Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsində “Arxiv sənədlərinin mühafizəsinin təmin edilməsi üzrə tədbirlər” mövzusunda seminar keçirilib.

Azərbaycan Respublikası Milli Arxiv İdarəsi rəisinin 24.01.2024-cü il tarixli, 3-48-2/3-1-8/2024 №li Əmri ilə təsdiq edilmiş “Arxiv sahəsində çalışan işçilərin peşəkarlığının və ixtisaslarının artırılması üzrə 2024-cü il üçün təlim Proqramı”na uyğun olaraq 11.07.2024-cü il tarixində Milli Arxiv İdarəsində “Arxiv sənədlərinin mühafizəsinin təmin edilməsi üzrə tədbirlər” mövzusunda seminar keçirilmişdir.

Seminarda İdarənin rəis müavini Həsən Həsənov, Arxiv işinin təşkili, monitorinq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəmilə Abasova, müvafiq şöbənin baş məsləhətçisi Həbib Həsənov, respublika və rayon (şəhər) dövlət arxiv xidməti təşkilatlarının rəhbərləri, müvafiq şöbə müdirləri və məsul əməkdaşları iştirak etmişdirlər.     

Ənənəvi və onlayn formada təşkil edilən seminarı İdarə rəisinin müavini Həsən Həsənov açıq elan edərək mövzu üzrə iştirakçılara geniş məlumat vermişdir. 

Arxiv işinin təşkili, monitorinq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəmilə Abasova mövzu üzrə məruzə ilə çıxış etmişdir.

Şöbənin baş məsləhətçisi Həbib Həsənov tərəfindən seminar slayd proqramı vasitəsilə davam etdirilmiş, seminar işrirakçılarına mövzu çərçivəsində geniş məlumatlar verilmişdir.

Seminarda DƏİA-nın direktoru Könül Nəsibova, müvafiq arxivin şöbə müdiri Mətanət Qasımova, DA-nın şöbə müdiri Nərgiz Babayeva çıxış etmiş, seminar qarşılıqlı diskussiya şəklində davam etdirilmişdir.

 


Bugün: 87
Dünən: 751
Bu həftə: 1662
Son həftə: 5591
Bu Ay: 3109
Son Ay: 26618
Bu İl: 29727
Ümumi: 1342311
1342311