Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində “20 Yanvar günü Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzidir” mövzusunda anım tədbiri keçirilmişdir.

 

17 yanvar 2017-ci ildə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı anım tədbiri keçirilmişdir.  Tədbir şəhidlərin müqəddəs xatirəsinin bir dəqiqəlik sükütla yad olunması ilə başlanmışdır. Tədbirdə Milli Arxiv İdarəsinin rəhbərliyi, həmçinin İdarənin  əməkdaşları, Respublika dövlət arxivlərinin rəhbərləri iştirak edirdilər.

     Mərasimi giriş nitqi ilə açan İdarənin rəisi Ataxan Paşayev  “20 Yanvar” hadisələrinin Azərbaycan xalqının taleyində oynadığı roldan danışaraq, qanlı hadisələrə aparan tarixi şərait, o dövrkü SSRİ və Azərbaycan SSR rəhbərliyinin yarıtmaz  fəaliyyəti haqqında qısa tarixi şərh vermişdir.  

      Sonra çıxış edən natiqlər, İdarənin rəis müavini Əsgər Rəsulov, YAP Milli Arxiv İdarəsi üzrə İlk ərazi təşkilatının sədri Yeganə Cabbarlı xalqımızın müstəqllik yolunda 20 Yanvarın oynadığı roldan danışdılar.

Çıxış edən natiqlər qeyd etdilər ki, dəhşətli faciəyə kəskin etiraz olaraq 1990-cı il yanvarın 21-də ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirən ulu öndər Heydər Əliyev hadisəyə operativ və düzgün qiymət verən ilk vətənpərvər lider oldu. Ümumilli Lider Heydər Əliyevin bütün təzyiqlərə və təhdidlərə baxmayaraq, mənsub olduğu xaqın faciəsinə məsuliyyət daşıyanları Kremlin bir addımlığında, həm də bütün dünyanın gözü qarşısında ittiham etməsi, burada Azərbaycan xalqına qarşı cinayət törədən şəxslərin ciddi şəkildə cəzalandırılması məsələsini qaldırması bir daha tədbir iştirakçılarının diqqətinə çatdırıldı.

Sözügedən tədbirdə vurğulandı ki, faciədən sonrakı tarixi proses xalqımızın siyasi iradəsinin, müstəqillik arzularının yenilməzliyini bir daha təsdiqlədi. 20 Yanvar hadisələrində qurbanlar verildi, lakin həmin faciəli günlər inam və sınaq günü kimi də yadda qaldı. Qəhrəman xalq həmin gün özünün azad və müstəqil yaşamağa layiq olduğunu bir daha sübut etmiş oldu.

Sonda 20 Yanvarın  Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi olduğu bir daha vurğulandı və bütün kollektivin 20 Yanvar günü Şəhidlər Xiyabanını ziyarət edəcəyi diqqətə çatdırıldı.

 


Bugün: 223
Dünən: 774
Bu həftə: 5592
Son həftə: 6350
Bu Ay: 18301
Son Ay: 25108
Bu İl: 284450
Ümumi: 1304871
1304871