Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin şöbə müdiri Cavid Məmmədlinin görkəmli ədəbiyyatşünas alim Mikayıl Rəfiliyə həsr olunmuş məqaləsi işıq üzü görmüşdür.

 

Azərbaycan zəngin ədəbi irsini öyrənməkdə, Azərbaycanda ədəbiyyatşünaslıq elminin inkişafında böyük xidmətləri olmuş Mikayıl Həsən oğlu Rəfili 1905-ci il aprelin 25-də Qasım İsmayılov (indiki Goranboy) rayonunun Borsunlu kəndində doğulmuşdur. Yelizavetpol (indiki Gəncə) klassik gimnaziyasında təhsil aldığı zaman bədii yaradıcılığa başlamışdır. Onun “Mikayıl Rəfizadə“ imzası ilə ilk qələm təcrübələri olan “Mücadileyi-həyat“ hekayəsı, “Elmə doğru“ şeiri və “Qərb mədəniyyəti” məqaləsi 1919-cu ildə “Əfkari-mütəəllimin” jurnalında dərc olunmuşdur. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra doğma kəndinin mədəni-maarif işlərində fəal iştirak etmişdir.

Məqalə ilə daha yaxından saytımızın "Əməkdaşlarımızın arxiv araşdırmaları" bölməsindən tanış ola bilərsiniz. 


Bugün: 725
Dünən: 854
Bu həftə: 2436
Son həftə: 6463
Bu Ay: 18549
Son Ay: 26014
Bu İl: 18549
Ümumi: 1331133
1331133