27 Dekabr 2016 06:42 XƏBƏRLƏR Baxış sayı : 1833
Dekabrın 26-da Azərbaycan Respublikası Təhsil Nazirliyinin mətbu orqanı “Azərbaycan müəllimi” qəzetinin “Azərbaycanda məktəb və maarifçilik ənənəsi: tarixdən gələcəyə” mövzusunda elan etdiyi yazı müsabiqəsinə yekun vurulmuşdur. Sözügedən müsabiqədə Milli Arxiv İdarəsinin “Sənədlərin nəşri və istifadəsi” şöbəsinin baş məsləhətçisi Rafiq Səfərov iştirak etmişdir.
Ölkəmizin elm və təhsil müəssisələrində çalışan alim, müəllim, pedaqoq və tədqiqatçıların, eləcə də magistr və doktorantların, araşdırmaçı jurnalistlərin iştirak etdiyi müsabiqəyə Rafiq Səfərov “Milli təhsil tariximizdə izi qalan tədris ocaqları: Qori və İrəvan müəllimlər seminariyalarının milli təhsil tariximizdəki yeri və rolu haqqında” yazdığı məqələni təqdim etmişdir. Müsabiqəyə 26 noyabr 2016-cı il tarixdən 15 dekabr 2016-cı il tarixinədək müddətdə 80-dən artıq yazı təqdim olunmuşdur.
Təqdim olunan yazılar tanınmış pedaqoq, alim və mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilmişdir. İdarəmizin baş məsləhətçisi Rafiq Səfərovun müsabiqəyə təqdim etdiyi yazı münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilərək II yerə layiq görülmüş, qiymətli hədiyyə və diplomla mükafatlandırılmışdır.
R. Səfərovun “Milli təhsil tariximizdə izi qalan tədris ocaqları: Qori və İrəvan müəllimlər seminariyalarının milli təhsil tariximizdəki yeri və rolu haqqında” məqaləsi ilə "Əməkdaşlarımızın arxiv araşdırmaları" bölməsindən tanış ola bilərsiniz.
Bugün: | 68 |
Dünən: | 925 |
Bu həftə: | 68 |
Son həftə: | 6294 |
Bu Ay: | 19071 |
Son Ay: | 25108 |
Bu İl: | 285220 |
Ümumi: | 1305641 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az