14 Sentyabr 2018 08:16 XƏBƏRLƏR Baxış sayı : 2295
Təqdimat mərasimində Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov bildirdi ki, nəşr edilən “Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) Təhsil siyasəti” adlı sənədlər toplusu və “Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları” adlı portret-oçerklər və məqalələr toplusu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 16 may 2017-ci il tarixli 2867 nömrəli Sərəncamının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə dair Tədbirlər planı”na uyğun olaraq hazırlanmışdır.
“Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) Təhsil siyasəti” adlı sənədlər toplusu Azərbaycan Xalq Cümhuriyyətinin təhsil və maarif sahəsində fəaliyyətini əks etdirən arxiv sənədləri əsasında hazırlanmış və xronoloji olaraq 1918-ci ilin may ayından 1920-ci ilin aprelinə qədər olan dövrü əhatə edir.
“Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları” adlı kitabda isə Milli Arxiv İdarəsi və Dövlət Arxivləri əməkdaşlarının arxiv sənəd və materialları, elcə də digər tarixi mənbələr əsasında yazdıqları və müxtəlif illərdə mətbuat səhifələrində çap edilmiş 25 portret-oçerk və məqalə toplanmışdır.
Daha sonra nəşrlər ətrafında İdarənin və Respublika Dövlət Arxivlərinin məsul vəzifəli əməkdaşları tərəfindən fikir mübadiləsi aparılmışdır.
Toplantıda sözügedən nəşrlərin aidiyyəti üzrə dövlət orqanlarına, ali təhsil müəssisələrinə, kitabxanalara, informasiya agentliklərinə, redaksiyalara və s. paylanıldığı qeyd edilmişdir.
Bugün: | 190 |
Dünən: | 914 |
Bu həftə: | 4342 |
Son həftə: | 6066 |
Bu Ay: | 18238 |
Son Ay: | 28223 |
Bu İl: | 259279 |
Ümumi: | 1279700 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az