Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Zaqatala Rayon İcra Hakimiyyəti tərəfindən daimi saxlanılmaq məqsədi ilə 296 saxlama vahidi foto sənəd, 37 saxlama vahidi kino sənəd Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilib.

   zaqatala IHFoto-kino sənədlər AR Prezidenti İlham Əliyevin Zaqatala rayonuna etdiyi səfərlər zamanı şəhid ailələrinə tikilmiş yaşayış binalarının istifadəyə verilməsini, Heydər Əliyev mərkəzinin açılışını, Yevlax-Balakən magistral yolun rayonun ərazisindən keçən hissəsinin açılışını, mədəniyyət evinin, Bayraq meydanının, Vergilər idarəsinin, Dədə Qorqud meydanının, uşaq bağçalarının, Baytarlıq idarəsinin, Statistika idarəsinin, Zaqatala qalasının təmirdən sonra açılışını əks etdirir.

        Kino sənədlərin mövzusu əsasən son illər Zaqatala rayonunda açılan iş yerlərini, istehsal və emal sahələrində görülən işləri əhatə edir. Hal-hazırda Arxivdə qəbul edilmiş sənədlərin Milli Arxiv Fonduna qəbulu rəsmiləşdirilir. Hər bir sənəd haqqında qısa müfəssəl məlumat bazası hazırlanır.


Bugün: 605
Dünən: 751
Bu həftə: 2180
Son həftə: 5591
Bu Ay: 3627
Son Ay: 26618
Bu İl: 30245
Ümumi: 1342829
1342829