09 İyun 2023 09:22 XƏBƏRLƏR Baxış sayı : 921
9 iyun Beynəlxalq Arxivlər günü ilə bağlı Milli Arxiv İdarəsinin rəis müavini Həsən Həsənovun “Milli yaddaş xəzinəsi” adlı məqaləsi “Azərbaycan” və “Respublika” qəzetlərinin 9 iyun 2023-cü il tarixli buraxılışında dərc olunmuşdur.
Beynəlxalq Arxivlər Şurasının (BAŞ) 2007-ci ildə qəbul etdiyi qərarla 9 iyun Beynəlxalq Arxivlər Arxivlər Günü kimi qeyd edilir. Bəşəriyyətin arxiv irsinin qorinması, inkişafı və istifadəsinə xidmət edən BAŞ-nin isə bu il 75 ili tamam olur. Dünya arxiv təşkilatlarının, cəmiyyətlərinin peşəkar təşkilatı olaraq Arxivlər Şurası fəaliyyətini bu sahənin effektiv idarəolunması, bəşəriyyətin mədəni irsi olan arxiv sənədlərinin mühafizəsi, qaydaya salınması və istifadəsi sahəsində yeni norma və standartların müəyyən edilməsinə, arxivçilərin peşəkarlığının yüksəldilməsinə töhfə verənmötəbər qurumdur.
Azərbaycan arxivçiləri də dünyada arxiv işi sahəsindəki yeniliklərin öyrənilməsində bu beynnəlxalq təşkilatın təcrübəsindən bəhrələnir.Əlamətdar günlə bağlı hər il müzakirələr, ekskursiyalar, açıq qapı günləri təşkil olunur və digər maarifləndirici tədbirlər həyata keçirilir. Cəmiyyət üçün vacib sosial institut rolunu oynayan arxivlər həmdə çoxsahəli və üniversal informasiyanın saxlanıldığı elmi mərkəzlər olaraq, dövlətin vətəndaşların retrospektiv informasiyaya əlçatanlığını təmin edir, ölkənin siyasi, ictimai-iqtisadi və mədəni inkişafına təsir göstərir, idarəetmənin effektivliyini artırır, sosial hüquqların təminatçısı rolunu oynayırlar. Arxiv sənədləri insanın mənəvi zənginliyini, dünya görüşünün genişlənməsində, tarixi şüurun, milli özünüdərkin, milli qürurun formalaşmasında əvəzsiz mənbə, tarixi tədqiqatların aparılması üçün etibarlı informasiya bazası rolunun daşıyır. Arxivlərdə təkcə ciddi mədəni və tarixii nformasiya resursları mühafizə olunmur, həm də hər birimizin həyatında bu və ya digər dərəcədə rolu olan çeşid-çeşid informasiya mühafizə edilir. Burada fərdi xarakterli məlumatlar, doğum, ölüm və nikah, boşanma, təhsil, əmək fəaliyyəti, əmlak münasibətləri, təltif və digər əməliyyalara dair məlumatlar da saxlanılır.
Arxivlərin bütövlükdə cəmiyyətin sosial-mədəni fəaliyyət sahələrinin inkişafındakı rolunu nəzərə alaraq qeyd edə bilərik ki, Beynəlxalq Arxivlər Günü təkcə bu sahədə çalışanların peşə bayramı deyil, həm də arxiv işinin inkişafına töhvə verən, ondan faydalanan və onu qiymətləndirə bilən hər bir fərdin, vətəndaşın bayramıdır.
Qeyd olunduğu kimi, xalqın mühafizəsi və yazılı yaddaşı olan arxiv sənədləri və arxivlər millətin mədəni dəyərlər toplusudur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin qeyd etdiyi kimi, mədəni irsin tərkib hissəsi olan arxiv sənədləri xalqımızın tarixini əks etdirən yeganə mənbə, həm də tariximizi təhrif edənlərin qarşısının alınması üçün mühüm vasitədir. Bu gün Milli arxivlərimiz cəmiyyətin intelektual inkişafının məhsulu olan mədəni irsin qorunmasını və onun elmi məqsədlər üçün istifadəsi missiyasının ləyaqətlə həyata keçirən mühüm dövlət təşkilatıdır.
Məqalənin tam mətni ilə BURADAN (səh.7) tanış ola bilərsiniz.
Bugün: | 629 |
Dünən: | 914 |
Bu həftə: | 4781 |
Son həftə: | 6066 |
Bu Ay: | 18677 |
Son Ay: | 28223 |
Bu İl: | 259718 |
Ümumi: | 1280139 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az