Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Əməkdar artist, istedadlı teatr xadimi Quliyeva Zemfira Nəriman qızının yaradıcılığını əks etdirən 54 saxlama vahidi fotosənəd Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilmişdir

30 ildən çox  Dövlət Musiqili Komediya Teatrının səhnəsində bir – birindən maraqlı obrazlara səhnə həyatı verən əməkdar artist, istedadlı teatr xadimi Zemfira Nəriman qızı Quliyevanın 85 illik yubileyi ərəfəsində onun yaradıcılıq fəaliyyətininin müxtəlif illərini  və anlarını  əks etdirən  54 saxlama vahidi fotosənəd Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilmişdir. Sözügedən sənədlər arxivə mərhum sənətkarın qızı Leyla Quliyeva tərəfindən təqdim edilmişdir.

Daimi saxlanılmaq məqsədi ilə qəbul olunmuş fotosənədlərdə əks olunduğu kimi aktrisanın dahi Üzeyir Hacıbəylinin müəllifi olduğu dünya şöhrətli “Arşın mal alan”  operattasında  yaratdığı  Gülçöhrə obrazı keçmiş sovetlər birliyi daxil olmaqla, xarici ölkələrin, Avropanın  teatr mütəxəssislərinin  böyük maraq və rəğbətini qazanmışdır.

Z.N. Quliyeva 1937 -ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1957 – 1962 – ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsində təhsil alandan sonra 1963 – cü ildən Dövlət Musiqili Komediya Teatrına  aparıcı solist təyin olunan əməkdar artist Ulduz -  ("Ulduz" - Sabit Rəhman, Süleyman Ələsgərov), Durna - ("Durna" - Süleyman Rüstəm, Süleyman Ələsgərov), Gülxanım ("Subaylarınızdan görəsiniz" - İsi Məlikzadə, Süleyman Ələsgərov), Hicran -  ("Hicran" - Sabit Rəhman, Emin Sabitoğlu), Səlimə, Qonşu qız, Gülər, Gülnar ("Özümüz bilərik", "Milyonçunun dilənçi oğlu", "Sevindik qız axtarır", "Olmadı elə, oldu belə" - Şıxəli Qurbanov, Süleyman Ələsgərov), Sona ("Hacı Qara" - Mirzə Fətəli Axundzadə, libretto müəllifi Şəmsi Bədəlbəyli, bəstəkarlar Vasif Adıgözəlov, Ramiz Mustafayev), Pəri ("Altı qızın biri Pəri" - Məhərrəm Əlizadə, Tofiq Bakıxanov, Nəriman Məmmədov), Xavər ("Höcət eləmə" - Qazı Məmmədov, Ağabacı Rzayeva, İsmayıl Quliyev), Sevda ("Qayınana" - Məcid Şamxalov, Zakir Bağırov) və onlarla bu kimi yaratdığı  obrazlarla öz adını teatr tariximizə yazmışdır. 

Təqdim edilən sənədlərin arxiv qaydalarına uyğun olaraq rəsmiləşdirilməsi və arxivin fondlarına qəbulu prosesi aparılır. 


Bugün: 844
Dünən: 1014
Bu həftə: 6010
Son həftə: 6066
Bu Ay: 19906
Son Ay: 28223
Bu İl: 260947
Ümumi: 1281368
1281368