Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsinin İnformasiya təminatı və elektron xidmətlər mərkəzinin rəhbəri, baş məsləhətçi Natiq Eminov Malayziya Milli Arxiv İdarəsinin təşkil etdiyi beynəlxalq proqramda iştirak etmişdir.

05-14 sentyabr 2017-ci il tarixində Malayziya Texniki Əməkdaşlıq Proqramı (MTCP)çərçivəsində Malayziyanın Milli Arxiv İdarəsi tərəfindən “Elektron sənədlərin idarə olunması sistemləri: Malayziya Hökumətinin təcrübəsi” mövzusunda beynəlxalq təlim proqramı təşkil edilmişdir. Proqramda iştirakçı kimi Azərbaycan, İndoneziya, Bruney, Meksika, Kot-d'İvuar, Banqladeş, Kamboca, Laos nümayəndələri dəvət olunmuşdurlar. Tədbirdə Azərbaycanı Milli Arxiv İdarəsinin İnformasiya təminatı və elektron xidmətlər Mərkəzinin rəhbəri, baş məsləhətçi Natiq Eminov təmsil etmişdir.

     Beynəlxalq proqram çərçivəsində Malayziya Milli Arxiv İdarəsinin elektron sənədlərlə iş, kağız əsaslı arxiv sənədlərin elektron daşıyıcılara köçürülməsi  informasiya sistemlərinin təhlükəsizliyi, data mərkəzlər və s. haqqında  məruzələr dinlənilmiş, işin əyani nümayişi həyata keçirilmişdir. Bundan başqa Malayziyanın Xarici İşlər Nazirliyində, Malayziya İnzibati Modernləşdirmə və İdarəetmə, Planlaşdırma Birliyində (MAMPU), həmçinin Malayziya Milli Arxiv İdarəsinin müxtəlif struktur bölmələrində görüşlər keçirilmişdir. 

      Tədbirin sonunda əməkdaşımızın Azərbaycan Respublikasının Malayziyadakı Səfirliyinin əməkdaşları ilə görüşü olmuşdur.

 


Bugün: 625
Dünən: 986
Bu həftə: 3863
Son həftə: 6066
Bu Ay: 17759
Son Ay: 28223
Bu İl: 258800
Ümumi: 1279221
1279221