03 Noyabr 2022 10:26 XƏBƏRLƏR Baxış sayı : 543
03-04 noyabr 2022-ci il tarixli, 241 (9120) və 242 (9121) saylı “Azərbaycan” qəzetində Milli Arxiv İdarəsinin Sənədlərin nəşri və istifadəsi şöbəsinin baş məsləhətçisi Rafiq Səfərovun Şuşa şəhərinin 270 illiyinə həsr olunmuş “Şuşa milli birliyimizin rəmzidir” adlı məqaləsi dərc edilmişdir. Arxiv sənəd və materialları əsasında yazılmış həmin məqalədə Şuşanın keçmiş tarixinə nəzər yetirilərək Şuşa qalasının tikilməsinin 1750-1752-ci illərə aid olunduğu bildirilir. Bəzi tarixi mənbələrdə Azərbaycanın Qarabağ bölgəsində yerləşən Şuşanın əsası 1751-ci ildə, digər mənbələrdə isə Qarabağ xanlığının qorunması üçün 1752-ci ildə Pənah Əli xan tərəfindən qoyulduğu qeyd olunmuşdur. İlk vaxtlarda şəhər onun əsasını qoymuş şəxsin şərəfinə Pənahabad, sonralar isə Şuşa adlandırılmışdır. Tarixdə Şuşa şəhəri 1795-ci ildə İran ordusunun hücumundan qəhrəmancasına müdafiə olanması ilə tanınmışdır. Şuşa 1823-cü ilədək Qarabağ xanlığının paytaxtı olaraq qalmışdır.
Tarixi sənəd və mənbələr təsdiq edir ki, Qarabağ Azərbaycan xalqının əzəli və əbədi torpağıdır, onun tarixi beşiyidir. Qarabağın Rusiyanın hakimiyyəti altıına keçməsi haqqında tarixi mənbələr - Qarabağ xanı İbrahim xanla Rusiya imperiyası qoşunlarının generalı Pavel Sisianovun 1805-ci il mayın 14-də imzaladıqları Kürəkçay traktatı, həmçinin Gülüstan (12 oktyabr 1813-ci il) və Türkmənçay (10 fevral 1828-ci il) müqavillələri kimi tarixi mənbələr əyani surətdə subut edir ki, imperiya sırf Azərbaycan torpaqlarını işğal etmiş və həmin tarixi sənədlərin heç birində erməni malikanələri və onların Rusiya təbəəliyinə keçməsi haqqında heç bir işarə belə olmamışdır.
Azərbaycana məxsus torpaqlar Rusiya imperiyasının tərkibinə daxil edildikdən sonra imperiya tərəfindən geosiyasi məqsədlərlə erməni ailələri mərhələ-mərhələ İran,Türkiyə və digər yerlərdən köçürülərək Qarabağda, Yelizavetpol (Gəncə-R.S.) və İrəvan quberniyalarının ərazilərində yerləşdirildi və bununla da süni surətdə gələcəkdə yaradılacaq “problem”in əsası qoyuldu.Tarixi mənbələr subut edir ki, ermənilər çar hakimiyyəti tərəfindən müxtəlif siyasi məqsədlərlə İran və Türkiyədən kütləvi surətdə köçürülərək Azərbaycanın Qarabağında yerləşdirilməsinə qədər olan müddətlərdə Azərbaycanın bu tarixi ərazisində millizəmində hər hansı bir “problem” və ya münaqışə yaşanmamışdır. Həmin münaqişələr bu köçürülmə prosesslərin acı bəhrələri kimi sonralar meydana çıxmışdır.
Məqalənin tam mətni ilə aşağıdakı linklərdən tanış ola bilərsiniz:
Birinci hissə - Çap versiyası şəklində (səh.7)
İkinci hissə - Çap Versiyası şəklində (səh.9)
Bugün: | 180 |
Dünən: | 1014 |
Bu həftə: | 5346 |
Son həftə: | 6066 |
Bu Ay: | 19242 |
Son Ay: | 28223 |
Bu İl: | 260283 |
Ümumi: | 1280704 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az