Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

“Dövlət Qulluğunda Gender Bərabərliyi üzrə Kurikulum” vəsaitinin təqdimatı həyata keçirilmişdir

24 noyabr 2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət İmtahan Mərkəzi, Bakı Dövlət Universiteti və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsinin 15 illiyinə həsr olunan “Dövlət qulluğunda gender bərabərliyi üzrə Kurikulum” adlı vəsaitin təqdimat mərasimi keçirilmişdir.

Mərasimə bir sıra dövlət qurumlarının, ali təhsil müəssisələrinin, ictimai təşkilatların nümayəndələri dəvət edilmişdirlər. Adıçəkilən mərasimdə Milli Arxiv İdarəsinin Beynəlxalq Əlaqələr sektorunun müdiri Günel Ağayarova iştirak etmişdir.

Sözügedən Kurikulum dövlət idarəetməsində və qərar qəbuletmədə gender bərabərliyinin təmin edilməsi istiqamətində görülən işlərin davamı olaraq, cari ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dövlət İmtahan Mərkəzinin, Bakı Dövlət Universitetinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunun, eləcə də “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” BMT Konvensiyasının, Avropa Şurasının “Gender bərabərliyi Strategiyası”nın müvafiq bəndlərinin icrası məqsədilə hazırlanaraq çap edilib. Vəsait Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin 2021-ci il 10 iyun il tarixli əmri ilə təsdiqlənib. Eyni zamanda, Bakı Dövlət Universiteti Sosial elmlər və psixologiya fakültəsi Elmi Şurasının 2021-ci il 22 iyun tarixli protokolu ilə Kurikulum kimi təsdiq olunmuşdur.

Kurikulum “Konseptual Mövqe”, “Kurikulumun Məqsədləri, Prinsipləri və Məzmunu”, “Dövlət qulluğunda fəaliyyətin qiymətləndirilməsi” adlı 3 fəsildən və “Kurikulumun icrasının təmin edilməsi ilə bağlı Tövsiyələr”dən ibarətdir.

           Vəsaitin dövlət qulluqçuları, bələdiyyələr, tələbələr, müvafiq fənləri tədris edən müəllimlər, elmi işçilər, hüquqşünaslar, ümumiyyətlə, dövlət idarəçiliyində gender məsələsi ilə maraqlanan oxucular üçün faydalı informasiya mənbəyi hesab olunduğu bildirilmiş, kütləvi informasiya vasitələri nümayəndələri fəal əməkdaşlığa dəvət olunmuşdur. 

 


Bugün: 834
Dünən: 1014
Bu həftə: 6000
Son həftə: 6066
Bu Ay: 19896
Son Ay: 28223
Bu İl: 260937
Ümumi: 1281358
1281358