Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Yanvarın 17-də Milli Arxiv İdarəsində Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.

Yanvarın 17-də Milli Arxiv İdarəsində  Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.

 

      İlk öncə  Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Anım mərasimində  xalqımızın müstəqillik yolunda keçdiyi tarixə bir daha nəzər salınmış, bu qəhrəmanlıq salnaməsinin hər bir azərbaycanlının qəlbində əbədi həkk olunacağı, şəhidlərimizin xatirəsinin ürəklərdə daim yaşayacağı bildirilmişdir. 

      Tədbirdə çıxış edənlər 20 Yanvar hadisələri barədə geniş məlumat vermiş, həmin gecənin Azərbaycan tarixində təkcə faciə deyil, həm də milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olduğunu vurğulamışlar. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş faciəvi hadisələrin qan yaddaşımıza sovet ordusunun və onun tərkibində çoxluq təşkil edən erməni silahlılarının xalqımıza qarşı birgə həyata keçirdiyi soyqırımı kimi yazıldığını, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda gedən mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu qeyd etmişlər.

      Tədbirin sonunda qanlı yanvar səhnələrini əks etdirən film nümayiş etdirilmişdir.

      “20 Yanvar faciəsinin 24-cü ildönümünün keçirilməsinə dair Tədbirlər Planı”na uyğun olaraq faciənin ildönümü ilə əlaqədar İdarənin kollektivi Şəhidlər xiyabanını ziyarət edərək qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, məzarları üstünə çiçəklər düzmüşlər. 


Bugün: 44
Dünən: 925
Bu həftə: 44
Son həftə: 6294
Bu Ay: 19047
Son Ay: 25108
Bu İl: 285196
Ümumi: 1305617
1305617