həyatı  üçün müstəsna  rol  oynamışdır. Tarixdən  məlumdur  ki,  Azərbaycanı  həm Rusiya  ilə, həm də  keçmiş Rusiya imperiyasının dağıntıları üzərində yaradılmış  yeni dövlətlərlə  Vladiqafqaz  dəmiryolu əlaqələndirirdi.  Lakin  1919-cu  ilin  əvvəllərində gen.Denikinin  qoşunları  ilə qırmızı ordu arasında  baş  verən  düyüşlər    hərbi  əməliyyatlar zamanı  Şimali  Qafqazdan  keçən   Vladiqafqaz  dəmiryolu xətti dağıdılaraq fəaliyyəti dayandırılmışdır. 1919-cu  ilin  fevralında  gen.  Denikinin  qoşunları  Vladiqafqaz    Qroznı  şəhərlərini  tutmuşdular. Könüllülər ordusu bütün  Şimali  Qafqazı,  həmçinin  Petrovsk və Dərbənd şəhərlərini  də ələ  keçirərək  Azərbaycan Respublikasının  sərhədlərinə  daha  da  yaxınlaşmış    Azərbaycana  qarşı  edilən  iqtisadi  təzyiq  bir  qədər    gücləndirilmişdir. Belə  bir  mürəkkəb  vəziyyətdə  Azərbaycan  Xalq  Cümhuriyyəti  hökuməti   Gürcüstan  vasitəsilə  tranzit  açmaq  zərurəti  qarşısında  qalmışdır. Gürcustandan  tranzit açmaqla Azərbaycan  Qara dənizin  Qafqaz  sahillərinə  çıxmaq  imkanını  əldə  etmişdi.  Azərbaycan  Respublikası  Batum    Poti  vasitəsilə  yalnız  Rusiyanın  cənub  bölgələri , Ukryna  ilə  deyil, həmçinin  Qərbi  Avropa  ilə    əlaqə  yarada  bilmişdir. Azərbaycan  Xalq  Cümhuriyyəti  hökuməti  Avropa  bazarlarına xammalın, o cümlədən ipək, yun, pambıq, neft və s. göndərilməsi və oradan isə sənaye mallarının, texnikanın, manufaktura və s. gətirilməsi yolu  ilə  qərbi avropa dövlətləri  ilə  ticarət  əlaqələrinin  yaradılması  haqqında1919-cu  il  mayın  4-də    qərar qəbul etmişdir. Həmin qərarın həyata keçirilməsundə Batum, Poti məntəqələri   müstəsna rol oynamışdır. Bu istiqamətdə fəaliyyət göstərən Zaqafqaziya dəmiryolunun bölgə üçün misilsiz xidmətləri danılmazdır. Batum, Porti  məntəqələri  əsasən  xarici  ticarətə, o cümlədən  taralarda    çəlləklərdə neft yüklərinin ixrac  edilməsinə  xidmət  etmişdi. Azərbaycanın  neft    neft məhsulları Gürcüctan  hökumətinin    ingilis  komandanlığının, həmçinin  şəxsi alıcıların ünvanlarına  Zaqafqaziya  dəmiryolu    Batum  neft  kəməri  vasitəsilə çəkilib aparılırdı. 10 iyul  1919-cu  il  tarixli  “Азербайджан” qəzetinin  verdiyi  məlumata  görə  duru  yanacağın  85, ixrac  olunan  benzinin  72, bütün  neft  məhsullarının  57  faizi  ingilis  komandanlığının  ünvanına  daxil  olurdu. Yalnız    neft  istisna  təşkil  edirdi  ki, onun  da  86  faizi  şəxsi  alıcılara, həmçinin hər  birinə  7  faiz  olmaqla, Gürcüstan  hökumətinə    ingilis  komandanlığının  ünvanına   göndərilirdi. Xarici  dövlətlərlə  iqtisadi  əlaqələrin  qurulmasında  Avropaya  “pəncərə” sayılan  Batum və Poti məntəqələri Azərbaycan  üçün  həyatı  əhəmiyyət  kəsb etmişdi. Bu məntəqələr - Xəzərlə  Qara  dənizi  birləşdirən dəmiryolu  magistralının  sonuncu  məntəqələrindən  sayılırdılar. Xarici və  sənaye  təşkilatlarının  nümayəndələri ilk  növbədə Batuma baş çəkir, müxtəlif dövlətlərin iqtisadi vəziyyəti, onların  sorğuları    ehtiyacları haqqında məlumatlar  burada  toplanır    əldə  edilmiş  məlumatlar  əsasında burada ticarət  sazişləri imzalanırdı.  Təsadüfü  deyildi ki, Azərbaycan Respublikası Ərzaq  Nazirliyinin  tədarük  şöbəsinin 1919-cu  il  aprelin  6- da  “Əmtəə  mübadiləsi  Komitəsi”nə  göndərdiyi  məktubda   qeyd  edilirdi: ”Ölkənin  ümumi  siyasi    iqtisadi  vəziyyəti  tələb  edir  ki, Ərzaq  Nazirliyi  Azərbaycanın  hüdudlarından  kənarda  tədarük  fəaliyyətini  genişləndirsin. Hazırki vaxtda ticarət  əməliyyatlarının  aparılma  məntəqəsi  Batum  şəhəridir.   