11 Yanvar 2017 08:37 XƏBƏRLƏR Baxış sayı : 1341
Arxiv hər bir xalqın tarix kitabıdır. Bu kitabı vərəqlədikcə bir anlığa keçmişin burulğanında qalan hadisələrin “düyünləri” açılır, illərlə, əsrlərlə qalan qaranlıqların üzərinə işıq salınır.
Bu baxımdan Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət arxivində saxlanılan “Bir kitab haqqında söz” adlı məktubu həmin həqiqətlərdəndir.
Yazıda vaxtı ilə daşnakların buyruq qulu olmuş, 26 Bakı komissarlarının həbsi zamanı arvad paltarı geyib, aradan çıxmış, uzun müddət sovet-partiya sıralarında yüksək vəzifə tutmuş, Azərbaycan xalqına qarşı əks-siyasət apararaq on minlərlə insanın məhvinə səbəb olmuş Anastas İvanoviç Mikoyanın “Doroqoy borbı” (Mübarizənin yolu) kitabının işıq üzü görməsi ilə əlaqədar Azərbaycan ziyalısı, pedaqoji elmlər namizədi Rəmzi Yüzbaşovun etirazı qələmə alınmışdır.
Vaxtilə bu yazıya qadağa qoyulmuş, onun işıq üzü görməsinə “Çin səddi” çəkilmişdir. Eyni zamanda həmin yazının ünvanına çatmasına da ciddi-cəhdlə uzun müddət mane olunmuşdur. Bu kitabda hadisələrə birtərəfli yanaşıldığından Azərbaycanda 1918-ci il hadisələrinin o dövrdə şahidi olmuş 70 yaşlı Rəmzi Yüzbaşov tərəfindən etirazla qarşılanmış və o, 1973-cü il 12 iyul tarixdə Sovet İttifaqı Kommunist Partiyasının ideologiya üzrə katibi M.A.Suslova öz etiraz məktubunu ünvanlamışdır.
Məqalə ilə daha ətraflı http://www.respublica-news.az/index.php/dig-r-x-b-rl-r/dig-r-x-b-rl-r/item/14797-raemzi-yuzbashovun-bir-kitab-hagg-nda-soez-maektubu linkindən tanış ola bilərsiniz.
Bugün: | 170 |
Dünən: | 986 |
Bu həftə: | 3408 |
Son həftə: | 6066 |
Bu Ay: | 17304 |
Son Ay: | 28223 |
Bu İl: | 258345 |
Ümumi: | 1278766 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az