Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

31 mart - Azərbaycanlıların soyqırımı günüdür.

Tarixə nəzər saldıqda biz belə bir qanunauyğunluğun şahidi oluruq ki, harada pul, var-dövlət əldə etmək olar ermənilər hamıdan əvvəl orada peyda olur. Əvvəlcə özlərini yazıq, mağmın, zavallı, sözəbaxan işbazlar kimi göstərir, sonra isə özlərinə yer etdikcə quduzlaşır başqalarına diş göstərirlər. Məhz ermənilərin Bakıda qörünməsi, Bakıda möhkəmlənməsi, Bakının düz göbəyində öz kilsələrini tikdirmələri 1905-ci və 1918-ci illərdə və sonralar Bakıda bu yerin həqiqi sakinlərinə qarşı törətdikləri qırğınlar dediyimizə əyani sübutdur. Hələ 1907-ci ilin avqustunda Yelizavetpol (Gəncə) qubernatoru A.Kaçalov Qafqaz Canişininə daşnaksütyunla bağlı geniş məruzələrindən birində erməni psixologiyasını belə səciyələndirmişdi: “Millətçilik erməni xalqının çox dərinlərdən gələn başlıca milli xüsusiyyətidir. Hər bir erməni özünü hamıdan – rusdan, gürcüdən, tatardan (azərbaycanlıdan – A.P.) yüksək, ağıllı, bic, xeyirxah və bacarıqlı hesab edir... Millətçilik, öz dininə, dilinə sədaqət, acgözlük, ehtiyatlılıq, hər şeyə qadir pula inam, var-dövlət və kapital qarşısında səcdanı kult dərəcəsinə qaldırmaq – bax budur erməni psixologiyasının başlıca xüsusiyyətləri”.1 XIX əsrin axırları XX əsrin əvvəllərində Bakıda neft sənayesinin sürətlə inkişafı, Bakının dünyanın ən iri neft mərkəzinə çevrilməsi ermənilərin kütləvi surətdə bu şəhərə axınına səbəb olur. Özlərinin xristian dininə etiqadlarına və həmişə Rusiya hökuməti qarşısında müti və şərq siyasətində Rusiya hökuməti əlində bir alət olduqlarına istinad edən ermənilər hökumətdən Bakı neft sənayesində böyük imtiyazlar ala bilir və qısa bir vaxtda demək olar ki, Bakı neftinin əsas sahibkarlarından birinə çevrilirlər. İş o yerə çatır ki, Bakı neft sənayeçiləri qurultayına rəhbərliyi tamamilə ermənilər öz əllərinə keçirir və burada istədiklərini diqtə edirlər.

       XX əsrin əvvəllərində Rusiyada sənayenin sürətlə inkişafı sənaye proletariatının yaranmasına və onun inqilabi mübarizəsinin yüksəlməsinə də təkan verdi. Çar Rusiyasının əsas sənaye rayonlarından olan Bakıda da sənaye proletariatı və onun inqilabi təşkilatları xüsusilə sosial-demokrat təşkilatları yaranır. Bakı neft sənayesində konsesiyalar əldə edən erməni varlıları ilə yanaşı fəhlə sifətilə özünə iş axtaran erməni yoxsullarının sayı da artıq XIX əsrin axırlarından Bakı neft mədənlərində sürətlə artmağa başlayır və artıq XX əsrin əvvəllərində Bakı neft sənayesi fəhlələri arasında erməni fəhlələrinin sayının artması xüsusilə nəzərə çarpırdı. Onlar Bakıda yaranmış bir sıra inqilabi təşkilatların və o cümlədən sosial-demokratik təşkilatlarının fəal üzvlərinə çevrilirlər. Birinci rus inqilabı ərəfəsində sosial-demokratların nüfuzunun Bakı fəhlələri arasında artdığını görən daşnaklar bu vəziyyətdən məharətlə istifadə edir və tezliklə sosial-demokratlarla yaxınlaşırlar. Erməni fəhlələri arasında sosial-demokratiya ideyalarını yaymaqla “Daşnaksütyun” partiyası onlar arasında öz nüfuzunu qorumağa və sosial-demokrat ideyalarından öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Erməni millətinə xas olan xüsusiyyətlərdən biri odur ki, onlar hər hansı partiyaya daxil olsalar belə ilk növbədə ondan öz məqsədləri üçün istifadə edəcəklər. Erməni millətindən olan şəxslər hansı partiyaya, zümrəyə, vəzifəyə, cəmiyyətə daxil olmasından asılı olmayaraq ilk növbədə erməni olaraq qalır. Yəni ermənilərə məxsus ideyalar onların şüurunda, beynində möhkəm həkk olunmuşdur. Bunu onların beyinlərinə göz açdıqları vaxtdan evlərində, kilsələrində, məktəblərində, bir sözlə ermənilərə məxsus bütün ictimai yerlərdə yeridirlər. Harada olursa olsun erməni həmişə bir cür danışır, başqa cür hərəkət edir. “Daşnaksütyun”un sosial-demokratlarla yaxınlaşmasının mahiyyətini Yelizavetpol qubernatoru belə səciyyələndirirdi: “Millətçilik ruhu ermənilərə məxsus elə başlıca xasiyyətdir ki, ən qısa bir vaxt üçün belə ermənilərin ondan imtina edə biləcəyini təsəvvürə belə gətirmək mümkün deyil. Sosialistlər partiyasına qoşulmaqla “Daşnaksütyun” şübhəsiz ki, möhkəm əqidəli sosialistlər qarşısında vicdansızlıq etmişlər. Çünki erməni xalqı heç vaxt sosializm ideyalarını dərindən dərk edə bilməz. Ermənini inandırmaq ki, tatar (azərbaycanlı – A.P) millətindən olan proletar sənə erməni millətindən olan istismarçı burjua nümayəndəsindən daha yaxındır, sadəcə olaraq ağılasığmazdır”. XX əsrin əvvəllərində Rusiyada baş vermiş siyasi hadisələrin tarixinə qısa bir nəzər saldıqda belə bir qanunauyğunluqla qarşılaşırıq ki, mərkəzi dövlət üçün ağır, kəskin və təzadlarla dolu bütün mərhələlərdən erməni daşnakları həmişə öz şovinist millətçi məqsədləri üçün məharətlə istifadə edərək azərbaycanlılara qarşı vəhşi qırğın və talanlara əl atmışlar. Məhz belə hadisələrdən biri də 1918-ci ilin martında Bakıda törədilmiş azərbaycanlıların kütləvi qırğın aktı olmuşdur.

 

Məqalənin davamı ilə BURADAN tanış ola bilərsiniz. 

 

soyq1

 

soyq2


Bugün: 440
Dünən: 816
Bu həftə: 2918
Son həftə: 6294
Bu Ay: 21921
Son Ay: 25108
Bu İl: 288070
Ümumi: 1308491
1308491