Buraya  yaxın    uzaq  ölkələrdən  əmtəə  malları  gətirilir. Öz növbəsində bizim  əmtəə  malları  da  bu  məntəqə  vasitəsilə  dünya  bazarlarına  daxil  ola  bilər...Dənizlə  Batum  şəhərinə  daxil  olan  mallara  böyük  təlabat  olduğundan  dərhal  realizə  olunur. Ona  görə     bizə  tələb  olunan  malların  vaxtında  əldə  edilməsi  üçün Batumda yubanmadan  güclü tədarük müəssisəmizi yaratmalıyıq.” Batumda Azərbaycan  Respublikasının  ali  konsulluğu  fəaliyyət  göstərirdi. Maliyyə-iqtisadi Komitənin təklifi ilə Azərbaycan  Xalq  Cümhuriyyəti  hökumətinin  27  sentyabr  1919-cu  il  tarixli  qərarı  ilə  Batumdakı  ali  konsulluğun  nəzdində  Rabitə  nazirliyi    Ticarət,sənaye    ərzaq  nazirliklərinin  nümayəndələrindən  ibarət  ticarət  şöbəsi  yaradıldı. Azərbaycan  Respublikasının Batumdakı  ali  konsulluğun  nəzdində  yaradılmış Ticarət şöbəsi dəmiryolu agentliyi  vasitəsilə Azərbaycan tacirlərinə  ticarət  əlaqələrinin  yaradılması, müqavilələrin  bağlanması və  Respublikanın  düşdüyü  çətin  iqtisadi  vəziyyətdən çıxarılması  istiqamətində  yaxından  köməklik  göstərdi. Yerli sahibkarlar  və tacirlər, ticarət-sənaye-müəssisələri  xarici  ölkə    vilayətlərlə  əmtəə  mübadiləsinin  həyata  keçirilməsində xüsusilə  fəal  iştirak  etmişdilər. Zaqafqaziya  dəmiryolunun  Azərbaycan  Respublikasının    xalqımızın  tarixinin  müxtəlif dövrlərindəki  əhəmiyyətli rolu danılmazdır. Xatırladırıq  ki, Azərbaycan  Reapublikası 1991-ci ildə yenidən öz  müstəqilliyini  əldə  etdikdən  sonra  da  Batum  istiqaməti  Azərbaycan  Respublikası  üçün  olduqca əhəmiyyətli olmuşdur. 1994-cü ildə Rusiyanın Çeçenistan  Respublikasının ərazisində apardığı hərbi  əməliyyatlar  nəticəsində  Çeçenistandan  keçən  dəmiryolu  nəqliyyatı  müvəqqəti  olaraq  bağlandığına  görə  Azərbaycan  Respublikası  yenidən  Gürcüstan  ərazisindən  keçən  tranzitdən  istifadə  etməyə  məcbur  olmuşdur. Əmtəə  malları  Azərbaycana  əsasən  Gürcüstanın  Qara  dəniz  sahillərindən  daxil  olurdu. 1994-сü ilin avqustun  1-dən  etibarən  Tibilisi  vasitəsi  ilə  birbaşa Bakı-Batum    geriyə  dəmiryolu  əlaqələri  fəaliyyət  göstərirdi. Azərbaycanda  dəmiryolu  nəqliyyatının inkişafına yarandığı  gündən bu günə  qədər  lazımi  diqqət  yetirilmişdir. Azərbaycanda  dəmiryollarının  inkişafına  bu  gün də  xüsusi  diqqət  yetirilir.  2017-ci Oktyabrın 30-da Azərbaycan, Gürcüstan, Türkiyə, Özbəkistan və Qazaxıstan Prezidentlərinin  iştirakı ilə Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin rəsmi açılış mərasimi keçirilmişdir. Həmin  mərasimdə Azərbaycan Respublikasının Prezidenti  cənab İ. Əliyev  Dəmiryolunun beynəlxalq əhəmiyyətini yüksək qiymətləndirərək  qeyd etmişdir: “... O, Azərbaycanı çox vacib nəqliyyat mərkəzinə çevirəcəkdir. Bizim ərazimizdən Avropa ilə Asiyanı birləşdirən dəmiryolu – Bakı-Tbilisi-Qars – keçəcəkdir... Biz indi Şimal-Cənub və Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizinin inteqrasiyası istiqamətində işləyirik, çalışırıq və hesab edirəm ki, bu, mümkündür. Əminəm ki, gələcəkdə Şimal-Qərb və Cənub-Qərb nəqliyyat yolları istifadəyə veriləcəkdir. Bu iki nəhəng layihə bir çox böyük ölkələri birləşdirəcək.Bakı-Tbilisi-Qars tarixi İpək Yolunun bir hissəsinin bərpası deməkdir və bundan Çin, Qazaxıstan, Orta Asiya, Azərbaycan, Gürcüstan,Türkiyə, Avropa ölkələri istifadə edəcəklər. Şimal-Cənub nəqliyyat dəhlizi Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Avropa ölkələrini birləşdirəcək. Azərbaycan hər iki layihədə fəal iştirakçıdır və öz maliyyə resurslarını ortaya qoyan ölkədir”.

Fotolar Azərbaycan Respublikasının Dövlət Kino-Foto sənədlər Arxivindəndir.

Rafiq  Səfərov

    Milli  Arxiv İdarəsinin baş məsləhətçisi  

        Ədəbiyyat  və  mənbələrin  siyahısı

1.   Р. Сафаров. Артерия жизни.130 лет с начала строительства Закавказской железной дороги. Вышка.23 сентября 1995г.              №36 (9081)

2.  Очерк «Промышленность в  Закавказье», с.192

3.  Документы и материалы по внешней политике Закавказья и Грузии. С.365. Азербайджанская Демократическая Республика (1918-1920). Внешяя политика. с.23. Баку.1998 

4.  ARDA, f.2898, siy.1, iş.1, v.4  Азербайджанская Демократическая Республика (1918-1920). Законодательные Акты. С.195.  Баку-1998.   

5.  Собрание узаконений.Ст.140.с.48  Азербайджанская Демократическая Республика (1918-1920). Законодательные Акты.  С.221. Баку-1998.

6.  Азербайджан.1919.27 февраля, №44   Азербайджанская Демократическая Республика (1918-1920). Законодательные Акты. С.278. Баку-1998.

7.  ARDA, f.970, siy.1, iş.6, v.9-11 Азербайджанская Демократическая Республика (1918-1920). Внешяя политика. с.179-183.  Баку.1998     

8.  ARDA, f.24, siy.1, iş. 12, v.119. Копия.

9.  “Азербайджан”, 1919г., 10 июля

10. ARDA, f.24, siy.1, iş. 434, v.6

11. ARDAf.24, siy.1, . 12, v.119

12. M.Paşayev” Bakı-Tbilisi-Qars dəmir yolu perspektivli və strateji əhəmiyyətlidir” Respublika qəz.09. noyabr 2017-ci il. 

      



Bugün: 218
Dünən: 1014
Bu həftə: 5384
Son həftə: 6066
Bu Ay: 19280
Son Ay: 28223
Bu İl: 260321
Ümumi: 1280742
1280742